Sual Cavab

Gulcin
2016-07-20
Salam,menim 18 yawim var. sevgilimle 5 ildi sevirik bir birimizi. Amma o mene cox xeyanet edir. Evveller tutanda dalawirdim mene deyirdiki day qutardi olar bow weydi esas sensen bariwirdiq. Mende onu Cox sevirem deye her seferinde bagiwlayirdim. Indi ise sosyal webekede qizla niwanli yazib. Deyirem onu sil o qizdan uzaq dur mene deyirki ora real deyil o bow weydi vaxtimi kecirdirem esas sensen. Anasi ile de elaqem var,bacilari ile de daniwiram. Duzdu onun sevgisinden eminem. Bilirem meni sevir. Amma mene xeyanet etmesini hec goture bilmirem. Gunum aglamaqla kecir. Anam deyirki bu indiden beledise gelecekde lap pis olacaq ayril. Amma men ondan ayri dura bilmirem. Nefesim gedir cox pis oluram. Amma onun meni aldatmagina da doze bilmirem. Ozde soz deyende meni gunahkar cixardir deyirki uwaqsan niye bawa duwmursenki o qiz bow weydi esas sensen seni sevirem bele sozler deyir. Nolar mene komek edin men ne etmeliyem?
Cavab: Salam Gülçin xanım, siz reaksiya verirsiniz ancaq sonradan qəbullanıbmış kimi barışırsınız. Belə çıxır ki, onun sizə xəyanət etməməsi üçün heç bir qorxusu yoxdur. Onsuz da barışıb oturursunuz. Əgər dalaşıb heç nə həll etmədən "Əsas sənsən" sözü kifayətlənəkdinizsə, heç əvvəldən dalaşmamalı idiniz. Çünki bu qəbullanmaq onu arxayın edir və təbii ki, bu vəziyyət hər zaman davam edəcək. Bu günə kimi heç etmədiyiniz bir şeyi etməyi sınayın. Məsələn, dalaşmaq yerinə görməzdən gəlməyi və daha çox özünüzə zaman ayırmağı. Bir az həyatı özünüz üçün yaşayın. Davamlı onu izləmək sizi nədənsə qorumadığı kimi nəyinsə də qarşısını almayacaq.
Ayla
2016-07-20
salam hekim... menim problemim coxdu ailede problemler var dehwet esebiyem eseblewende her yeri ucurmaq isteyirem... aglayiram her gun... pilusda qorxu var mende sevgilimle ciddi munasibetimiz vardi aileside bilir ve hetda getmiwem olara... ama o da esebidi ve tez dalawir mende tersem mene qorxu gelir qorxudan xesteliye duwcem ele bilurem... meni ayrilmagada qoymur.... cox pisem men her wey sixir meni cox fikr elirem ozumde zeifem ... taqetsizem... hekime getdim esebe qarwi persen dermani yazdi ...mene komek edin deli oluram esebden...
Cavab: Salam Ayla xanım. Əgər taqət hiss etməyəcək qədər gücsüzləşmisinizsə, yazı ilə deyil də intensiv şəkildə real olaraq yardım almağa çalışın. Daha yaxşı nəticə almağınız üçün bu lazımdır.
Jale
2016-07-19
Salam, mende iki defe hamilelik olub, biri boru hamileliyi oldu, biri inkiwafdan qaldi,cekdiyim agrilardan sonra aile heyatindan qorxmaqa bawlamiwam,pis menada deyiwdiyimi hiss edirem ve bunun gelecek ucun yaxwi olmayacaqindan qorxuram(
Cavab: Salam Jalə xanım. Allah şəfa versin. Siz sadəcə hadisələri köçürmə edirsiniz. Keçmişdə baş verənləri bu günlə eyniləşdirirsiniz. Mütəxəssis dəstəyi almağınızda fayda var. Öncəliklə bu qorxulardan azad olmalısınız. İnamınız sizə geri qaytarılmalıdır.
Turkan
2016-07-18
Slaam,biz onunla 7ildi bir birimizi aevirdik,yasimiz az oldugu ucun xirda seylerden dava edirdik,sora o gordunki coh eseblesirem menden ayrildi,ama ayrilanda yalandan behanelet eledi ki gozumden dussun,1il her iki aydan bir yazdi,men umidlendim,sora mene dedi ki onsuz da birlikde olmuyaciq,bu sozler meni soyutdu,1ilden sora geldi ki alinmir Ayri qalammiram,men artiq o qede esebi idim ki ona qebul edemmedim,iki il surundu arxamca ama istemirem dedim,ne olur olsun birlikde olmuyaciq dedim,ama sonda anladimki hirsdi bu,o da iki ildi dediklerimden dolub,mene deir ki coh esebiyem,pesman idim,ne dedim qebul elemedin,icimde sevgi qalmiyib dedi,sizce bu sadece esebden deilen sozler ola biler?yohsa dourdan her sey bitib?
Cavab: Salam Türkan xanım. Bu münasibət çoxdan bitib. Bəlkə də heç başlamayıb. Sadəcə arada darıxma hissi sizi davamlı geri addım atmağa vadar edib. Söhbət əgər sevgidən gedirsə, ortada sevgi yoxdur. Sadəcə vaz keçməyi öyrənmək lazımdır.
Mirseyid
2016-07-13
Salam doktor əzab çəkdim ezyet çəkdim ailəmiz dagildi anamın geden nefeside mennendi gelen nefeside bir söznən o men siz yaşaya bilmir 19 yaşım var maiddi cəhətdən əziyyət cekirəm qarşılıqsız sevgi həyatı sürürəm cibimdə pul olmur heçnə edə bilmirem sevdiyim qızı biriynen görende intihar etmey isdeyirem ama hər intihara cəhd edəndə anamı fikirləşib fikirimnen daşınıram anam maniyədi qarşımda və sizdən bir xaişim təkçə bir xaişim mənə kömək edin bu maniyəni qarşımnan necə götürüb rahat intihar edə bilərəm? Məni fikirimnen danışndırmayın yəni əziyyət çəkməyin dediyləriniz heçnəyə yaramiyacaq sadəcə xaişim budurki bu maniyəni qarşımnan necə götüre biləciyimi mənə başa salasız yaxşılığınız bu ola bilər mənə sadəcə.
Cavab: Salam Mirseyd bəy. Qarşılıqsız sevgi çəkən kimi yaxud cibində pul olmayan kimi qazanmaq toparlanmaq yerinə gücsüzləşən bir oğlanı hansı qız niyə sevsin? Yoxsa siz elə düşünürsünüz ki, o sizi sevsə başqa olardız? Xeyr. Əvvəlcə özünüzü aldatmayın. Adi misal çəkək ananınızın gedən gələn nəfəsinin siz olduğunu deyirsiniz, ancaq bunu belə qorumağı düşünmürsünüz, intihar etmək barədə isə xüsusi səy göstərib ona mane olan səbəbləri aradan qaldırmağın yolunu axtarırsınız. Bəlkə real həyata qayıtmağın vaxtı çatıb? Sevdiyiniz qız başqa biriylə də ola bilər bu dünyanın sonu deyil. Hazırda tutaq ki, başqa bir siz sevmədiyiniz qız sizi sevir. Sırf sevir deyə sevərdinizmi onu? Xeyr. Hər kəsin öz sevdiyi olur. Qarşılıqlı yaxud qarşılıqsız. Əlindən oyuncağı alınmış uşaq kimi özünüzü yerə vurmağı dayandırın. Ən birinci dağılan ailənizin başçısı kimi davranmağa başlayın. Birinci böyüyün sonra isə qız sevmək də olar, pul qazanmaq da. Bunlar isə sizi yolunuzdan döndərmək üçün sərf edilən sözlər deyil. Real həyat bunu deyir. Yenə də seçim sizindir. Sevdiyiniz qız ona görə özünüzə qəsd etdiyinizi bilsə belə təsirinin çox qalmayacağından bəlkə də heç təsir etməyəcəyindən əmin ola bilərsiniz. Olan valideynə olacaq. Öncə kimi niyə cəzalandırmaq istədiyinizi düşünün. Əgər bunu özünüzü qurtarmaq üçün edirsinizsə, eqoist bir davranış olduğunu qəbul edin. Valideyni də düşünmək lazımdır.
MiMahir
2016-07-13
Salam hekimmen tez tez darixiram ozumde narahatliq hiss edirem bideki Kollece sened vermisem qorxuramki axiri pis neticelener gire bilmerem ona gore darixiraam men nece edim
Cavab: Salam Mahir müəllim. Əgər imtahan nəticələriniz uğurludursa, sadəcə gözləmək sizi darıxdırırsa, buna həyəcan və səbrsizlik adını vermək olar. Sadəcə çalışın qapalı yerdə çox dayanmayın. Davamlı hərəkətdə olun, ən əsası isə özünüzlə söhbət edin, nəticənin pis olmama ehtimallarını dəyərləndirin.
Yaxsi
2016-07-08
Salam.menim yoldasim icki aludecisidir ne ede bilerem tergitsin.xaiw edirem komek edesiz
Cavab: Salam. İçməyə nə zaman, nə qədər müddətdir başladığı önəmlidir. Daha sonra isə onun özü bunun tərgitməyi istəməlidir. Daha sonra isə psixoloqa müraciət edərək bunun aşmaq lazımdır.
Leman
2016-07-08
Axwaminiz xeyir men oz istediyim gelecekle ailem ve onlarin istedikleri gelecek arasinda qalmiwam oz arzularim cox ferqlidi ve meni heckim bawa duwe bilmez men cox qeyri adi bir insanam arzularim ucun ailemden vazgecmelimi yoxsa istemediyim heyati yawamaliyam?
Cavab: Salam Ləman xanım. Ailənizin bunu istəməmə səbəblərinə qulaq verin. Hansını seçsəniz hansını itirərsiniz qərarlaşdırın, hansını itirdiyiniz zaman daha az təsir edər bunu müəyyən edin daha sonra qərar verə bilərsiniz.
Ayan
2016-07-07
Salam,hekim menim 20 yaşım var, çox esebiyem, ellerim,, ayağllarım çox teriyir, teziqim çox tez-tez düşür, başım çox tez-tez ağrıyır, çox tez-tez ağlıyıram bir gün de çox ağlıyıram,qışqırıb nellerise qırıb ağlamağa da istiyirem amma çox vaxt alınmır, Bir sözle çox yerim ağrıyır, insaların qelbin qırıram, sonra da çox peşman oluram ve peşmançılığdan ağlıyıram, çox vaxt neyi isteyib neyi istemediyimi de bilmirem, qarsız qalıram ve bir de aşiqəm, xaiş edirem mene meslehet verin hekim
Cavab: Salam Ayan xanım, ola bilər ki, bu isterik tutmaların əlaməti olsun. Mütləq şəkildə psixoloqa müraciət etməlisiniz.
Gulnare
2016-07-06
Salam.Menim 32 yasim var.20 yasinda qrup yoldasimi sevmisem.O da meni.Lakin bir birimize acilmamisiw.Sadece men onu hiss etmisem.Cox mehriban olmusuq.Sonra men aile qurdum.Lakin onu hele de unuda bilmirem.Bu da meni heyatdan kusdurur.Heyatin menasi itir menimcun.Qeyd edim ki sevdiyim shexsle aramda hec bir sevgi munasibeti olmayib.Sadece zarafatlarinda bunu hiss etmisem.
Cavab: Salam Gülnarə xanım. Siz ailəlisiniz bəs o? Bəs o da görəsən sizi düşünür? Sanmıram. Vaxtilə etiraf etməməyinə səbəb nə ola bilər? Heç nə. Yəni o zarafatlarda hiss etdiyiniz ola bilər ki, sadəcə zarafat olsun o qədərilə qalsın. Dahasını siz yükləmisiniz. Çalışın ailənizə yönəlin. Sevgi mövzuları sadəcə evliliyiniz sabit keçir ona görə də belə maraqlarda qalırsınız. Ailənizdə ürəyinizaçan hallar yaradın. Canlılığı ailənizdə xəyal edin, bir başqasında deyil. Çalışın bu barədə xəyal qurmayın.
leyla
2016-07-05
salam.indi size deyeceklerim 7 ildir ki bagrimda das olub.sizden basqa hec kime hecne dememisem.aileliyem 2ovladim var.sevmeden aile qurdum muxtelif sebeblerden.ailem ugursuz oldu.biz yalniz resmi evliyik.illerdir aramizda er arvad munasibeti yoxdur.cunki onun meni doyub isgence verdiyi zamanlarda basimi sigallayan mene menevi destek olan bir qohumu qelbimin sahibi oldu.bilirem indi meni qinayirsiz amma ureyimle bacarmiram.onu cox sevirem o da meni.o subaydi evli olmayib.arzusu budur ki bir az isleyib pul toplasin meni de goturub buralardan getsin.o menimle aile qurmaq isteyir.bu menim en boyuk xeyalimdi.hemcinin de usaqlarin atasina ve usaqlara gore ezab cekirem.onu da bilirem ki onlar onsuzda meni itirecekler.sevdiyimle getmesem de ozumu oldurecem.cunki onsuz yasaya bilmerem.siz deyin men ne edim?cox gerginem bu movzuda sizden basqa heckimle danisa bilmerem.xahis edirem mene komek edin.
Cavab: Salam Leyla xanım. Hazırda yoldaşınız sizə pis davranırmı? Əgər vəziyyət normaldırsa, xəyallardan özünüzü ayıra bilərsiniz. Sizin uşaqlarınız var, ancaq əvvəla ana kimi düşünmürsünüz. Sanki 18 yaşlı başqa birinə aşiq olan biri kimi düşünürsünüz. Daha ciddi məsuliyyətləriniz olmalıdır.
orxan
2016-07-05
salam men bir muddet bir qadinla unsiyyetde olurdum bunun munasibete kecirmek isteyirdim qururuna gore gore bu alinmadi men de onan unsiyyetimi kesdim ve 1 ile yaxindi bir basqasiyla unsiyyete gire bilmirem
Cavab: Salam Orxan bəy. Tamamlanmamış vəziyyətlər yeni nələrinsə yaranmasına hər zaman manedir. Çalışın hər kəsdə onu axtarmayın.
lale
2016-07-05
Men 2 ildi evliyem yoldasim defelerle mene xeyanet edib,axir vaxtlar demey olarki lap cox olur.men niyesini sorusanda ise deyirki onlar2 3 gunlukdu onlara gore eseblesme esas odurki menim yoldasim sensen,soz verir birde olmuyacag amma yenede tekrarlayir,men neynemilyem,xais edrem cav yazin
Cavab: Salam Lalə xanım. Heç bir reaksiya bildirməyin, özünüzlə məşğul olun. Baxımlı olmağa çalışın. Bu barədə sual belə verməyin. Başınızın nəyə qarışdığını maraq etməyə başlayacaqdır.
lale
2016-07-04
salam elnur bey.meslehetinize ehtiyacim var.4 aydi aileliyem.aile qurannan sora yoldasimin rus qadinnan 8 yasinda uwagi oldugunu oyrendim.duzdu qadinnan ayridi ama uwaginin yanina gedib gelir.bu durum mene bezen eseb verir.xaricde yawiyirix.bu veziyeti bilennen cox eseb stres kecirdirem.yoldasimin mene qarwi munasibeti yaxwidi sadece bu veziyete gore yalniz men dava yaradiram.ozumle bacara bilmirem.bezen uwaginin yanina getmesicun ozum tekid eliyrem bezende niye getdin deye dava yaradiram.ne edeceyimi bilmirem.xahiw edirem komey edin bele halda men neynemeliyem?nece reftar etmeliyem?uje eseb xestesi olmuwam.
Cavab: Salam Lalə xanım. Doğrudur, bəlkə də qəbuledilməz haldır, ancaq əgər bizə pis davranmırlarsa, o zaman problem nədir? Elə bilməyin əgər bizə yaxşı davranırlarsa hər şeyi qəbullanıb susub oturmaq lazımdır. Xeyr, sadəcə dava yaradaraq həll olan bir məsələdirmi sizcə bunu düşünün. Dava salaraq birdən normal gedən münasibətinizi korlayarsınız onda necə? Zamanı geri döndərmək mümkün olacaqmı? Öz ailənizlə, ailə olmaqla maraqlanın. Qalan şeylər dünənə kimi sizin xəbəriniz olmadan da vardı və heç bir təsiri yox idi münasibətinizə. Bu gün də olmasın.
Feride
2016-07-03
Salam ilk once sualima gore uzur isteyirem ama cox ezyet cekrem oma gore yazib sizden meslehet almag istedim.menim 23yawim var ayrilmiwam gelinem men oz refiqemi sevirem yani lezbiyanka deylem her qadina o hiser yoxdu sadece bir o qizdadi sevgim ama ona desemede o ele hissler yawamir mene qarwi men cox ezyet cekrem onu qisqaniram sevirem darixiram mene komek edin xaiw edirem men ne ede bilerem ki ureyimden cixsin hec cur cixmir ureyimden.o evlenen gunen menim her gunum qaradi cox pis hala qalmiwam komek edin bir meslehet gorun cox sagolun .
Cavab: Salam Fəridə xanım. Böyük ehtimalla siz onanköçürmə etmisiniz. Mütləq şəkildə psixoloq dəstəyi almalısınız. Çalışın ötəri yanaşmayın.
gulsen
2016-06-30
Salam men evliyem bir oglum var evde qaynana qaynata var her seye tez eseblesirem sinir prablemim var ama hansi hekime gedirem deyir sinirin muslicesi yoxdu herden ele hallar bas verir ki az qaliram usaqimi oldurem onu istemeden doyurem eseblerim pozulub evde hami ustume gelir cavab qaytara bilmirem icime vururam buda meni deli edir xais edirem mene komek edin
Cavab: Salam Gülşən xanım. Düşünürəm ki, tez bir zamanda və təcili olaraq psixoloqa müraciət etməli olduğunuzu qeyd etməyə ehtiyac yoxdur. Bu gün sizin qaçdığınız senaslara sabah övladınız getməli olmasın. Onun psixologiyasını korlamamaq adına bu gün dəstək almaq barədə yaxşı düşünün. Uğurlar
Tural
2016-06-29
Salam Elnur bey, qardaşim sevgilisden ayrilib, sebebler ise qarşiliqli anlaşmamazliqdan yaranib.eslinde xasiyyetleri de hec tutmurdu.qizin guvensizliyi, sehv axtarmaq çabalari, özü yalniş hereketler etmesine baxmayaraq üzr isteyen terefin o olmamamsi münasibetlerin pozulmasina sebeb olub.bir birilerini tam tanimamiş qiz israri ile aileleri de nişanlanmaq üçün taniş etmişdi.bir sözle öz istediyini her cür heyata keçirdirdi.Qardaşim defelerle onunla alinmayacagini bildirse de ancaq indiki hereketleri ferqlidir.yemek yemir,hey fikirleşir ve bu da bizi narahat edir.onlar hec vaxt xoşbext aile tablosunu yarada bilmeyecekler.ailemiz razi da deyil.hec özü de istemir sadece ikili fikirler onun bu veziyyete duşmesine sebeb olur.sizce o ne etmelidir? Önceden teşekkür edirem.Meslehetinize ehtiyac var.
Cavab: Salam Tural bəy. Əgər onun özü də bu münasibəti istəmir ancaq qopa bilmirsə, emosional bağlılıq var deməkdir. Mütəxəssis qəbulunda olmağını məsləhət görərdim. Tək özü bu vəziyyətdən çıxa bilməyə bilər və hələki gec də deyil.
kubre
2016-06-28
men geceler yata bilmirem 2 defe emeliyyat olmuşam indi 3 -cü defe emeliyyat olmaliyam hekim mene diaqnoz qoyduqdan sonra eve gelib durmadan ağlayıram mene tovsiyeniz nedir
Cavab: Salam xanım. Diaqnoz nədir bilmirik, ancaq müalicə varsa, bu sizi niyə qorxudur? Sadəcə normal olaraq əməliyyat qorxusu yaşayırsınız. Daha əvvəl 2 əməliyyat isə sizə bir çox şeyi canlandırmağınıza səbəb olur deyə, bu sizi daxilən qorxudur.
aynuwaa
2016-06-28
salam 20 yawim var niwanliyam mene ilk defe baxmaga gelende beyenmiwdim ama niwanlanan sora soyudum onan uzaqlawiram herden uzune baxmiram gezmeye gedende mene uzune hec herden aglamag isdiremki men niwani qaytarmaq isdirem seve bilmirem hey deyirem severem alinmir mene deyendeki uzume niye baxmirsan pis oluram oda pis olur niye bele olmuwam
Cavab: Salam xanım. Əgər daha əvvəl yaşadığınız münasibətin izi qalmayıbsa, ola bilər ki, evlilik sizi qorxudur. Ona baxdıqda isə bununla üzləşdiyiniz üçün ağlamaq hissi keçirirsiniz. Əgər sizə pis davranmırsa, sadəcə hər şey sizinlə əlaqəlidirsə, mütləq şəkildə psixoloqa müraciət edin.
Leyla
2016-06-27
Salamm dr.Ne olar mene komek edin.Choox charesizem bilmirem ne edim.Nishanlimla problemlerimiz var.Chox gisgancdi bir defe magazine getmishdim ona xeber elememishdim deye soydu yolda doydu meni.Chox pis xasiyeti var.Evvel bele deyildi sonradan gorsetdi ic uzunu.Men nishanlimla sehv eliyib elagede olmusham.Indi ayrilmag isdeyirem chox gorxuram onnan.Meni shantaj edir ki anana atana deyecem menle elagede oldugunu.Bilmirem ne edim o hedde chatmisham ki ozumu oldurmek istirem.Ne eliyim axi men?? Nece edimm atam bilmesin ama ondan ayrilim?Heyatim risk altindadi(((((
Cavab: Salam Leyla xanım. Bu barədə sizin ailənizi yaxından tanıyan biri ilə danışmağınızda fayda var. O sizin ailənizi də tanıdığı üçün daha doğru deyəcəkdir. Ancaq hər şeydən əlavə nişanlınızla oturub söhbət etməyiniz lazımdır. Onun belə davranmasına səbəb sizin ondan ayrılmamağa məcbur qalmağınızdır yoxsa nədir? Bunu həll etməyə çalışın.
Fidan
2016-06-27
Salam.19yawim var.Men butun gun depresiyadayam.Hecne etmek istemirem.Her wey maraqsiz gelir.cox sixici gelir.Ne gezmeye getmek isteyirem ne de bawqa bir wey.Tekce hamidan qacib musiqi dinlemek isteyirem.Xeyal qurmaq isteyirem.Xeyallarimdan qaca bilmirem.Hamisida olumle baqlidi.Sehv anlamayin.Intihar duwunmurem.sadece xeyallarimda hemiwe olurem.bir vaxtlar menim qedee gulub daniwan yoxuydu belkede.indise hemiwe qemginem.Gulmeliside odur ki ozumde psixologiya fakultesinde oxuyuram.Inanirsiniz burani oxumazdan evvel bele hemiwe haminin komeyine catirdim indide catiram.Indi daha cox yardimim deyir telebe olsam bele.amma ozum ucun hecne ede bilmirem.Tek bildiyim hec yaxwi deylem daha.duzelmeyecem.her wey bele qalacaq
Cavab: Salam Fidan xanım. Madam ki, ixtisaslar da eynidir, o zaman həm bu vəziyyətinlə bağlı, həm də bir şeylər öyrənmək adına psixoloqda olmağa dəyməzmi?
Sevinc
2016-06-24
Salam Elnur bey.men oz veziyyetimden bas aca bilmirem.mende damarlarda yanma olur.sadece meni narahat edir.bedenim partlamaga gelir nefes almam cetinlesir,gun erzinde bir nece defe tutur bu meni.butun analizderden cixmisam hamisi temizdi.bogazimda herden ele hal olurki ele bilirem qan donur bogazimda udqunanda ele bilirem et var ne oyana gedir nede bu yana.yoxlatdirmisam Sukur Allaha zobum yoxdu ,hekimin dediyine gore esebdendi.damarlarda herden sancmada olur.hemen an canima qorxu dusur pis seyler fikirlesirem.bu neyin elameti ola biler,bir nece defe mualice almisam xeyri yoxdu.ne meslehet vererdiniz?evveller teziyim ve urey doyuntum yuxari olardi.mualiceden sonra dusub qaydasina.ele yanma olan kimi heyean ,qorxu gelir mene .onceden tesekkurler.
Cavab: Salam Sevinc xanım. Qeyd etdiyiniz hallar ciddi bir vəziyyətin olduğunu göstərir. Daha dəqiq diaqnoz üçün mütləq şəkildə psixoloqa müraciət etməlisiniz. Çalışın müayinədən keçəsiniz.
Gulnar
2016-06-24
Salam men heyecannan cox eziyyet kecirem butun gun heyecan kecirirem bu neden olar?
Cavab: Salam Gülnar xanım. Həyəcan keçirən milyonlarla insan var və bunun milyonlarca səbəbi ola bilər. Bu hal nə zamandan sonra yaranıb, nə zaman daha çox artır bütün bunlar danışılıb araşdırılmalıdır. Yaxşı olardı ki, mütəxəssis yardımı alasınız.
Sevinc
2016-06-24
Salam,menim hedsiz chox sevdiyim birisi olub , o da meni mennen chox sevirdi, artiq 5 aydirki ayrilmisiq, daha dogrusu o mennen ayrildi, bu hadise meni sarsitdi, hele de ozume gele bilmirem,hetta psixoloji problemlerim yaranib, ozume guvensizlik yaranib. Aglimda ancaq sual isareleri durur niye ayrildi, dediyine gore ailesi narazi oldugu uchun, ama bele olsa da insan sevdiyinden bele tez vaz kecermi. Men bunnan sonra bir heyat dusune bilmirem.
Cavab: Salam Sevinc xanım. Siz həyat düşünə bilmədiyinizi deyirsiniz, ancaq o artıq düşünə bilib. Münasibəti tək siz yaşamırdınız, əgər birisi ayrı qala biləcək cəsarətdədirsə,deməli bu cəsarəti bir az da siz tapmalısınız. Həyat hər zaman davam edir, ancaq biz onu pis davam etdirməyə qərarlıyıqsa, deyə bilmərik ki, o pisdir.
Ayten Huseynova
2016-06-24
Salam men ayten.menim problemim gercekden zor ve cetin.imkan ede bilmirem pisixologun yanina gedim maddi cehedden.anamla qaliram bosanmisam birinci tramma orda aldim.kecdi amma kecmedi kecdi sandim.sonra ikinci yasak ask yasadim.turuldum ona amma ailesi var 3usagi var iki ilden sonra ozme cesaret toplayib ayrilmagmizi dedim amma dost qalmagi teklif etdim sevgiden dost qaldik tebiki o bu sohbeti mecburda olsa gebul etdi.indi sizden meslehet almaq isteyirem men ne edim nece edim onu unudum teklif etdiyim dost qalmagmizi devam edim dostcasina hemde aile dostumuzdu.bir yol tapa bilmirem ureyim agriyir her gun her degge aglamagdan gunum kecmir.sizden meslehet almaq isteyirem herseyi unutacaq dermanlar varmi edim tapletkalar varmi gebul edim?mene komek edin cox ehtiyacim var yardiminiza.ozme cox kapandim evden cixa bilmirem uatniram yasak ask oldugundan herkes meni gulecekler tufurcekler uzme cekinirem iki ildi evden bayra cixmiram
Cavab: Salam Aytən xanım. Sizcə də toparlanmağın vaxtı çatmayıbmı? Dostluğu sizin nəyinizə gərəkdir? Nəsə verirmi bu sizə? Qırıntılarla doymağa çalışmayın. Ayağa qalxın və real həyata qarışın. Siz evdə oturmaqla heç nəyin qarşısını almış sayılmırsınız. Sadəcə özünüzü cəzalandırırsınız. Ancaq bu cəza belə heç nəyi həll etmir.
Aynura
2016-06-24
salam elnur emi necesiz? Hemiwede size yaziram Allah razi olsun cavabsiz qoymursuz,deyerli meslehetler verirsiz cox tewekkur edirik.Bizim imtahanimiza az qalib sayili gunler qalib, heyacan var ne edek biz??? :((
Cavab: Salam Aynurə, imtahana az qalmış qatıla bilsəniz seansa qatılın. Motivasiya alaraq imtahana gedin. Dahası isə əgər dəsrlərinizə hazır getmisinizsə, hədəfləriniz bəllidirsə, qorxmaq üçün səbəb yoxdur.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128

LOGİN

 Email
 Parol
Qeydiyyat

XÜSUSİ TƏKLİFLƏR