Depressiya və ondan qurtuluş yolu

www.pcc.azƏgər insan özünün fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa bu depressiyanın əlamətləridir. Depressiyalı adamı yemək-içmək maraqlandırmır. Onu günəşin çıxması, yağışın yağması ümumiyyətlə heç nə maraqlandırmır və heç nə ona sevinc gətirmir. O, qəlbən məyusluq, pərişanlıq hiss edir. Depressiya zamanı insan özünü heç nəyə dəyməyən, bəxti gətirməyən kimi hiss edir. Hər şeyə qarşı olduqca həssas olur. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın sona qədər deyilməmiş fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə depressiya çox zaman nevrozun fonunda başlayır. Depressiyanın ağır formasında insan evə qapanır və heç bir kəslə görüşmək istəmir, bütün günü hərəkətsiz uzanır və.s. İlkin mərhələdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa evdən çıxır, istəməsə belə işə gedir . İstəmir, lakin bunu etməyə məcburdur. Dəyişkən xasiyyətli, özünə qapanan, ən xırda problemmi ürəyinə salan insanlar depressiyaya daha tez düşürlər. Əslində hər bir hadisədən pozitiv nəsə axtarmaq lazımdır.

Depressiyanın əlamətləri kimi bunları göstərmək olar;

- özünü kədərli, dəyərsiz, ümidsiz hiss etmək və daxili aləmində mənəvi boşluğun yaranması

- qərar verməkdə çətinlik çəkmək

- yaddaş və diqqət pozğunluğu

- əvvəllər zövq aldığı fəaliyyətlərdən indi zövq ala bilməmə, intim münasibətdən imtina

- digər insanlardan uzaq durma və tənhalıq

- enerji azlığı

- qeyri-adekvat günahkarlıq

- iştahın azalması və ya çox yemək

- yuxu pozuntusu və bir çox əlamətləri göstərmək olar.

Depressiyada olduğunuzu bilmək üçün bunların hamısının sizdə olması vacib deyil. Bir neçəsi varsa belə mütəxəssisə müraciət etməyiniz məsləhətdir. Məhz buna görə də depressiyanı simptomların dərəcəsinə görə – yüngül, orta, ağır depressiyaya ayırırlar.

Statistiakaya görə dünyada depressiyadan 350 milyondan çox insan əziyyət çəkir. ABŞ xəstəxanalarında 12 milyona yaxın qadın depressiyadan müalicə olunur. Qadınların depressiyaya düşməsinə səbəblər də araşdırılır. Evdar xanımlar işgüzar xanımlara nisbətdə daha çox depressiyay düşürlər. Səbəb seriallara baxmaq, bütün diqqəti həyat yoldaına yönəltmək və s. hesab edilir. Qadınların kişilərə nisbətdə daha çox depressiyaya düşməyinə səbəb olan proseslərdən biri də onların emosional olmalarıdır. Hətta bu xüsusiyyət qadınları kişilərdən 2 dəfə çox depressiyaya düşməsinə səbəb olur. Bunu bioloji, psixoloji və sosial faktorlarla izah etmək olar. Bir çox hallarda qadınlar uşaq dünyaya gətirdikdən sonra (postportum) depressiyaya düşürlər.

Depressiyanın mühüm fəsadlarından biri intihar riskinin artmasıdır. Çünki günümüzdə intahar edənlərin sayı daha da artır və demək olar ki, gün ərzində minlərlə insan bu yolla həyatlarına son qoyurlar. Nəzərə alsaq ki, dünyasını dəyişənlərin 1%- intahar edənlər təşkil edir, o zaman məsələnin ciddi olduğunu görə bilərik. Depressiyadan çıxmaq üçün mütəxəssislər Dinin müsbət təsir göstərdiyini qeyd edirlər. İbadət edən insanlar müqəddəs kitabı öyrəndikcə bütün çətinliklərə qarşı daha döümlü olurlar. Bu da depressiyadan nisbətdə daha tez qurtulmağa kömək edir. Eyni zamanda Dində intihar haram qəbul edildiyində ibadət edən insanlar suisiddən uzaq dururlar və Allaha dua etdikcə tənhalıqdan da qurtulurlar.

Psixologiyada depressiyadan çıxmağın bir sıra üsulları vardır;

1-koqnitiv-bihevioral psixoterapiya

2-interpersonal psixoterapiya

3- psixodinamik psixoterapiya

Depressiyanın ağır formasının psixiatrla paralel müalicəsi mütləqdir. Yüngül səviyyəsində isə təbbi bitkilər belə köməkli edə bilər. Yüngül depressiya həyat tərzimizi tənzimləməklə və pozitiv enerji verən texnikalar tətbiq etməklə aradan qalxır. Bu zaman idman etməyi həyatımıza qatmaq çox əhəmiyyətlidir. Bütün hallarda depressiyada olduğunuzu hiss etdiyinizdə mütəxəssis psixoloqa müraciət etməyiniz daha məqsədəuyğundur. Bu Sizə daha tez zamanda bu prosesdən qurtulmağınıza yardımçı ola bilər.

www.pcc.azGülnar Məmmədova

Psixoloq


 

LOGİN

 Email
 Parol
Qeydiyyat