Əkiz Psixologiyası

Əsrlərdir həm elm adamlarının, həm də bir çox insanın marağını çəkən bir mövzu;  Əkizlik . Eyni qarnı paylaşmaq və eyni anda dünyaya gözlərini açmaqla başlayıb , sonra çox uzun illər kimsənin anlamayacağı qədər xüsusi bir bağ ilə bağlanan iki insan ...

Əvvəlcə bu qədər maraq oyandıran əkizliyin necə bir hadisə olduğunu və növlərini araşdıraq ;

Tək yumurta əkizləri : Sperm tərəfindən döllənən yumurta daha sonra yarıya bölünür. Bu səbəblə , genetik strukturları eyni olur və xarici görünüş olaraq da bir-birlərinə çox bənzəyirlər.

Cüt yumurta əkizləri : İki ayrı yumurtanın iki fərqli sperma tərəfindən mayalanmasından meydana gəlir. Gen strukturlarına baxıldığında yalnız 50%-nin eyni olduğu görülür. Xarici görünüşləri bir-birlərinə normal bacı-qardaş qədər bənzəyir.

Ədalət və Bərabərlik

Əkiz uşaq sahibi olmaq valideynlik bacarıqlarının sınanması üçün çətin bir imtahan kimidir. Marağı , sevgini bölüşdürmək , ehtiyacları qarşılamaq  valideynlər üçün fərqli və çətin bir vəziyyətdir. Alınan hədiyyələr , paltarlar , hətta saç kəsimi  modelləri belə eyni olduğunda bərabərliyi təmin etmək və rəqabət ilə baş etmək daha asan kimi görünür.

Bərabər davranmaq əkizlərin ayrı bir fərd olduqlarını qəbul etmənin önündəki ən böyük maneələrdən biri halına gələ bilər. Əkizlərdən hər biri , ayrı bir fərd olaraq fərqli maraq və şəxsiyyət xüsusiyyətlərinə malikdir. Onların fərqli zamanlarda fərqli ehtiyacları vardır və həyat hər zaman hər kəsə bərabər imkanlar təqdim etməz . Bu səbəblə əkizlərə bərabər davranmaq əslində ədalətli deyil. Əkizlərdən biri kədərlənməsin deyə digərinin müvəffəqiyyətlərinə kifayət qədər maraq göstərməmək , ya da eyni anda ikisinə birdən hirslənmək əkizlərin şəxsiyyət və güvən inkişafına mənfi təsir edə bilər. Adil olmaq haqq etdiyi şəkildə davranmaq , ya da haqq etdiyi fürsətləri təqdim etməkdir. Təbii ki bu əkizlərdən birinə əhəmiyyət verməmək , geri planda qalmasına səbəb olmaq demək deyil. Tam tərsi hər ikisinin fərdi xüsusiyyətlərini tanımaq və bu xüsusiyyətlərinə  görə onları dəstəkləmək deməkdir.

Əkizlər arasında uşaqlardan  biri bəzən digərinin müvəffəqiyyətlərinin kölgəsində qala bilər , rəqabətə girmək istəmədiyi üçün əkizinin olduğu mühitlərdə geri  çəkilməyi seçim edə bilər . Ana- atalar üçün çətin olan, bu kimi vəziyyətlərdə tarazlığı təmin etməkdir. Amma tarazlığı təmin etmənin yolu əkizlərə tək bir bütün kimi davranmaq , ya da onları bir-birləriylə müqayisə edərək eyni olmalarını gözləmək deyil.

Əkizlər söz mövzusu olduğunda ana- ata ya da ətrafdakılar fərqində olmadan ya da olaraq əkizləri bir-birləriylə müqayisə edirlər. Bunun ən böyük səbəbi əkizlərin bir-birinin eynisi şəklindəki səhv düşüncədən qaynaqlanır. Əkizlər hər fərd kimi bir-birlərindən fərqli inkişaf xüsusiyyətləri göstərirlər. Ana- ata kimi əslində əkizlər də  özlərini əkizləri ilə müqayisə edirlər. Çünki əvvəlcə özlərinin fərqinə varmadan əkizinin varlığının fərqinə varmış olurlar. Tək yumurta əkizlərində  bu vəziyyət daha da mürəkkəb hala gələ bilər. Amma araşdırmalar ana-ataların ən çox cüt yumurta əkizlərini bir-birləriylə müqayisə etdiklərini göstərir.

Rəqabət və Qısqanclıq

Rəqabət , qısqanclıq və  paylaşmaq tək doğulan uşaqların həyatlarının bir parçasıdır. Əkiz uşaqlar həyatlarının ilk günündən etibarən təməl ehtiyaclarının qarşılanması , ana-atanın əlaqəsi və sevgisi üçün rəqabət içinə girə bilərlər. Xüsusilə birinin digərindən daha müvəffəqiyyətli olması , ön plana çıxması vəziyyətində ya da bir əkizin xüsusi tələbləri olduğunda rəqabət və qısqanclıq artar.

Aparılan araşdırmalara görə əkizlərin bir-birləriylə ən çox fiziki inkişaf , müvəffəqiyyətli olma və böyüklər tərəfindən bəyənilmə sahələrində rəqabət yaşadıqları bildirilmişdir. Xüsusilə məktəbə başladıqdan sonra bir əkizin digərindən daha tez oxumağı öyrənməsi , daha yüksək qiymətlər alması fərqində olmadan həm ana -atanın , həm də müəllimlərin əkizləri müqayisə etməsinə və buda əkizlər arası rəqabətin artmasına səbəb ola bilər.

Rəqabət və qısqanclıq gündəlik həyatın hissəsidir , ancaq əkizlərin bu duyğularla necə baş edəcəyi , necə reaksiyalar verəcəkləri böyük ölçüdə ana-atanın və digər insanların reaksiyaları ilə əlaqədardır.

Fərd olaraq əkizlər

Ana bətnindən etibarən əkizlərin fərqli fərdlər olduqları , göstərdikləri fərqli reaksiyalardan müəyyən olunur. Biri daha hərəkətliykən  digəri daha sakit ola bilər. Tək yumurta əkizləri genetik xüsusiyyətlər səbəbiylə bir-birlərinə çox bənzərlər amma bu fərdi xüsusiyyətlərinin də bir-birinə bənzəyəcəyi mənasını verməz ,hətta tam tərsinə bəzən əkizlər iki zidd qütb kimidirlər. Genetik xüsusiyyətlər qədər ekoloji faktorlar da onların şəxsiyyətlərinin fərdiləşməsinə  böyük təsir göstərir.

Ana- ata olaraq əkizləri bir bütün şəklində görmək , onlara bir bütünü meydana gətirən parçalar kimi davranmaq fərd olaraq formalaşmalarına , öz şəxsiyyətlərini inkişaf etdirmələri mənfi təsir göstərir.

Eyni paltarları geyinmələri , saç modellərinin eyni olması digər insanların onları ayırd etməsini , adlarını doğru şəkildə öyrənmələrini çətinləşdirəcək. Bizi biz edən , digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən birinin adımız olduğu düşünülsə, əkizlərin şəxsiyyətlərinin formalaşmasında adlarının düzgün deyilməsinin rolunun böyük olduğunu  görərik.

Birlikdə çox vaxt keçirmək , bir bütünün iki yarısı , bir-birinin yerinə keçəbilərlərmiş kimi davranmaq əkizlərin fərdiləşməsini çətinləşdirən faktorlardan ola bilər.

Əkizlər eyni sinifdə oxumalıdır  ya fərqli siniflərdə ?

Bu suala ümumiyyətlə əkizlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq və  fərdiləşmələrinə fürsət tanımaq adına ayrı məktəblərə və ya siniflərə vermək şəklində cavab verilə bilər. Məktəb dövründə sinifləri ayırmaq müəyyən qədər təsirli ola bilər. Ancaq məktəb əvvəli dövr sıx olaraq bir yerdə olan , bir-birlərindən  heç vaxt  ayrılmamış olan əkizləri bir anda məktəbə başladıqlarında ayırmaq, işləri daha da çətinləşdirə bilər.

Əkizlər arasında rəqabətin çox sıx və dağıdıcı olduğu vəziyyətlərdə fərqli mühitlərdə təhsil almaları daha  faydalı ola bilər.

Nə qədər rəqabət olsa da ümumiyyətlə əkizlər arasında olan xüsusi bir bağ , əlaqə , xarici dünyaya qarşı birlikdə bir qrup meydana gətirmələrinə səbəb ola bilər. İkili bir qrup olaraq başqa heç kimə ehtiyacları yoxmuş kimi davrana bilərlər , bu da ictimai və duyğusal inkişafları üzərində mənfi təsirlərə səbəb ola bilər.

Nəticə olaraq əkizlərin məktəb əvvəli və ya ibtidai təhsil təşkilatına başlarkən ayrı məktəb və ya sinif qərarı əkizlərin xüsusiyyətləri , ana-atanın müşahidələri və pedaqoqların təklifləri nəzərə alınaraq verilməlidir.

Əkizləri böyüdərkən

Əkizləri yetişdirmək valideynlər üçün maddi və mənəvi mənada çətin ola bilər. Amma eyni zamanda qürur qaynağı və maraqlıdır.

Valideynlər əkiz körpələri olacaqlarını öyrəndikləri andan etibarən fərqli düşüncələrə və duyğulara qapılırlar. Qayğılar , həyəcanlar , gözləmələr , xəyallar , hesablar bir-birini təqib edir. Körpələrin əkiz olduğunu öyrəndikləri andan etibarən əslində ana-ata duyğu və düşüncələrini paylaşmağa , daha əvvəl əkiz körpə sahibi olan ana- atalardan təcrübələrini öyrənməyə , mütəxəssislərə danışmağa ehtiyac duya bilərlər.

Əkiz uşaq yetişdirmək bir çox istiqamətdə tək uşaq yetişdirməkdən fərqlidir. Hər şeydən əvvəl ana-ata üçün daha yorucu və sıx bir müddətdir. Eyni anda acan, eyni anda ağlayan , eyni anda ana-atanın marağını gözləyən əkizlər ilə maraqlanmaq enerji , zaman və səbr tələb edir.

Əkizlər ana qarınından etibarən birlikdədir , bəzən ana-atalarından çox bir-birlərinə bağlıdırlar. Bu bağlılıq yaşıdlarıyla əlaqələrinə , sosiallaşmaqlarına  mənfi istiqamətdə təsir edə bilər. Əkizlərin yaşıdları ilə yoldaşlıq qurmaları (bəzən fərqli yoldaşları olar bəzən də ortaq yoldaşlar əldə edərlər ) dəstəklənməlidir. Bəzən əkizlərdən biri məktəbə başladığında daha güclü ictimai əlaqələr qurar , yoldaşları tərəfindən sevilər , bu vəziyyətdə digər əkiz özünü təcrid , rədd edilmiş hiss edər.

 Bəzi hallarda əkizlərdən biri digərini sahiblənmə rolunu çox şişirdir , onun məsuliyyətlərini də öz üzərinə götürür. Məsələn əkizi çox dağınıq olduğu üçün öz əşyalarını yığdıqdan sonra əkizinin əşyalarını da toplayır. Bu davranış məsuliyyət alma və yetkin bir fərd olma xüsusiyyətini inkişaf etdirməsinə və eyni zamanda  digər əkizin isə çox məsuliyyət altında qalaraq əzilməsinə , duyğusal cəhətdən zəifləməsinə səbəb ola bilər.

Və sonda ən önəmlisi cəmiyyətdə əkiz uşaqlara fərdi yanaşmalı, onları ayrı şəxslər  kimi  qiymətləndirməliyik.

 

Xəzər Universitetinin psixologiya fakültəsinin II kurs tələbəsi

İsmayılova Qədəmli 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat