MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRI;

Mərkəzin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir;

  • Ailəvi psixoterapiya
  • İndividual (fərdi) konsultasiya
  • Həyatını dəyişmək istəyənlərə psixoloji dəstək  (Sağlamlıq psixologiyası)
  • İdmançılarla psixoloji iş (idman psixologiyası)
  • Hamilə qadınlarla psixoloji iş (seminar və treninqlər)
  • Qrup terapiyası
  • Səyyar treninqlər
  •  Uşaq və yeniyetmələrlə psixoloji iş
  • “Narinci” Uşaq Psixoji-Pedaqoji İnkişaf  Mərkəzi  www.narinci.az
  • Biznes treninqlər
  • Psixologiya və Psixoterapiyanın müxtəlif sahələri üzrə tədris kursları.

İNDİVİDUAL  (FƏRDİ)   KONSULTASİYA
Bizlər həyatımızın müəyyən dönəmlərində çətinlik, uğursuzluq, stress və s. bu cür hallarla rastlaşırıq. Zamanında həll edilməyən bu cür proseslər sonrakı fəaliyyətimizə maneələr yaradır. Əgər Siz iş prosesində, ailə həyatında, insanlarla münasibətdə həyəcan keçirir, çətinliklər yaşayırsınızsa, o zaman Sizə ən doğru köməyi Psixologiya və Konsultasiya Mərkəzi (PCC) göstərə bilər.
Təəssüflə qeyd etməliyik ki, bu gün mental dəyərlərdən irəli gələn bir çox səbəblərdən insanlar Psixoloq və Psixoterapevtə müraciət prosesində müəyyən komplekslər keçirirlər. Bunun səbəblərindən biri də insanların bir qisminin hələ də psixoterapevt, psixoloq, psixiatr, psixoanalitik və s. anlayışlarının mahiyyətini fərqləndirə bilməmələridir. Bir şeyi unutmamağımız lazımdır; Psixiatrdan fərqli olaraq Psixoloq və Psixoterapevt psixi sağlam insanlarla çalışır, onlara gündəlik həyatlarında raslaşdıqları neqativ halların həllində köməklik göstərirlər.
Psixologiya və Konsultasiya Mərkəzi (PCC) yaranandan insanlara düşdükləri çətin situasiyalarda peşəkar yardım göstərməyi məqsəd qoyub. Mərkəz insanları bu durumda sığortalamaq üçün fərdi konsultasiyalar, eləcə də psixologiyanın ayrı-ayrı sahələri ilə bağlı peşəkar kurslar, treninqlər həyata keçirir. Bizim keçirdiyimiz kurslar və treninqlər problemlərindən çıxış yolu axtaran, həyatını dəyişmək və özünü təkmilləşdirmək istəyən bütün insanlara ünvanlanıb.

AİLƏVİ  PSİXOTERAPİYASI
- Ailə cütlüyü arasında konfliktlər (qarşılıqlı anlaşmanın mövcud olmaması)
- Valideyn və uşaqlar arasında qarşılıqlı münasibətlərdə çətinliklər
- Qaynana-gəlin, kürəkən qayınata arasında konfliktlər
- Cütlük və onların valideynlərinin nigahdan qabaq konsultasiyası
- Yeni ailəyə qəbulda, yeni valideynlərlə münasibətdə yaranan problemlər
- Yeniyetmə uşaqların evdən getməsi, valideyn tənhalığı
- Əks cinslə qarşılıqlı münasibətlərdə çətinliklər
- Davranışın tənzimlənməsi ilə bağlı təlimlər.
- Çətin həyati situasiyalar, onların analizi və onlardan birgə çıxış yolunun tapılması
- Əks cinslə qarşılıqlı münasibətlərdə çətinliklər
- Davranışın tənzimlənməsi ilə bağlı təlimlər.
- Çətin həyati situasiyalar, onların analizi və onlardan birgə çıxış yolunun tapılması
- Xəyanət

HƏYATINI DƏYİŞMƏK İSTƏYƏNLƏRƏ PSİXOLOJİ DƏSTƏK (SAĞLAMLIQ PSİXOLOGİYASI)

 - Stress və distress. Əhval-ruhiyyənin optimallaşdırılması.
- Emosional auranın yüksəldilməsi.
- Sağlamlıqla bağlı yaranan problemlərin həlli. Psixoloji faktorlar.
- Həzzalma vərdişləri.
- Gümrahlıq qabilliyətinin inkişaf etdirilməsi.
- Psixi halın tənzimlənməsi.

İDMANÇILARLA PSIXOLOJİ  İŞ (İDMAN PSİXOLOGİYASI)

Psixologiya və Konsultasiya Mərkəzinin fəaliyyat istiqamətlərindən biri də idman psixologiyasıdır. Mərkəzin mütəxəssisləri müxtəlif idman növləri ilə məşğul olan idmançılara, eləcə də bu sahədə çalışan həkimlərə, məşqçilərə, idmanın psixoloji aspektləri ilə maraqlanan hər bir insana yardım göstərməyə hazırdır. Bunları həyata keçirmək üçün Mərkəz treninqlər, individual konsultasiyalar, komandalar üçün Team Buildinglər həyata keçirir. Eyni zamanda Mərkəzin hazırladığı eksklyuziv proqram, komandaların psixoloji durumunu tam şəkildə analiz etməyə imkan verir.

