ALFRED ADLER (1870-1937) “HƏR ŞEY FƏRDİLİKDƏN ASILIDIR”

                                                                                                                               

Alfred Adler 7 fevral 1870-ci ildə Vyana şəhərində yəhudi əsilli taxıl satıcısı olan ailədə anadan olmub. Uşaq vaxtı raxit xəstəliyi keçirib və dörd yaşında yeriməyi öyrənib. Beş yaşında sətəlcəm olub və ölümdən qayıdıb. Uşaqlıq dövründən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün onda tibbə qarşı maraq yaranıb və həkim olmaq qərarına gəlib.

Tibbi bitirdikdən sonra Adler, oftalmoloq kimi çalışdı, lakin zaman keçdikcə psixoloq olmaq qərarına gəldi. Cəmiyyətin aşağı təbəqələrinin nümayəndələri yaşayan tərəfdə, Vyana ərazisində ofis açdı; burada, küçə boyunca əyləncəli park və sirk var idi, buna görə də pasiyentləri arasında sirk ifaçıları üstünlük təşkil edirdi. Bu insanların qeyri-adi xüsusiyyətlərini araşdıraraq, həm güclü, həm də zəif tərəflərini öyrənən Adler, natamamlıq nəzəriyyəsinin üzərində çalışmağa başladı. Bu nəzəriyyəyə əsasən fiziki qüsuru olan insan natamamlıq hissi keçirir və öz çatışmazlıqlarını kompensasiya etməyə çalışır. Sonrakı dövrlərdə əldə etdiyi bu həyat təcrübəsi, Alfred Adlerin psixologiya sahəsindəki işlərinə böyük təsir göstərmişdir.

Adler, tədricən oftalmologiyadan daha da uzaqlaşdı; psixologiyaya dərin maraq göstərdi. 1907-ci ildə o, Ziqmund Freydin müzakirə qrupuna qoşulmağa dəvət edildi. Zamanla bu görüşlər Vyana psixoanalitik cəmiyyətinə çevrildi və Ziqmund Freyd, Adleri bu təşkilatın bülleteninin baş redaktoru və həmmüəllifi təyin etdi.

Lakin, assosiasiyadakı üzvlüyünə və hətta prezidentliyinə baxmayaraq, Adler açıq şəkildə Freydin bəzi nəzəriyyələri ilə razılaşmadığını bildirdi. Bir müddət sonra Freyd və Adler tərəfdarları arasında ciddi problem yarandı. Adler və digər 9 mütəxəssis, Vyana Psixoanalitik Cəmiyyətinin üzvlüyündən çıxdı. 1911-ci ildə onlar Azad Psixoanaliz Cəmiyyətini qurdular, bir il sonra bu qurumun adı Fərdi Psixologiya Cəmiyyəti olaraq dəyişdirildi.

Adler, Freydə psixoanaliz kimi psixologiya istiqamətinin inkişaf etdirməkdə kömək olsa da, bu elmi məktəbdən ilk ayrılan şəxs oldu və Fərdi Psixologiya Məktəbi adlandıran məktəbin əsasını qoydu. Bu elmi istiqamətin fikirləri arasında təklif etdiyi ən əhəmiyyətli və vacib məqam fərdilik kompleksi oldu. Bu nəzəriyyəyə əsasən fərdilik və insan davranışları hərəkətlərin nəticəsidir.

Birinci Dünya müharibəsi zamanı Adler əvvəlcə Rusiya cəbhəsində, daha sonra isə uşaq xəstəxanasında həkim kimi çalışıb. İkinci Dünya müharibəsinin başlanğıcından etibarən Adlerin yəhudi əsilli olduğu üçün nasistlər onun bütün klinikalarını bağlamış, ABŞ-a getməyə məcbur edilmiş, burada Long Ayland Tibb Kollecində professor kimi çalışmışdır. 28 May 1937-ci ildə mühazirə zamanı Adler ciddi infarkt keçirmiş və anidən vəfat etmişdir.

 Fərdi psixologiya

Ziqmund Freyd, insan davranışının universal bioloji amillərə əsaslandığını vurğulasa da, Alfred Adler, insan davranışının onun həyat təcrübəsinə, yaşadığı mühitə və bir sıra sosial amillərə əsaslandığını qeyd edirdi.

Adler bildirirdi ki, hər bir şəxs unikaldır və daha əvvəl hazırlanmış nəzəriyyələrin heç biri bütün insanlara aid deyil. Bu nəzəriyyə bir fikrə əsaslanır – hər bir insanın uğur və üstünlük arzusu var.

Uğur qazanma və üstünlük arzusu

Adler iddia edirdi ki, bir insanın hərəkət və davranışlarını onun şəxsi mənfəət arzusuna çatma duyğusu idarə edir və bu hal psixoloq tərəfindən uğur kimi adlandırılırdı. Hamımız kiçik, kövrək və zəif bir bədən ilə doğulduğumuz üçün başlanğıcda bütün gücümüzlə korreksiya etməyə çalışdığımız bir natamamlıq hissini inkişaf etdiririk. Mükəmməlliyətçiliyə yönələn insanlar başqalarının marağına çox da diqqət yetirmirlər, yalnız öz maraqlarına fokuslanırlar – buna görə də onların psixikaları sağlam hesab olunmur. Amma uğura yönələn insanlar, öz fərdiliyini itirmədən bütün cəmiyyətin xeyrinə bunu edir, yəni psixoloji baxımdan tamamilə sağlam olurlar.

Elmi təriflər                                            

Natamamlıq kompleksi – tamamilə və ya qismən, şüursuz şəkildə öz dəyərsizliyini, çatışmazlığını hiss edir. Bu hissin həddən artıq kompensasiyaya çatmaq istəyi, nevrotik simptomlara səbəb olur.

Üstünlük kompleksi – insanın şəxsi natamamlıq hisslərinin basdırılması səbəbindən digərlərdən daha yaxşı olduğu ilə bağlı inamıdır.

Adlerə görə, insanın şəxsiyyəti aşağıdakı xarici amillərin təsiri altında formalaşır:

1.Kompensasiya- gözlə görünən qüsura malik, başqaları ilə müqayisədə özünü natamam bir insan kimi hiss edən və özünü yaxşı göstərməyi qarşısına məqsəd qoyan psixi bir fenomendir. Bunu bacara bilən insanlar fərdi və ictimai həyatlarında uğur əldə edə bilirlər.

2. Passivlik- insan öz nöqsanlarını qəbul edərək imtina edir və onları aradan qaldırmaq üçün heç bir səy göstərmir və istəmir. Bu cür hərəkətlər insanların bir çoxunda müşahidə olunur.

3. Hədsiz kompensasiya - öz zəifliyini aradan qaldırmaq istəyən insan, müvəffəqiyyət əldə etmək üçün çox səy göstərməyə başlayır. Adlerin sözlərinə görə, bu insanlar adətən nevrotiklərdi.

Alfred Adler, dünyaya Ziqmund Freyddan fərqli fikirlər təklif etdi, çünki psixoanalizin qurucusundan fərqli olaraq, o, onun nəzəriyyəsini universal bioloji amillərə deyil, hər bir şəxsin yeganəlik konsepsiyasına əsaslanırdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat