Sual Cavab

Leman
2014-01-06
Salam hekim,problemim budurki cox sevdiyim niwanlimla ayrimiwam daha dogrusu dalawdiq ve o uzuyu getirirb bizim iwiq soccikinin icine qoyub ve gedib,sonrada mene sms yazibki her wey bitti,aramizda her wey normal olurdu sadece 1hefte oldiki dalawdiq,mende bariwmaq istemirem duzdu cox sevirem ancaq bagiwdamaq istemirem.Nece edim ki hem sakitlewim hemde yaxwi gunlar yadima duwende aglamiyim pis olmuyum?Birde oglana nece davranimki pewman olsun etdiklerine?Cox xaiw edirem cavab yazardiz
Cavab: Salam Ləman xanım Ona heç nə yazmayın. Zaman tanıyın. Sizə dönəndə gələcəkdə bu halların baş verməməsi üçün nələr etmək gərəkdiyini bərabər müayyənləşdirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ilkin
2014-01-06
Salam men özumle bacara bilmirem hedden artiq gerginem her seye fikir verirem her defe basaqa basqa insan oluram ne edim duzülsin deli kimi olmusam fikirlesmekden
Cavab: Salam İlkin bəy Hədəflərinizi bəlli edin, düşüncələrinizə düzən versəniz və konkret fəaliyət göstərsəniz düşünürəm əsəbiliyiniz də azalacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
heyata gulumse)
2014-01-06
salam eleykum.. onceden teshekkur edirem. mende nevroz xesteliyinin elametleri var idi ve mualice aliram 1 ile yaxindi. xesteliyim tekce fobiyalardan ibaret idi bi de panik atak var idi mende. mualiceden sonra fobiyalarim kecib. panik atak nadir halarda 1 deqden az muddetde olur ve bunu ozum idare eliye bilirem. mualiceden sonra cox deyishilmishem. ozguven hissim tam normasinda, heyecanim demek olarki kecib gedib . ama bilirsiz arada qorxuramki birden yene tekrarlanar evvelki hallar(cox pis xestelikdi( ) shukur Allahin meslehetine tebikii.. heleki mualicem davam edir shukur yaxshiyam tek narahatligim fikirlesehndeki nevroz xestesiyem ve mualice aliram bu mene cox pis tesir eliyir( istiyierdim birdefelik heyatimdan yox olsun bu xestelik. 23 yashim var. teshekkur edirem
Cavab: Salam Siz paralel olaraq psixoloji yardım aldınızmı?
Gunel
2014-01-06
evvela salam,menim prablemim sevgilimden ayrilmisam,bilmirem neynim barissin menle.evvelce deyimki biz internetde tanis olmusu,bir nece ay danisdiq,sonra gorusduk,hersey yaxsi idi 6 ay yaxsi kecdi,biz artqi evlilik planlari bele qurmusduq,coox sevdiyni deyirdi,fikri ciddi idi,hersey yaxsi gedir hetta elci bele gelecekdiler,prostu son 1 ay coox dava edirdik demek olarki hergun,ele son defe nese bir sozum xetrine deydi menden ayrildiii,1 aydir gunde ne qeder sms yaziram ne qeder edirem barismir,yalvariram demek olarki amma vecine deyil,sizce men ne edim.onu cox sevireem,men yazdiqca o bezir neynim yazmayim sms?nolar xahis edirem mene bir cixis yolu gosterin,coox xahis edirem
Cavab: Salam Günel xanım Ona yazmayın. Axtarmayın. Zaman tanıyın. O müddət ərzində o da düşüncələrinə aydınlıq gətirəcək. Düşünürəm yenidən Sizə qayıdacaq. Yazdığınız təqdirdə isə münasibətləriniz daha da pisləşə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nigar
2014-01-06
Salam doktor.men size anam haqqinda sual vereceyem.Anamin 43 yasi var ve cox esenidi her seyyi ureyine salir ve eseblesir ne tmeliyk biz ona
Cavab: Salam Nigar xanım Psixoloji müayinə faydalı olardı. Bu bizə onun hansı səbəbdən əsəbiləşdiyini müəyyən etməyə imkan verəcək. Psixoloji Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
GUNAY
2014-01-06
salam menim problemim heyat yoldasimla elaqedardir,men anam evine getdikde o meni gunlerle danisdirmir,ve bu meni cox narahat edir xais edirem mene komek edin.evvelceden tesekkurler.
Cavab: Salam Günay xanım Bəzən qızlar eləcə də oğlanlar valideynləri evinə gedəndə fərqli düşüncə ilə oradan qayıdırlar. Bu da münasibətlərin korlanmasına səbəb olur. Diqqət edin həyat yoldaşınız hansı səbəbə görə Sizin ananız evinə getməyinə razı olmur. Bu da problemin həllində vacib məqamdır. Ola bilər ki, dediklərində haqlı məqamlar var. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xavermerdan@yandex.ru
2014-01-06
Yoldashimin xeyanetini bildim,peshman oldugunu da bilirem,lakin men olanlari unuda bilmirem, ne edim
Cavab: Salam Buna zaman lazımdı. Siz yaxşı olardı ki, bu düşüncələrinizə psixoloqla görüşübdə aydınlıq gətirəsiniz. Çünki, öz içinizdə bu məsələni analiz etdikcə bəzən tərəddüdlər yaranır. Bu da münasibətlərə mənfi təsirini göstərə bilir. Ona görə də mütəxəssis dəstəyi bunu Sizə unutdurmaqda faydalı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ayka
2014-01-06
OZUNE QAPANMAGIN QARSISINI NECE ALMAQ OLAR.??
Cavab: Salam Ayka xanım Əyani psixoloji yardım almaq yolu ilə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Cavid
2014-01-06
Salam,Bir məsələdə sizdən yardım almaq istəyirəm,və sizdən dolğun cavab gözləyirəm.Öncədən TƏŞƏKKÜR EDİRƏM.Mən yeniyetmə biriyəm.Ailəmdə atam və anamın münasibətləri sabit deyil.Anam çox qısqanc insandı.Münasibətlərinin sabit olmaması tez tez kobud rəftarlar mənə çox təsir edib.Çox gərginəm.Əslində düzgün tərbiyə almamışam.Necə?Mən düşündüyünüz kimi tərbiyəsiz və əxlaqsız deyiləm,Məni valideynlərim tərbiyələndiriblər sadəcə DÜZGÜN tərbiyələndirmiyiblər.Məni lazım gələndə döyərək çox danlayaraq şəxsiyyətimi təhqir edərək..Əslində onlar çox pis valideyn deyillər.Maddi cəhətdən bütün problemləri həll edirlər.Lakin mənəvi cəhətdən yox.Çox gərginəm,haqqı tapmışam,fitrətimdəki haqqı əsl yolu İslam dinini tapmışam.Amma burda da sabit qala bilmirəm.Dərslərim çox yaxşı idim amma indi o qədər də yaxşı deyiləm.Hədəfimə doğru irəliləyə bilmirəm.Fikirlərimi tam olaraq çatdıra bilmirəm sizə.Mənə yardımçı olsanız şad olaram.
Cavab: Salam Cavid bəy Yeniyetmə həssas olur. Xüsusən ailə problemlərinə qarşı .Eyni zamanda da qərarsız olurlar. Gündə bir fikrə düşürlər. Nəticədə gərgin olurlar. Bunu da ailədaxili konfliktlərlə bağlamağa çalışırlar. Siz yaxşı olardı ki, bu problemi həll etmək və dərslərə köklənmək üçün psixoloqla əyani görüşəsiniz. Psixoloji Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ali
2014-01-05
Salam hekim.Menim bir problemim var.Problem odur ki her hansısa bir mahnıya qulaq asdıqda o mahnı beynimde seslenir.Yeni qulaq asıb qurtardıqdan sonra mahnı beynimde saatlarla seslenir.Kitab oxuduqda ve basqa isler gordukde mene manecilik toredir.Bunu nece aradan qaldırmaq olar?Evvelceden tesekkurler
Cavab: Salam Əli bəy. Çalışın bir müddət musiqiyə çox qulaq asmayasınız. Konkret bununla bağlı müddət götürün. Musiqiyə qulaq asarkən sözlərinə xüsusi diqqət ayırmayın. Bir müddət bunu etsəniz problem bir müddətdən sonra aradan qalxacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
SALAM CAVAB YAZIN NE OLAR
2014-01-05
SALAM,MEN OZUME COX QAPALIYAM,WENLIKLERE GETMIREM,INSANLARLA UNSIYYETI BACARMIRAM,ELE BILIREM HAMININ MENDEN ZEHLESI GEDIR,OZUMU COX TENHA HISS EDIREM,15 YAWIM VAR SEVDIYIM OGLANDA VAR ONNAN DEMEY OLAR AYDA 1 DEFE YAZIWIRIQ,2 AYDI SESINI EWITMEMIWEM,ONUN MENI MENIM ONU SEVMEYIMIZE SOZ OLA BILMEZ,AILEMDEN COX BASQI GORUREM ANCAQ MENIM SEVDIYIM VAR DEYE AILEM -MAMA PAPAM BILMIR.MENE MESLEHETLER VERERDIZDE NE OLAR CAVAB YAZIN,ONCEDEN TEWEKKUR EDIREM SIZE COX GUVENIREM.SAGOLUN
Cavab: Salam Qapalı olmaq yeniyetmə psixologiyasından qaynaqlanır. Diqqət edin sevdiyiniz var. Danışırsınız. Bunu onu göstərirk ki, çox da qapalı deyilsiniz. Sadəcə hər adamla ünsiyyət qura bilmirsiniz. Siz yaxşı olardı ki, qeyd etdiyiniz problemi aradan qaldırmaq, özünüzü daha yyaxşı tanımaq üçün yeniyetmə psixoloqu ilə görüşəsiniz. Bu eyni zamanda Sİzə dərslərinizə köklənməyinizə faydalı olacaq. Psixoloji Mərkəzlə əlaqə saxlayın, Sİzə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim
2014-01-05
Salam mənim 21 yaşım var. Məni tanıyanlar məni xasiyyətimə görə çox istiyirlər. Xarici görünüşüm də qəşəngdi. Dünyagörüşüm çoxdu. Tibbi oxuyuram. Amma məni istəyən yoxdu. bu məndə özgüvəni azaldır. Qəttiyyən evlənmək sevgilim olmasını istəmək kimi istəyim arzum yoxdu hətta tezdi deyə fikirləşirəm. Prosto maraqlı gəlirki niyə yoxdu? bu məni sarsıl
Cavab: Salam Anonim Çox zaman bu kimi problemlər özgevən əksikliyi səbəbindən baş verir. Bunu aradan qaldırmaq lazımdı. Siz yaxşı olardı ki, bununla bağlı əyani psixoloq yardımından faydalanardınız. Bu həm özgüvən hissiniz qaldırmağa, həm də daha məqsədyönlü olmağınıza səbəb olacaq. Psixoloji Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nigar
2014-01-05
salam menim anam her seyi ureyine salir ve herseye kicik bir sey olan kimi eseblesir hirsinide cox vaxt basqalarindan cixarir en cox eseblesdiyi sey ise qardasim 11-ci sinif oldugu ucun ona eseblesirki derslerini oxusun.Biz anama nece davranlamiliqki o ozunu yaxsi hiss etsin tesekkurler
Cavab: Salam Nigar xanım Ananız psixoloji müayinə olunsa yaxşı olardı. Eyni zamanda yeniyetmə psixologiyası ilə bağlı maariflənəcək. Psixoloji Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulya
2014-01-05
salam.menim 1 neferden coxdan xosum gelir.ama men biliremki onun mennen xosu gelmir yenede onun haqda fikirlesirem.ozum ozumu aldadiram.bu ne derecede duzgunduki 1 insanin sennen xosu gelmir ama sen yenede onun haqda fikirlesirsen.ne meslehet gorerdinizki o insani unudum?
Cavab: Salam Gulya xanım Özünüzə dəəyər verməyə çalışın. O zaman qeyd etdiyiniz insanı unutmaq xüsusi problem olmayacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
men
2014-01-05
hecne demeden sebeb gostermeden uzaqlawib , evvelki munasibeti tamam kesib ancaq hal ehval soruwan biri demeli hec deyer vermeyib sevmeyib , ele deyil mi??
Cavab: Qeyd etdtiklərinizdən o qənaətə gəlmək olar.
konul
2014-01-05
salam hekim menin problemim ailemledi/ yoldasim eseblesen kimi basini divara vurur hetta qanayana kimi/ bir defe ozunu balkondan atirdi men qoymadim/ psixoloqa aparanmiram men neyneye bilerem evd ekorpe usaq var qorxuram bize ziyan vura xahis edirem meslehet verin
Cavab: Salam Könül xanım Birmənalı şəkildə yoldaşınız psixoloji olunmalıdı. Proses normal hal kimi dəyərləndirilə bilərməz. Psixoloji Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
milana
2014-01-05
salam menim yoldasim cox simicdi pul xercelemek istemir mene hal buki cox xerc teleb etmirem adi seylere, adi analizede pul vermirki yoxladim hamileyem bezi mutleq verilen analizler vermeliyem ama smiclik edir,pulu var,birge biznesimiz var ordan qazandigim puluda verir mene deyir yig pulu, men ne edim? cox gulmelidi bilirem ama ne edimki xesis olmasin basqa problem yoxdu shukur.
Cavab: Salam Milana xanım Ola bilər ki yoldaşınızın kasıblanmaq kompleksi var. Bu səbəbdən deyir. Analizləri versəniz və bundan sonra oan bildirsəniz düşünürəm danışmayacaq. Adətən bu tip insanlarda danışmaq olur, yeri gələndə hara xərclədiklərini də bilmirlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam
2014-01-04
Men ozume cox qapaliyam,hec bir dostum yoxdur,wenliklere getmirem,unsiyyet qurmagi bacarmiram,mene ele gelirki hec kes meni sevmir-mene nifret edirler,ozumu cox alcalmiw hiss edirem.Men nece edimki butun bu hallar mende olmasin,mene komeklik ederdizde,cavab yazsaniz sevinerdim.Onceden tewekkur edirem
Cavab: Salam Qeyd etdiyiniz hal psixoloji problem kimi dəyərləndirilə bilər. Düşünürəm psixoloqla əyani görüşüb bunu aradan qaldıra bilərsiniz. Konkret bir söz deyə bilmirəm ona görə ki, səbəbə müxtəlif ola bilər. Bu səbəbdən də problemi aradan qaldırmaq üçün psixoloqla əyani görüşməyi tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulu
2014-01-04
salam bir daha axsaminiz xeyir insan niye guvendiyi insanlar haqqinda icinde supe yaranir
Cavab: Salam Gulu Bu fərdi bir yanaşmadı. Səbəb isə zaman - zaman insanın yaxınları tərəfindən aldadılmaq dayanır. Bu yanaşma normal məcraya yönəlmədiyi tədqirdə gələcəkdə problemin miqyasının böyüməsinə səbəb ola bilər. Yaxşı olardı bununla bağlı psixoloji yardım alasınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
lale
2014-01-04
salam hekim menim beynim suallarla doludu ve bilmirem ne edim 1-ci sualim beledi men evvel biriyle dost olaraq sosial webekde taniw oldum ve yaziwdim sora ona seklimi gonderdim o insan dinle mesqul olan birisiydi and icdiki silecem ve sorusanda dediki sildim onuda qeyde edim ki onunla demek olarki 10 aydi elaqemiz yoxdu dosluqdan silmisem ve o gunden beri mene hec bir mesajda yazmayib amma hele de icimde subhe var ki goresen silib yoxsa yox???ozumu cox narahat hiss edirem.bir terefdende oyrenmek isteyirem amma sora sevgilimi xeyanet etmis kimi hiss edirem 2-ci sualim menim sevgilimindosluqunda qizlar gordum bunu ozunden sorusdum and aman eledi ki sehven olub her seye and icdi ki onlara yazmamisam amma menim inamim qirilib bilmirem ne edim??mene mesaj yazmayanda ele bilirem ki onlari silsede helede mesajlasirlar xahis komek edin indiden tsk
Cavab: Salam Lalə xanım Siz öz probleminizi sevgilinizjn problemində həll etməyə çalışırsınız. Bunu etməməyiniz məqsədəuyğun olardı. Şəkil yolladığınız insan yəqin ki, problem yaratmayacaq. Sizdə bundan sığortalanmaq üçün sevgilinizin yazışmalarını xüsusi olaraq qabartmayın. O zaman Sizin münasibətlərdə xüsusi bir problem yaranmayacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aytac
2014-01-04
salam..menim hele 18yawim var..unide oxuyuram..2ildi taniw oldugum biri var ama onu sevmirem..bunu ona aciq aciq deyirem ama el cekmir..mecbur eliyir..men iyrenirem ondan..axir vaxtlar hayif cixmaga bawliyib menden..aci cekdirir..neyniye bileremki el ceksin??cavab yazsaz sevinerem
Cavab: Salam Aytac xanım Yaxşı olardı ki, problemi yaxınlarınızla - ananızla paylaşardınız. Düşünürəm ananız Sizə ondan uzaq dayanmaq üçün dəstək olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulu
2014-01-04
salam elnur hekim niye men girdiyim unvan acilmir size sualim var bayraminizda mubarek menim sevdiyimle bagli sualim var o esgerdedi mezuniyyete gelecek anasi xestedi danisa bilmir oda cox narahatdi buna gore menim ise fikirlerim qarisib bilmirem neyleyim bezen yoruluram her seyden yada olanlari qebulmu elemeliyem
Cavab: Salam Gulu xanım Sizinlə bahəm. Düşünürəm sevdiyiniz insan əsgər olduğu üçün artıq həyata da fərqli baxacaq. Ona görə də çalışın Siz bunu problem kimi dəyərləndirməyəsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gunka
2014-01-03
Men niwanliyam.niwanlimi sevmirem.ama o cox yaxwi insandi.yeniyetme dovrumde sevdiyim oglanla bu yaxinda rastlawmiwiq.onu gordum butun duwuncelerim qariwdi.o oglan menden sonra bir qizi sevib ama sevdiyini bawqasiyla evlendirib ailesi.biz yaziwiriq arada hetda bir defe goruwmuwukde ama nese o mene aciq verirmiw kimi davranir.niwanlimdan ayrilmaq fikrim yoxdu.sadece fikirlerim qariwib nece edim ki butun fikrimi niwanlima yoneldim.cunki o menden soyuqlug hiss edir.isdemirem bele olsun.ne meslehet gorursuz?
Cavab: Salam Gunka Çalışın o oğlanla bütün münasibətləri dayandırasınız. O zaman diqqətiniz sevdiyiniz oğlana yönələcək.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shebnem83
2014-01-03
mən kuklalarla çox oynayiram.ancaq tercide bilmirem. Mənə məsləhət verin.
Cavab: Salam Şəbnəm xanım Neçə yaşınız var?
doktor salam
2014-01-01
doktor ozumle bacarmiram cixis yolu tapa bilmirem her seyin menasini pulda gorurem ele pulu dusundukce elimde olanlarida itirirem evelce ayagim kesildi sora masinim getdi axi bu heyatin menasi nedi neye gore dogulmusam ?? ayagim dehset ayriyir agri cekmeye ?? ezab cekmeye bu suallarin cavabini bilmirsiz ?? bes kim bilir??25 ildir yasayiram cemi 1 ce xos gunum olub oda dostum Agamehdinin toyunda o toyda cemi 6 saat cekdi. hec vaxt icki icmemisem goresen icsem duzeler ?
Cavab: Salam Bu dünyagörüşü problemidi. Ola bilsin ki, pulla bağlı aldığınız psixoloji travma Sizdə həyatın mənasını onda görməyə təşviq edib. Siz yaxşı olardı ki, bununla bağlı psixoloqla əyani görüşüb düşüncələrinizə bir düzən verərdiniz.
Aygun
2014-01-01
salam hekim,sizden meslehet almaq isterdim hekim niwanlimla bir muddet evvel biraz yaxin munasibette olduq o gunnen men ele duwunurem ki niwanlim daha meni sevmir,sonra zeng edirdi daniwirdiq hec bir problem olmurdu,artiq nece gunde iwe gedende mene zeng etmir iwden gelende zeng etmir hemiwem ederdi yerine girerdi yatmaga mene zeng ederdi,ele duwunurem ki artiq meni sevmir men zeng edirem deyir iwe telesirdim gelende mawinnan gelirdim yanimda oglannar olurdu daniwa bilmirem,yerime giren kimide yoruluram yatiram,yeni il geceside gelmiwdi ancaq seher iwe gedende yene zeng etmedi ve bu mene artiq tesir edir.Sizce men ozum onu zeng etmesem ve biraz onunla soyoq daniwsam anliyar sef elediyini,cunki seflerini boynuna almai sevmir,meslehet vererdiz ne edim.
Cavab: Salam Aygün xanım Çalışın bunu problem kimi dəyərləndirməyin. Elə olan təqdirdə münasibətlkəriniz normallaşacaq. Əks təqdirdə Sizin bunu problem kimi dəyərləndirməyiniz münasibətlərinizə gələcəkdə mənfi təsir göstərə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447

LOGİN

 Email
 Parol
Qeydiyyat