HAMİLƏ QADINLARLA PSİXOLOJİ İŞ (SEMİNAR VƏ TRENİNQLƏR)
- Körpəyə ilkin qayğı göstərmə vərdişləri.
- Art-terapiya, meditasiya.
- İndividual konsultasiya.
- Doğuşun repetisiyası
- Hamilə vaxtı qadınların psixoloji durumu ilə bağlı leksiyalar.
- Fizioloji dəyişikliklə bağlı bilikləin əldə edilməsi. Hamiləlik və doğuşun fiziologiyası.

QRUP  TERAPİYASI

Psixologiya və Konsultasiya Mərkəzində daimi fəaliyyət göstərən Qrup terapiyası özünün müxtəlif problemlərini həll etməyə çalışan bütün insanlara yönəlib. Qrup terapiyasının məqsədi – insana özünü dərk etməkdə, həyatında baş verən problemləri analiz edib düzgün qərar çıxarmağa yardımçı olmaqdır. Qrup terapiyasında iştirak etmək Sizə ;
- Həyatınızın yaxından dərkedilməsi vərdişləri(nəyi nəyi nə üçün və nəyə görə etdiyi haqqında özünə hesabat verməlidir) qazanmaqda;
- Xarakterin özəlliklərinə yaxından bələd olmaqda;
- Düçüncə və hisslər aləmi ilə yaxından tanışlıqda;
- Arzularla tanışlıq, onların nə dərəcədə real olduğunu dərk etməkdə;
- Xəstəliyin psixologiyası ilə tanış olmaqda;
yardımçı olacaqdır.

 Psixologiya və Konsultasiya Mərkəzinin nəzdində “Narıncı” Psixo-Pedaqoji Uşaq İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Hörmətli valideynlər !
Uşaqlar bizim gələcəyimizdir. Uğurlu gələcəyimizin qayğısına bu gündən qalaq! Biz bir peşəkar olaraq, Sizə bu işdə yardımçı olmağı hədəf qoyduq. Hər bir valideyn övladından qarşılıqlı olaraq sevgi və qayğı gözləyir. Psixologiya və Konsultasiya Mərkəzinin  nəzdində olan  ”Narıncı” Psixo-Pedaqoji Uşaq İnkişaf Mərkəzi Sizin qayğınızla onların sevgisinin qovuşduğu bir Məkandır. Gələcəyimizi bu Sevgi və Qayğıdan məhrum etməyək.

Mərkəzin fəaliyyət istiqamətinə aşağıdakılar daxildir;

- Uşaq və yeniyetmələrlə psixoloji iş
- Müxtəlif psixoloji problemlərin aradan qaldırılması;
- Özünəinamsızlıq;
- Ailə problemləri;
- Uşaqlarda nevrozun aradan qaldırılması;
- İnkişafetdirici məşğələlər;
- Məktəbə psixoloji hazırlıq;
- Uşaqlarda qorxu, ifrat təşvişin və ünsiyyətdə çətinliklərin aradan qaldırılması;
- Hiperaktiv, aqressiv uşaqların psixoloji reablitasiyası;
- Xəstə və sağlam uşaqlarda adaptasiyanın yaxşılaşdırılması;
- Çətin tərbiyə olunan uşaqların psixoloji reablitasiyası;
- İntellektual inkişafla bağlı durğunluğun aradan qaldırılması;
- Əqli inkişaf qüsuru olan uşaqların psixoloji reablitasiyası.
- Davranışın korreksiyası;

Ətraflı

http://narinc.az

SƏYYAR TRENINQLƏR
Psixologiya və Konsultasiya Mərkəzi (PCC)  həmçinin səyyar treninqlər təşkil edir.  Biz bunu Sizin asudə vaxtınızda istirahət məkanlarında, eləcədə də təbiətin qoynunda keçirə bilərik. Treninqlərin müddəti 2-3 gündür. Bu müddət ərzində Siz zamanınızı həyatınızın daha mükəmməl qorulmasına, özünüzü xoşbəxt, həyatınızdan zövq almağa həsr etmiş olarsınız.  Bu treninqdə ümumi emosional fonu yaxşılaşdırmaq, enerji yığmaq, gümrah olmaq vərdişlərini qazanmış olarsınız.  Treninq özünüzə daha mükəmməl prizmadan nəzər yetirməkdə, həyatınıza yenidən baxmaqda, problemlərin optimal həllində yardımçı olacaqdır.
Treninqdə mühazirələr, seminarlar, praktik məşğələlər, qrup psixoterapiyasının mükəmməl metodları tətbiq edilir. Treninq Sizlərə yeni biliklər, qiymətsiz təcrübə, həyata yeni baxış vəd edir.
PCC səyyar treninqləri şirkətlər üçün onların maraqlarına uyğun korporativ formada həyata keçirməyə hazırdır. Mərkəz bunu Team Building formasında həyata keçirir. Rəngarəng oyunlar, iştirakçılar arasında qarşılıqlı münasibətlərin optimallaşdırması və s. tətbiq edilən vasitə və metodlar Sizlərə qiymətsiz təcrübə və həyatdan zövq almağı vəd edir.


 
Bizimlə Əlaqə
Tel: (0 12) 480-36-29
Mob: (99455) 257-27-00
 
Azərbaycan, Bakı AZ1065.
Cəfər Cəbbarlı küçəsi 44
Caspian Plaza, 3-cü mərtəbə.

 

LOGİN

 Email
 Parol
Qeydiyyat