İnsan haqqında məlumatı biz vizual alırıq, ona görə də zahiri görünüşün vacibliyi təəccüblü deyil. Amma daxili gözəllik deyilən bir anlayış var. Biz o daxili gözəlliyi görməyi bacarırıqmı? Ətrafdakılar haqqında hansısa bir fikir söyləyəndə, onları qiymətləndirəndə nə dərəcədə obyektiv oluruq?
Insan xarakteri şifrələnmiş səhifələrdən ibarət bir kitaba bənzəyir. Qeyd etdiyim kimi, biz adətən insanları ilk təəssürata nəzərən qiymətləndiririk . Bununla belə, Çarlz Dikkens şikəst, Lüdviq Van Bethoven kar, Platon isə qozbel idi. Lakin onların dünya incəsənətində və elmində rolu əvəzsizdir. Uolt Disney, Avraam Linkoln, Napoleon – bu insanlar kasıb ailələrdə tərbiyyə alıblar. Amerika psixoloqları maraqlı bir təcrübə keçiriblər. Təcrübə üçün zahirən müxtəlif insanları yığıb və onların arasından yüngül atletika üzrə çempionu göstərməklərini istəyiblər. Hamı enli kürək, hündürboy, əzələli olan bir oğlanı qeyd etdilər. Əslində isə çempion alçaq boy, arıq bir adam idi. Biz ümumiyyətlə, stereotiplərin əsiriyik. İnsan haqqında bir fikir söyləmədən öncə onun fikirlərinə və əməllərinə diqqət yetirmək lazımdır. Bu da əlbətdə zaman tələb edir.