Bakıdakı “Emo”lardan

Bu gün əksəriyyət “Emo”lar kimi tanınan insanları qəbul etmir.

“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, elə onlar da cəmiyyətə qarşı üsyan edərək öz etirazını bildirir. Bir çoxları bunun səbəbini onların qeyri-adi olması ilə əlaqələndirir. Çünki bu tipli insanların öz dünyası olur. Amma təəssüf doğuran hal odur ki, “Emo” qruplaşmalarının əsas hədəfi yeniyetmələrdir.

Araşdırmalar zamanı məlum olub ki, bu qrupların qurbanı olanlar, əsasən özünü ifadə edə bilməyən, cəmiyyətdə öz yerini tapmaqda çətinlik çəkən, eyni zamanda ailədaxili konfliktlər yaşayanlardır. Bu insanlar emossional olduqları üçün tez depressiyaya düşür və təkliyə üstünlük verir. Bəlkə də bu günlərdə paytaxdın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 37 ünvanında yaşamış 15 yaşlı Qəmərin də intihar etməsinin səbəbi bu olub. Çünki deyilənlərə görə, o, da “Emo” kimi tanınan qruplaşmalara qoşulubmuş. O, həm geyimi, həm də davranışı ilə fərqlənirmiş. Psixoloqlar bu tipli insaların depresiyaya düşməsini və bəzən bunun intiharla nəticələnməsini, əsasən ailə daxili problemlərin olması ilə əlaqələndirir.

“Azərbaycan etno psixologiyası üçün bu qəbul olunmur. Bu müsbət dəyərləndirilmir. “Emo” üsyan edir hər kəsə. Amma bizim öz psixologiyamız olub”, - deyə psixoloq Elnur Rüstəmov qeyd edib.

“Emo”ları digərlərindən fərqləndirən daha bir cəhət, onların geyimlərinin, davranışlarının fərqliliyi, özlərinin musiqi janrlarının olması, eyni zamanda üzərlərində dəmir aksesuarları gəzdirməsidir. Onların uzun tel saxlamaları, qara geyim fonunda rəngli, əsasən çəhrayi, mavi, aksessuarlar gəzdirməsi və bədənin müxtəlif yerlərində pirsinqin olmasıdır. İlk vaxtlar bu cərəyanın üzvləri yalnız yeniyetmələr olsa da, hazırda bu kontingentə daxil olan şəxslərin arasında 45 və ondan da çox yaşı olanlara rast gəlmək mümkündür.

Mütəxəssislər yeniyetmələri bu vəziyyətdən çıxarmaq üçün ilk növbədə valideyinlərin övladlarına qarşı diqqətli və anlayışlı olmalarını məsləhət görür. Çünki bu insanları zor, güc hesabına deyil, yalnız düzgün istiqamətləndirməklə, adi həyat tərzinə qaytarmaq mümkündür. Çünki bu qruplaşmaya qoşulan gəncləri nəyəsə məcbur etməyin sonu intiharla nəticələnə bilər.

http://www.qafqazinfo.az/xeber-bakdak-emolardan-t97172.html 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat