Bu qorxu yaşa uyğun olaraq dəyişir
Bu dəfə uşaqların mövsümi qarşılaşdıqları çətinliklərdən biri olan dəniz qorxusundan söhbət açmaq istəyirəm. Dəniz qorxusu uşağın yaşına uyğun olaraq dəyişir və əsasən, 3-6 yaş arası uşaqlarda idrak proseslərinin, xüsusən, təxəyyülün aktivliyi ilə əlaqədar olaraq, özünü daha intensiv göstərir. Bu yaş arası uşaqlarda, əsasən, yüksək səs (tozsovuran, ildırım çaxması), saç kəsimi (bərbər), həkim, su kimi qorxular müşahidə olunur.