Qadınlar hesab edir ki, cəmiyyət, kişilərlə müqayisədə onlardan daha çox şey tələb edir. Kişilər isə məişət işlərinin çox asan olduğu qənaətindədir.Hər iki tərəf isə bir-birini onun işi ilə maraqlanmamasında,gün ərzində çox yorulduğunu başa düşməməsində günahlandırır. Beləliklə əksər ailələrdə evin qayğıları mübahisə obyektinə çevrilir.Doğurdanmı qayğılarınız çoxdur? Bunu bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın.