Sual Cavab

Vusal
2016-03-03
Salam hekim, menim yatdawim sox zeifdi fkrimi toplaya bilmirem adi bir soze iliwib qaliram zehin alti choox duwunurem lazimsiz weyleri xaiw edirem mene bir meslehet dein.
Cavab: Salam,Vüsal bəy.Bu daha çox yaddaş zəifliyi deyil,diqqət əksikliyi ilə əlaqədardır.Bu halda qoyduğu əşyanı unutma,konsentrasiya pozuntusu, hər hansı sözü və ya cümləni xatırlamaqda çətinlik müşahidə oluna bilər.Problem daha çox gərgin həyat tərzi ilə əlaqədardır.Terapiyası zamanı psixoterapiya tətbiq olunmaqla, problem korreksiya olunur.www.pcc.az
Elvira
2016-03-03
salam..men uje axwam duwende pis oluram.ureyimdehem qorxu hemde bi sixinti var hemiwe sebebini de anlamiram...ailemle istemeden kobud daniwiram her az bi weye gore eseblewirem anliyiram.mene kömey olun((
Cavab: Salam,Elvira xanım.Qeyd etdiyiniz əlamətlər təşvişli-nevrotik pozuntu səbəbindən qaynaqlanır.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
xeyal
2016-03-02
salam menim 22 yasim var...men her gun cox narahat oluram...men de her gun tez tez urek doyuntusu olur...tez heyecanlaniram ele bilirem ki bu saat olcem...cox esebiyem...inanmiram sagalmagiam..ozume qapanmisam..bilmirem ne edim..xahis edirem mene yol gosterin
Cavab: Salam,Xəyal bəy.Qeyd etdiyiniz əlamətlər generalizə olunmuş təşviş pozuntu səbəbindən qaynaqlanır.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Nurane
2016-03-01
Salam hekim menim 20 yasim var.yoldasim masin qezasina dusub bir ildir komada yatir.. men cox eziyet cekirem sanki her gun biraz daha icim olur xais edirem mene komeh edin Elnur bey
Cavab: Salam,Nuranə xanım.Özünüzü günahlandırmayın.Qəzaya və onun komada olmasına səbəb siz deyilsiniz.Təmkinli olmağa cəhd edin.www.pcc.az
sona
2016-03-01
salam . ozumu cox pis hiss edirem 20 yasim var hec kese guvene bilmirem ve inanmiram aileme ve is yoldaslarima hec kese guvenmirem ozumu sinmis hiss edirem ozume defelerle qest etmisem ama qorxaqam gucum catmayib olmeye bu insanlar mene yad kimi gelir yalniz qalmag isteyirem ancaq bu veziyetden nece cixa bilerem
Cavab: Salam,Sona xanım.Qəsd etmək hər hansı situasiyadan çıxış yolu deyil.Problemlərinizi həll etmək üçün müəyyən addımlar atın.Bu durumda əyani psixoloji yardım durumun stabilləşməsinə yardım edər.www.pcc.az
Mayil
2016-03-01
Salam size sualim olacaq xayişedrem cavabladrin men 2 il budan evel cox pis qorxdum o hədə cadiki ozmu yuk seklik den aşakı atmak istedim o gunden beri ozme gele bilmirem ve başmda sxlaşma ağrlik hiz edrem sanki doludu ton kimidi başım ogunden beridi qorxulara tez tez qaplam demeq olarki her15 deqeden bir qulaqmi cekire ureqime pis pis hiser gelir cox narahatam telivizir izliye bilmrem ve teli olmakdan xorxram cinayet işi eşdib edende ele bilem mede ele olcyam vs yaşm 20 men ne edebilerem bir kömekilik edin
Cavab: Salam,Mayıl bəy.Bu hal obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Orxan
2016-02-29
Salam hekim. Menim 20 yaşım var. Universitet oxuyuram. Birinci kurs.. Men gece yatanda qorxulu yuxular görürem. Hetta yuxudan ayıldıqdan sonra bele qaranlıqda yuxuda gorduyum insana benzer varlıq gozume gorunur. Bir az sonra yuxuya getdikden sonra yeniden hemin varlıqı görürem.. Çox xahiş edirem hekim, kömek edin mene.
Cavab: Salam,Orxan bəy.Qeyd etdiyiniz məqam gün ərzində yaşadığınız gərginlik və stressdən qaynaqlana bilər.Çalışın yuxu rejiminizə riayət edin. Narahatlıq yaradan məqamlardan uzaqlaşın.İstirahətinizə zaman ayırın.www.pcc.az
nermin
2016-02-29
salam. men son vaxtlar hecde yaxwi deyilem, bacarmiram ozumle, kecmisde yawanan bezi hadiseleri unutmaga caliwiram ama alinmir, buda mene ziyan edir ve ozumu tenha bedbext hesab edirem, xaiw edirem mene birazda olsa komek edin, 25 yawim var menim
Cavab: Salam,Nərmin xanım.Keçmişdə yaşadığınız məqamların neqativ təsirini özünüzdən uzaqlaşdırmadığınız təqdirdə gələcəyə yönələ bilməyəcəksiniz.Çünki keçmişlə bağlı xatirələriniz gələcəyə irəliləməyə mane olacaq.Çalışın o halları yaşanıb bitmiş xatirə kimi xatırlayın.Diqqətinizi həmin istiqamətdən yayındırın.Prosesə qarşı yanaşmanızı dəyişin.www.pcc.az
sabina
2016-02-29
Salam yoldasim mene qaygi gosterir nazimi cekir qazancini eve xercleyir son 5 manati olsa cibinde onu mene verer ozu ele geder usaqlarla munasibeti yaxsidi ailevi gezintiyede gedirik her ehtiyacimi odeyir ama her kes deyirki ona inanma butun kisiler xeyanet eder oda edir yaqin sen bilmirsen ama men hec subhelenmirem bele bir sey hiss etmemisem hec vaxt.Sizce o mene xeyanet edir?ola bilerki o edir mene bildirmir?yani deyilenler dogru ola biler?
Cavab: Salam,Səbinə xanım.Yaxşı olardı ki,səbəb olmadığı halda bu düşüncələrdən uzaqlaşasınız.Çünki belə düşüncələr daimi narahatlıq yaradar və bu səbəbdən əhvalınızı pozar, həmçinin ailədaxili münasibətlərinizə mənfi təsir göstərər.www.pcc.az
AYSEL
2016-02-29
SALAM MEN COX FİKİRLİYEM HEC OZUMDE BİLMİREM BU NEDENDİR ELE BİL QELBİM DOLUDU KİMLESE DERTLESMEK İSTEYİREM PADRUQALARİMLA DANİSİSİRAM AMMA YENE EYNİ SEYDİ NEDENDİR BU...............
Cavab: Salam,Aysel xanım.Fikirlərinizi tam bölüşə bilmədiyiniz üçün narahatlıq keçirirsiniz.Bu halda əyani psixoloji yardım daha faydalı olar.www.pcc.az
Ulviyye
2016-02-29
6ayligbhamileyem ikide uwagim var cox esebiyem uwaglari bezen cox acilayiram istemeden onlari vururam sonra ozme gelende cox pewman oluram ama ozmu idare ede bilmirem esebden elim ayagim esir hem qarnimdaki uwaga hemde bu iki balama ziyan vererem deye cox gorxuram
Cavab: Salam,Ülviyyə xanım.Hamiləlik dönəmində hormonal dəyişiklik olduğu üçün aqressiya, gərginlik, duyğusal partlamalarla ifadə olunur.Bu dönəmdə psixoloji yardım almanız hamiləliyi rahat keçirmənizə və günahkarlıq hissinin aradan qalxmasına kömək edər.www.pcc.az
lida
2016-02-28
Salam mən 1 aydi ailə heyati qurmuşam sevdiyim insanla ,ailem cox məni başa duşen və sebirlidir,mənim problemim kişi və qadin yaxınliqidi yoldaşımla yaxinliq ede bilmirem mən cox qorxur və heyacanlaniram xaiş edirem məsləhətinizi veresiz.
Cavab: Salam.Bu durumda əyani psixoloji yardım daha məqsədəuyğun olardı.www.pcc.az
Mina
2016-02-27
Salam. Mən dəhşət çox əsəbiyəm.Özümü zorla cilovlaya bilirəm. Bəzən çox əsəbləşəndə əllərim buz kimi soyuq olur və şiddətli tərləmə müşahidə olunur. Anam dərman atmağa icazə vermir. Mən isə düşünürəm yalnız dərman sakitləşdirə bilər. 25 yaşım var, subayam. təhsil alıram tələbəyəm.
Cavab: Salam,Mina xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.www.pcc.az
Səlim
2016-02-27
Salam. mənim 11 yaşım var. gecələr yerimi isladıram. bu hal arada gündüz də baş verir. yeriyəndə də sol ayağımı içəriyə doğru atıram. arabir sol ayağımın altında qıcolma olur. bu əlamətləri siz müalicə edə bilərsinizmi?
Cavab: Salam,Səlim bəy.Bu hal enurez olaraq adlandırılır.Problem müxtəlif səbəblərdən qaynaqlana bilər.İlk öncə səbəb olan faktorlar araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.Bu durumda əyani psixoloji yardım daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə müayinə və müalicə üçün zaman təyin edərlər.Əlaqə telefonu: (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
elnur
2016-02-27
salam menim 14 yasim var sadece olarax cox esebiyem kicik birseye gore eseblewirem eseblewerkende aglayiram ozumu yaxwi hiss elemirem her yeri dagitmaq isdeyirem bi de ki yuxumda bezen vaxti yaxwi biseyler gormurem bidefe atamin rehmete getdiyni gordm bidefede anamin
Cavab: Salam,Elnur bəy.Hazırda yeniyetməlik dövründə olduğunuz üçün bu tip durumlar müşahidə oluna bilər.Yeniyetməlikdə aqressiv davranışlar,valideynlərlə münasibətdə müəyyən problemlər,ünsiyyət əksikliyi, cəmiyyətdən uzaqlaşma kimi hallar müşahidə olunur.Bu durumda əyani psixoloji yardım durumun korreksiyasına müsbət təsir göstərər.www.pcc.az
gunay b
2016-02-23
men ozumu cox qeribe hiss edirem 14 yasim var tez yez uzum qizarir bir soznen hec ozum de bilmirem nolub mene yasimla elaqederdi?
Cavab: Salam,Günay xanım.Bəli, qeyd etdiyiniz durum yeniyetməlik dövrü ilə əlaqədardır.Orqanizmdə fioloji dəyişiklik getdiyi üçün,hormonların ifrazı artdığı üçün bir sıra psixoloji hallar ortaya çıxır.Bu da qeyd etdiyiniz kimi istilik basması, ani tərləmə tutmaları, əhvalın tez-tez dəyişməsi, tez yorulma kimi simptomlardır.www.pcc.az
Arzu
2016-02-23
Salam.menim oqlumun 18yawi var.evden oqurluq edib.men onunla nece davranmaliyambu1nece defe baw verib.sert davraniw komek etmeyib.sizden komek isteyirem
Cavab: Salam,Arzu xanım.Bu durumda əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
elnure
2016-02-22
salam.menim 11 yasinda oglum var. hec ders oxumaq istemir.cox aqresiv olub.onu nece heveslendire bilerem?derse fikrini nece yoneldim?komek edin xais edirem.
Cavab: Salam,Elnurə xanım.Bu durumda əyani psixoloji yardım almanız aha faydalı olardı.www.pcc.az
sevgi
2016-02-21
salam elnur bey.necesiz.men sevgi,men bir nece gundu strese dusmusem.duzgun qerarlar vere bilmirem.birnece gun qabaq axiret,cehennem baresinde oxumusam.ogundendi ozume gele bilmirem.gun erzinde stresli oluram.aglamaq isteyirem aglaya bilmirem,seher yuxudan duran zaman cox heyecanli oluram.evde ailemde bu meseleden cox narahatdi.evvelki kimi ailemle sohbet ede bilmirem.bacimi,bacimin korpesini evvelkikimi isteye bilmirem sanki.ele bil bu icimden gelmir.bele oturanda cox fikirlesiremki sevdiklerim cehenneme dusseler ne ederler.artiq derecede xais ediremki komek edin mene.sualima cavab yazin.
Cavab: Salam.Bu durumda əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağınız daha məqsədəuyğun olardı.www.pcc.az
Leyla
2016-02-20
Salam.Men tanidigim insanlarin adini yaddan cixardiram.uwaxliq dostlarimin.Bawqa eve dawinmagimiza baxmayaraq kohne evimize gedirem.birde yadima duwurki biz burda qalmirix.Hadiselerde yadimnan cixir.bu mende 2,3di davam edir.Bu eger xestelikdise mualicesi var?xaiw edirem sualimi cvblandirin
Cavab: Salam,Leyla xanım.Problemin konkret olaraq nədən qaynaqlandığı araşdırılmalıdır.Çünki proses orqanik xəstəliklərin nəticəsində və hər hansı psixoloji travmadan sonra ortaya çıxa bilər.Bunun üçün ən optimal variant əyani psixoloji yardımdır..www.pcc.az
Sema
2016-02-19
Salam.Men 8 ay evvel tesvisli nevrotik pozuntudan mualice aldim.Mualice 7 ay getdi.qic olmam spazma agrilarim urek doyuntulerim cox idi bunlarin hamisi kecib gedib.Meni inciden tekce olum qorxusudu. ne etmeyi meslehet gorursuz ?evveller olum menim ucun adi birsey idi lakin indi cox qorxudur.Tesekkurler
Cavab: Salam,Səma xanım.Bu halda terapiyanı davam etdirməyiniz daha yaxşı olardı.www.pcc.az
Vuqar
2016-02-19
Salam hekim,mende usaqliqdan qeribelim var...daxilimde sanki qadin gezdirirem.qadin kimi geyinmek onlar kimi olmaq isteyirem...ancaq bele olurki,birden bu hisler menden yoxa cixir,ancaq bir muddetden sonra guclu sekilde bas qaldirir...bu nedendir? Ozumu derk edenden beleyem
Cavab: Salam,Vüqar bəy.Bu halda əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Sabina
2016-02-18
Salam Narinc xanim menim oglumun 9yawi var ders oxumag hec istemir mecbur eliyendede agliyir deyir ozumi oldurecem .Inadkardi oz istediyene mecbur olsada catir.Bize bir meslexet verin .Evelceden cox sagol deyirem.
Cavab: Salam,Səbinə xanım.Bu durumda əyani psixoloji yardım almanız daha yaxşı olardı.www.pcc.az
Gun
2016-02-18
Salam tewekkurler bu gozel saytinizcun insanlar destek olduqunuzcun.uc ay onceden beyin yorqunluqundan bawlayan hallar onurqamdan tutdu el ayaq bir cox elametdernen depresiyaya duwurdum heleki cox wukur Allah ima ozumu idamanla temiz havayla cixardmaqa caliwiram bu sixintidan arawdira arawdira oyrendimki en cox xroniki yorqunluq elametlerine benziyir bir ferqler var ki belimde keylewme qariwqalama bedenimin bezi yerlerinde yanma hissleri var saniye bele cekmeden kece bilir baqiwlayin ola biler bu sizin saheye aidiyati olmaz ancaq bu hallarla qarwilawmiw olarsiz.bu veziyyetde bele hallar ola biler,bunun mualicesi varmi?onceden tewekkurler Allah razi olsun saq olun!
Cavab: Salam.Bu hal burn-out sindromu (emosional yanma sindromu) olaraq dəyərləndirilə bilər.Aşağıdakı linkə daxil olmaqla narahatlıqla bağlı ətraflı məlumat əldə edə bilərsiniz:http://pcc.az/blog/arxivl%C9%99r/82
Elka
2016-02-18
Men bir sehv iw gormuwem,aylem bunu bilse meni hetda oldurerler,bunu duwunduycede deli olmag derecesine gelirem,,,men ne edim ki biraz sakitlewim?
Cavab: Salam.Bu halda psixoloji yardım almanız prosesi araşdırmanıza yardım edər.www.pcc.az
Samire
2016-02-18
Salam hekim men her seye eseblesirem ne ise is gorende onu tezeden tekrar edirem birde aglima pis seyler gelir ele bilirem her seyin sonudur neyese inanmiram ellerim soyuq olur heyecanli oluram ne ise bir ses gelende tez heyecanlaniram Xahis edirem cvb yazasiz
Cavab: Salam,Samirə xanım.Bu hal daha çox təşvişli nevrotik pozuntu ilə əlaqədardır.Və onun fonunda obsessiv fikirlər yəni sizdən asılı olmadan beyninizə gələn neqativ fikirlər ortaya çıxır.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227

LOGİN

 Email
 Parol
Qeydiyyat