SIFIRDAN BAŞLAMAQ!

İki sözdən ibarət olan kiçik ancaq mənası böyük olan sadə bir cümlə ‘Sıfırdan Başlamaq’. Bu cümlə çox şey ifadə edir. Kiçik addımlarla başlayan böyük uğurların təməlidir Sıfırdan Başlamaq! Bəli – böyük uğurlar. Baş verə biləcək ən gözəl hadisələrin və edə biləcəyimiz ən mühüm dəyişikliklərin təməlidir Sıfırdan Başlamaq! Ayaqlarının üzərində durmaq bu dünyada “MƏN DƏ VARAM” deyərcəsinə dik durmaqdır Sıfırdan Başlamaq! Yaşamaqdır, müvəffəq olmaqdır Sıfırdan Başlamaq!

Niyəsə bu kiçik cümləni eşidəndə çox adamın ürəyinə qorxu dolur. Əlbətdə ki, onların qorxusu bu kiçik cümlədən deyil. Onların qorxusu bu cümləni tətbiq etməkdəndir. Əslində isə Sıfırdan Başlamaqdan qorxmaq lazım deyil, çünki çox insan Sıfırdan Başlayaraq ayaqlarının üzərində durmuşdur. Məsələn hər kəsin gözəl tanıdığı Jenifer Lopez (JLO) haqqında qısa bir məlumat oxumuşdum. Məlumatda qeyd olunurdu: məşhur Müğənni məşhur olmazdan öncə dilənçi olmuş və təsadüf nəticəsində film seçmələrinə qatılmış və qalib olmuşdur. Jeniferdə Sıfırdan Başlamış və hər kəsin gözəl tanıdığı JLO olmuşdur. Sıfırdan başlamağa digər ən gözəl nümunə isə, Abdul Halim al-Attar’dır. Abdul Halim 3 yaşındakı qızı və 9 yaşındakı oğlu üçün küçələrdə qələm satırdı. Bir yardımsevər insan Abdul Halim və övladları üçün internetdə bir Yardım kampaniyası başlatdı və tam 191 min dollar toplandı. Bu pulla Abdul Halim özünə kiçik bir təndir açdı. Daha sonra isə kabab dükanı açdı. Artıq onun oğlu məktəbə gedir, qızı isə yeni evlərində qorxusuz yata bilir. Abdul Halim özü Sıfırdan Başlamaqla qalmayıb , digər miqrantlarında Sıfırdan Başlamasına yardım edib. Onlara öz dükanında çalışma imkanı verib. ( Abdul Halim haqqında melumat: http://interaztv.com/world/180693 ) Sıfırdan Başlayanlara çox misal göstərmək olar. Ancaq özümüz bu misalları araşdırsaq bu bizə daha çox stimul verə bilər. Bir sözle Sıfırdan Başlamaqdan qorxmayaq. Sıfırdan Başlamaq həyata ” MƏN DƏ VARAM” deməyin ən gözəl üsuludur. Sıfırdan Başlamaq istəyənlərin Sıfırdan başlaması diləyi ilə!

 Qumru Sultanlı

Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Könüllü qrupu”nun üzvü


 

LOGİN

 Email
 Parol
Qeydiyyat