Depressiyanın müalicəsində yeni metod - TSM

psixologiyaSon illərdə elm adamları, nizamsız beyin funksiyalarını normallaşdıracaq və eynilə bir kompüter kimi çalışacaq, duyğu, düşüncə, hərəkət, yaddaş kimi bir çox beyin funksiyasını normal halına gətirəcək araşdırmalar aparmaqdadır. Transxroniki Maqnetik Stimullaşdırılma müalicəsi ilə beyinə şok maqnetik xəbərdarlıqlar göndərərək, beyinin xəstələnmədən əvvəlki möhkəm vəziyyətinə yenidən dönməsi məqsəd qoyulmaqdadır. Necə ki,Amerikadakı son Dünya Nevrologiya Konqresində Transxroniki Maqnetik Stimullaşdırılma (TMS) müalicəsinin nevropsikiyatrik xəstəliklərin müalicəsində cığır açacağı vurğulanmışdır. Beyində təxminən 10 milyard hüceyrə aktiv olaraq bir-biri ilə davamlı ünsiyyət kombinezonu ilə çalışmaqdadır. Düşüncələrimizin ya da hərəkətlərimizin reallaşmasını, beyin hüceyrələri arasındakı bu 10 milyard dəfə olan 10 milyard əməliyyatlar nəticəsində reallaşmaqdadır. Üstəlik bu əməliyyatların çoxu saniyədən çox daha qısa bir zaman müddətində cərəyan etməkdədir. Bu mövzunu yaxşı anlamanız üçün bir nümunə vermək lazım olsa böyük bir sahə düşünün və orada 10 milyard ədəd telefon cihazı olsun və bu on milyard telefon da bir-birlərinə bağlı olsun. Bu beynimizin demək olar ki, eyni mexanizm ilə çalışdığını göstərir. Belə bir ünsiyyət şəbəkəsinin dəhşətini təsəvvür edə bilirsinizmi? İşin ən maraqlı tərəfi də hüceyrələr arası şərhlər, hələ tam olaraq həll edilə bilməyən mikro molekulyar bioloji agentlərlə reallaşmaqdadır. Bu mikro molekulyar agentlərdəki balanssızlıqlar depressiyadan tutmuş baş ağrısına qədər bir çox nevroloji və psixiatrik problemlərə və xəstəliklərə səbəb olmaqdadır. Bu məzmunda, TMS müalicəsi, mikro molekulyar bioloji agentlərin balanssızlığını ortadan qaldırmaqda sanki beyini kompüter kimi əvvəlki vəziyyətinə qaytarmaqdadır. Nyu-York Milli Mental Sağlamlıq İnstitutu (The National Institute of Mental Health) etmiş olduğu 3 fərqli işdə TMS, depressiya üzərinə olduqca təsirli olduğu və ağır depressiyalarda haradasa EKT'yə yaxın bir düzəlmə göstərdiyini bildirmişlər. Üstəlik Elektro Konvulzif müalicə (EKT) invaziv bir üsul olduğu halda TMS-nin heç bir mənfi təsiri yoxdur. İş qrupundan Dr. Saran Lisanby, gələcək illərdə TMS-nın, depressiyada ən təsirli və yan təsirsiz müalicə olaraq mənimsəniləcəyini bildirir. Yalnız depressiya deyil, panik atak müalicəsində də TMS, müvəffəqiyyətlə tətbiq olunmaqdadır. Maqnetik stimulyasiya ilə depressiya və panik atak mərkəzləri əvvəlki vəziyyətinə qaytarılaraq təməldən müalicəyə cəhd göstərilir. Hədəf əvvəlcə panik atakları seyrəkləşdirmək daha sonra da tamamilə yox etməkdir. Panik atak, beyinin “pis zarafatı” olub, beyindən vücuda saxta xəstəlik həyəcanı göndərilməsi ilə formalaşır. İnsanlara dəfələrlə ölüm qorxusu yaşadan panik atakların çox ciddi qəbul olunaraq bir an əvvəl aradan qaldırılmaları lazımdır. Uzun müddət ərzində, TMS-nın tətbiqini bir çox panik atak xəstəsində; dərmanlara duyulan ehtiyacın get-gedə azaldığı və hətta tamamilə dərmansız dövrə keçəndə xoşbəxtliklə nəticə verdiyini müşahidə etməkdəyik. Transkranial Maqnetik xəbərdarlıqda MRI'da istifadə edilənlərə bənzər təcrübəli elekromaqnitlərdən istifadə edilməkdədir. Beyin üzərində bu elektromaqnitlərin çıxardığı,  maqnetik zərbələr sinir hüceyrələrində və sinir yollarında eyni exo kimi təsirlənməyə səbəb olaraq düzəldici təsir təmin etməkdədir. Cənubi Karolina Tibb Fakültəsindən psixiatr Dr. Mark George qeyd edirdi ki, beyinin həm kimyəvi, həm elektrik fəaliyyətləri olan bir orqan olduğu unudulmamalıdır və lazım olduğunda TMS ilə əvvəlki vəziyyətinə qaytarılmalıdır. Olduqca problemli yan təsirlərinə baxmayaraq, elektroşok müalicəsi, uzunmüddətli şiddətli depressiyada hələ də ən təsirli üsul olaraq tətbiq olunmaqdadır. Halbuki TMS, EKT bənzəri düzəldici təsir təmin etməkdədir. Həm də TMS-nın heç bir invaziv və aqressiv istiqaməti olmayıb, bilinən bir yan təsiri yoxdur. Məlumdur ki, beyinin fərqli bölgələrindəki sinir hüceyrələri birlikdə bir uyğunlaşma içərisində hərəkət etməkdədir. Xüsusi olan korteksin mühakimə etmə, düzəltmə və həyatlarımızı planlaşdırma əməliyyatlarında təsirli bölgələri ilə limbik sistemin duyğularla yüklü olan bölgələrini bağlayan zincirlərdir. Depressiyaya istiqamətli bir nəzəriyyə də, depressiv duyğu vəziyyətinin bu zincirlərdəki bir ziddiyyətdən qaynaqlandığını və ya bu balanssızlığa bağlı olduğunu bildirir. Eynilə bir kompüterin formatlanması (sıfırlanması) kimi periodik maqnetik xəbərdarlıqlar nəticəsində bu bölgələrdəki axınlar yenidən düzəldilməkdədir. Hətta Time Jurnalı maqnetik 'zərbə'lərlə depressiya müalicəsindən alınan nəticələrin həm həkimlər, həm də xəstələr baxımından ümid verici olduğunu qeyd edilir.Columbia Universitetindəki Nyu-York  əyalətinin Psixiatriya İnstitutunda və bir çox ölkədə TMS müalicə mərkəzlərində; minlərlə xəstənin TMS ilə düzəldiyi elmi nəşrlərlə dəfələrlə elan edilmişdir. Nəticə etibarilə TSM, depressiya müalicəsində əhəmiyyətli bir müalicə ünsürü olaraq yerini almışdır. Dərmanlara cavab verməyən və ya tam düzəlməyən,dərman istifadə etmək istəməyən xəstələr üçün ümid işığı olmuşdur. Ədəbiyyatda dərmanlara müqavimətli bir çox xəstənin maqnetik stimulyasiya ilə düzəldiyinə dair saysız nümunə vardır. Xüsusilə hamilə olan və ya süd vermə dövründə olub, dərman istifadə təhlükəli olan qadın xəstələrin çox rəğbət etdiyi bir müalicə üsulu vəziyyətinə gəlmişdir. 

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat