“Kaktus” testi. M.Panfilova

Məqsədi: uşağın emosianal sferasını, aqressiyanın olub olmamasını, onun nəyə yönəldiyini, intensivliyini aşkarlamaq Yaş: məktəbəqədər, 4 yaşdan yuxarı uşaqlarla keçirilir Material: kağız (A4 format), karandaş Təlimat: “Təsəvvürün də canlandırdığın kaktusu bu kağızda çək” Suallar və əlavə izahatlara icazə verilmir. Uşağa ona lazım olan qədər vaxt verin. Şəkli çəkib bitirdikdən sonra uşaqla söhbət aparılır. Söhbət: 1. Kaktus ev bitkisidir yoxsa yabanı? 2. Ona toxunmaq olar? 3. Kaktus ona qulluq edəndə bəyənir? 4. Kaktusun qonşuları var? 5. Hansı bitkilər onun qonşusudur? 6. Kaktus böyüdükdə onda nə dəyişiklik olur? İnterpretasiya: 1. Aqressivlik: iynələrin olması, iynələr uzun olur, sərt, dik və sıx təsvir olunması. 2. İmpulsivlik (qeyri-iradilik): güclü basılmış, qırıq-qırıq xəttlər,cızıqlar. 3. Eqosentrizm (eqoizmin (xudbinliyin) ifrat dərəcəsi): vərəqin mərkəzində böyük rəsm. 4. Asılılıq, qətiyyətsizlik: qabarıq şəkildə zoğun olması, formanın qeyri-adiliyi. 5. Sirr verməmək, bağlılıq, ehtiyatlılıq: kaktusun tərkibində və yaxudda konturda ziqzaların olması. 6. Optimizm: parlaq rənglərdən istifadə. 7. Həyəcan: tünd rənglərdən istifadə, daxili ştrixləmə, qırıq-qırıq xəttlər. 8. Zəriflik, incəlik: bəzəyin olması, yumşaq xətt, forma, rəngdən çox istifadə. 9. Ekstravertlik: yanında digər kaktusların olması, rənglər 10. İntrovertlik: yalnız bir kaktus təsvir olunur. 11. Ev müdafiəsinə can atma: dibçəyin olmasını. 12. Tənhalığa meyl: yabanı kaktusun təsvir olunması.
 

MƏQALƏLƏR

LOGİN

 Email
 Parol
Регистрация