Uşaqların imtahana hazırlıq dövründə psixoloji yardım.

www.pcc.azÇoxillik təcrübələrədən belə qənaətə gəlmək olar ki, biliklərin yoxlanılmasında ən çox həyəcanı imtahan verənlər keçirir.

Buraxılış imtahanları adətən hazırlıqların bitdiyi dövrə təsadüf edir. Nəticə olaraq hər bir insan iki seçim arasında qalır:

1)Bundan sonrakı həyatın gedişini necə olmasının seçimi;

2)Əgər seçim edilibsə,onun necə realizə olunması üçun heç bir təminatın olmaması;

Bütün rəqabətlərər tab gətirərək ona olan hüquqlarını sübüt eləməlisən. Bir çox şagirdlərin fikrinə görə imtahanın nəticəsi ona sərf  olunmuş zəhmətdən asılıdıır.Bu fikri burada əsas faktor rolunu oynayır.İmtahan-heç də adi qaydada biliklərin yoxlanışı deyil. İmtahan nəticələri bilinməyən,stress faktoru altında biliklərin yoxlanılmasıdır.

Stress-gərginlik, itirilmiş gücdür. Həddən artıq gərgin əmək sağlamlığın ağırlaşmasına və əsəb sisteminin pozulmasına səbəb ola bilər.Burada əsas fikir övlad ücün yeni situasiyada ona kömək etmək deyil.Burada əsas məqsəd azad şəxsiyyət kimi böyüməsində ona yardım
etməkdir.

Stressə düşən uşağı həyəcandan qorumaq,bütün məsuliyyəti onun üzərindən götürmək,onun əvəzinə qərarlar vermək uşağı həyatı təcrübədən məhrum etmək və gələcəkdə baş verə biləcək istənilən hadisənin qarşısında aciz qoymaqdır. Həyəcan prosesində əmələ gələn mənfi emosiyalar zamanı bir çox insanlar daha aktiv fəaliyyət göstərirlər. Situasiyanın dəyişikliyinə və ona qarşı münasibətin dəyişilməsinə
yönələn aktiv axtarış əsas komponentlətdən biridir. Bəzilərində yüksək həyəcan, uğursuzluq şəxsiyyətin məğlubiyyətinə aparır və özünüqiymətləndirməni aşağı salır.

Sizin uşağa indi nə lazımdır:

1) İlk növbədə uşağa dəstək olmaq lazımdır. O, hec nəyə baxmayaraq sevildiyini bilməlidir. İmtahandan neçə bal toplamasından asılı olmayaraq onu qınamaq və tənbeh etmək olmaz. İmatahandan zəif nəticə alarsa, belə bu onun biliyinin az olduğunun əsas meyar olmadığını ona təlqin etmək lazımdır.

2) Ona güvəndə olduğunu bildirmək lazımdır. Uşaqda imtahan öncəsi həyəcanı artırmaq olmaz. Bu imtahan nəticəsinə təsir edə bilər. Valideynlərin həyəcanı həmişə uşaqlara keçir. Əgər öz hissləri ilə bacarmırsa və çox həyəcan keçirirsə bu uşağın psixologiyasına çox pis təsir edə bilər.

3) Uğursuzluq zamanı həmişə öz gücünüzə arxayın olun və ehtiyatda olan variantları fikirləşin. Uşaqları onların elediklərinə görə tərif edin və ürəkləndirin.

4) Müstəqillik hüququ və müstəqilliyin inkişafı üçün şərait yaratmaq.Uşağın hazırlıq rejiminə nəzarət etmək lazımdır.Çox yüklənməsinə yol vermək olmaz və ona hazırliqlarını növbələşdirməyini tovsiyyə etmək lazımdır. Evdə rahat hazırlıq yeri təmin edin və kiminsə mane olmasına yol verməyin. Uşağın qidalanmasına fikir verin.Zehni işlə məşğul olan zaman insan çox enerji sərf edir. Bunun üçün o yaxşı
qidalanmalıdır.Bura müxtəlif ərzaqlar,kompleks vitaminlər daxil olmalıdır. İmtahan ərəfəsində uşağın yaxşı istirahət edib,yatmasını təmin etmək lazımdır.

Buraxılış imtahanına necə hazırlaşmaq lazımdır?

Ciddi rejimdə biliklərin öyrənilməsinə sərf olunan illər uşaqlar və valideynlər üçün ağır dövrdür. Adət olunmuş  və hadisələrin həll olunma dövrü sona çatır. Şagirdlər təkcə gələcəkdə deyil,qəbul etdikləri qərarların onların həyatına necə təcəssüm edəcəyi barədə fikirləşməlidir. Məktəbdə yüksək qayda-qanunla keçirilən  dərslərə gələcək imtahanlara intensiv hazırlıq da əlavə olunur.

“İmtahan”sözü latıncadan “sınaq” kimi tərcümə olunur.Ali məktəbə daxil olmaq istəyən uşaqlar üçün bu sınaq daha dramatik və çətindir. Sözsüz ki, fərdi məşğul olan uşaqlar komissiya ilə üzbəüz imtahan verməkdən cəkinirlər. Valideynlərə isə yalnız uşaqları üçün həyəcan keçirmək qalır.Ya onlar uşaqları ilə müəyyən məsafə saxlayır, ya da onları özlərinə məxsus danlayırlar. Valideynlər öz gücləri
müqabilində olan hər şeyi artıq ediblər.Əgər valideynlərin öz uşaqlarını repetitor yanında hazırlığa qoymaq üçün maddi imkanı varsa bu çox gözəldir. Amma valideynlərin koməyi bununla məhdudlaşmamalıdır.Məhz valideynlər imtahana hazırlıq zamanı uşaqlara öz vaxtlarından və güclərindən daha səmərəli istifadə etməyə yardım edə bilər. Valideynlərin köməyi ilə eyni zamanda psixoloji yardım də çox vacibdir.

Gəlin razılaşaq ki, imtahan, nəticəsindən asılı olmayaraq bizə çox şey oyrədir. Bura çətin situasiyalarda təslim olmamaq və
uğursuzluqla qarşılaşsa belə yalnız irəli getmək arzusunu da daxil eləmək olar. İmtahana bir müddət qalmış siz övladınızla bu sınağı  necə verəcəyini və buna necə hazırlaşmaq qaydalarını müzakirə edin.Bu iformasiyalar hazırlığın planını qurmaqda və hansı fənnə daha çox vaxt ayırmağa kömək edə bilər.Öz övladınızla birlikdə onun “qızıl saatlarını”müəyyən edin.İlk öncə cətin mözuları öyrənmək lazımdır,daha
sonra isə tanış olan mövzulara baxmaq lazımdır.Əvvəlcə imtahanın suallarını oxuyun. Övladınıza bu mövzuları unutduğunuzu və ya çox da yaxşı bilmədiyinizi etiraf etməkdən utanmayın. İmkan verin ki,ovladınız mövzuları sizə izah etsin və siz də sual verin.Nə qədər o çox izah etsə bir o qədər yaxşıdır. Uşaqla razılığa gəlin ki, imtahan ərəfəsində o hazırlıqları saxlayacaq gəzintiyə çıxacaq, duş qəbul edib vaxtında yatacaq.Axırıncı 12 saat onun imtahan hazırlığına yox,orqanizmin buna hazırlığına sərf olunmalıdır.Övladınızla şparqalkanın pis ve yaxşı tərəflərini müzakirə edin.Əvvəla övladınıza sizin bu haqda fikriniz maraqlıdır(hətta o, təəccüblənəcək ki, siz də vaxtı ilə bundan istifadə etmisiniz və bunun nə olduğunu bilirsiniz), sonra isə başa salmaq lazımdır ki, şparqalkadan yalnız cavab haqqında   məlumatın olmayanda istifadə etmək olar. Yalnız şparqalkadan istifadə etməklə yaxşı qiymət alacağına ümid edirsənsə hec risk etməyə dəyməz. İstənilən halda yalnız öz xəttin ilə yazılan şparqalka sənə kömək edə bilər.

İstirahət günləri nə vaxt ki siz heç yerə tələsmirsiniz uşağınızı yazılı imtahana hazırlamaq  üçün məşq etdirin.Məsələn övladınıza
riyaziyyatdan test verin və bildirin ki,onun 3-4 saat vaxtı var.Bu müddət ərzində evdə sakitliyə riayət olunmasına nəzarət edin.Sınağı vaxt bitən kimi saxlayın ona istirahət verin  və sonra cavabları birlikdə yoxlayın.Səhvləri düzəltməyə çalışın və onların nəyə görə olduğunu
müzakirə edin.

Nəzarət edin ki, hazırlıq vaxtı uşaq müntəzəm olaraq qısa fasilələr etsin. Tam yorulmadan istirahət etmək yüklənmənin qarşısını alan ən yaxşı vasitə olduğunu ona izah edin. İmtahan öncəsi onsuda gərgin olan əsəbləri kofe ve tun çay içməklə daha da gərgin etmək olmaz. Televizor və radio olan otaqda dərs oxumaq olmaz. Ola bilər ki, övladınız musiqi sədaları altında dərs oxumaq istəsin. Buna mane olmayın. Ancaq musiqi melodik şəkildə,  yəni sozsüz olsa daha yaxşı olar.Əgər övladınız gözlədiyindən daha aşağı qiymət alıbsa və ya tamamilə kəsilibsə bu uğursuzluğu düzəltməyə ona kömək edin.Onu müzakirə
etməyin və ona lağ etməkdənsə uğursuzluğun səbəbini araşdırın və bunu müzakirə edin.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat