QORXUlarımızı tanıyaq və ondan Azad olaq

qorxuQorxu hissi keçirən insanlar özlərini uğursuz, lazımsız və inamsız hiss edir. Özünə hörməti azalır. Boşluqdan və həyatın mənasızlığından əziyyət çəkir. Yaxın adamlarla münasibətdə problemləri olur və buna görə günahkarlıq hissi keçirir. Gərginliyin əsasında bir çox hallarda qorxu durur. Qorxu konkret obyektlə bağlı olur (insanlara, hadisəyə, əşyalara). Qorxunun 2 növü ilə biz tanışıq – normal (yəni təbii reaksiya) patoloji – bu adətən fobiya adlanır. Çox vaxt  pasient konkret qorxu ilə müraciət edir. Məsələn: imtahan qorxusu, əməliyyat qorxusu. Onlara əvvəlcə hadisənin mahiyyətini başa düşməyə kömək etmək lazımdır. Qorxu hissinə reaksiyası  nə dərəcədə adekvatdır. Jains Kennedi cərahi şöbənin xəstələrində üzərində apardığı tədqiqatlarda  3 növ emosianal reaksiya  gördü.

1 qrup  çox qorxu keçirənlərdir.  Onlar öz qorxuları haqda açıq danışırlar, əməliyyatı təxirə salmaq istəyirlər, sakitləşdirici olmadan yata bilmirlər və hər zaman xəstəxana işçilərindən dəstək gözləyirlər. Əməliyyatdan sonra bu xəstələr başqaları ilə müqayisədə daha çox gərginlik keçirirlər.

2 qrup real qorxu keçirir, onlara nə edəcəklərini soruşur. Əməliyyatdan sonra əhəmiyyətsiz emosional pozuntusu olur. Tibbi personala normal rəftar edir.

3 qrup demək olar ki, heç qorxmur. Onların əməliyyatdan gözlədikləri  çox optimaldır. Əməliyyatdan sonra bu pasientlər çox şikayətlənir, aqressiv, qəddar olur. Tibbi personalla çox pis rəftar edir.

Janis Kennedi belə nəticəyə gəlir ki, orta səviyyədə qorxu xeyirlidir. Ona görədə insanı real təhlükəyə hazırlayır. Pasientlər üçün ilkin məlumat çox vacibdir. Məsələn 3-cü qrup qorxmurdu, onlarla nə baş verəcəyini bilmirdi. Ona görədə əməliyyatdan sonrakı ağrılar gözlənilməz oldu. Bu material qorxu ilə mübarizə aparmağa kömək edir. Yəni hər şeydən əvvəl pasientdə qorxunun tam dəf etmək  lazım olmadığını təsdiqləyir. Həmçinin ilk baxışdan qorxulu təsir bağışlayacaq informasiyanı gizlətmək olmaz. Konsultant pasientə qorxunu konstruktiv istifadə etməyi öyrətməlidir. Amma unutmayaq ki, orta səviyyədə qorxu qiymətlidir.

Fobiya ilə işləmək daha çətindir. Pataloji qorxunun əsasında gizli gərginlik durur. Fobiya gərginliklə qorxunun qarışığıdır. Bu insanda daxili konflikt yaradır. Qorxu hissini gərginliklə müqayisədə nəzarətdə saxlamaq mümkündür. Əlbəttə qorxu hissini yaşamaq da xoş deyil amma ən azından nədən qorxduğunu bildiyin üçün təhlükədən qaçmaq olur. Konsultant pasientin daxili gərginliyini və konfliktini hansısa fobiya ilə bağlamağa tələsməməlidir. İnterpritasiya zamanı fobiyanın sımvolik mənasına əsaslanmaq etibarlı deyil. Eyni fobiya arxasında müxtəlif insanlarda müxtəlif konfliktlər gizlənə bilər.Fobiyanın mənası pasientin həyat tarixçəsinin individüallığından aslıdır ona görədə səhv etmək asandır. Fobiyaya əsaslanan nevrotik vəziyyət də öz qorxusu haqda sakit danışmır amma bütün daxili konfliktlərini inkar edir. Konsultant bu davranışa hazır olmalıdır. Onlar müxtəlif formada konsultantın müzakirəsindən yayınmaq istəyirlər.Etirazları müxtəlif cür olur. Bəzən pasient öz problemini unudur bu fakt özü psixoloji konfliktin üzərinə işıq salır. Məsələn ,fobiyanın yaranması pasientin həyatının dəyişməsi ilə peyda olub amma bunu heç xatırlamır. Bəzən isə pasient söhbəti yayındıraraq özü haqda danışmır, beləliklə mövzudan qaçır. Bu konsultasiyaya mane olmağın klassik formasıdır. Konsultant fobiya ilə işləyərkən pasientin bu tipik xüsusiyyətini nəzərə almalıdır. Vacib olan konsultant pasientin hansı ikincili marağı olduğunu, ailə münasibətlərində, işdə və başqa yerlərdə qorxaq davranışlarının səbəbini ayırd etməlidir. Konsultant pasientin problemlərinə və simptomlarına daha geniş baxsa onu başa düşmək şansı daha geniş olar. Bəzən bu qorxu konsultanta keçə bilər. Belə olan təqdirdə pasientlə işləmək olmaz. Qorxunun effektiv korreksiyası konsultasiyadan güclü özünənəzarət tələb edir.

 

psixologiyaRuhəngiz Mehmanqızı,

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu,

Psixologiya üzrə fəlsəfə doktoru 

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat