Mən EMOyam

psixologiyaEmo mədəniyyəti ilə maraqlanan əksər yeniyetmələr ətrafdakıların mənfi qiymətləndirilməsi ilə qarşılaşırlar. İlk növbədə də valideynlərin. Valideynlər də öz növbəsində uşaqlarının emo olmalarını istəmirlər. Bəs niyə belə olur? Niyə uşaqlarla valideynlər kompramis tapa bilmirlər?
Valideynlər uşaqlarına həmişə hər şeyin yaxşısını arzulayırlar. Hər bir ana və ata öz övladını gülər üz, bir işlə maraqlanan, yaxşı oxuyan görmək istəyir.. Lakin yeniyetmələr nadir hallarda bunu fikirləşirlər. Onlara musiqiyə qulaq asmaq, gəzmək, dostları ilə münasibət qurmaq maraqlıdı və elə dostlarla əlaqə də onu bu va ya digər mədəniyyətə itələyir. Nəticədə bir gün yeni saç düzümü ilə evə qayıdanda, özünə nişanlar, qolbaqlar almağa, valideynlərindən ona qara-çəhrayi paltar almalarını istəyəndə valideyn həyəcan təbili çalmağa başlayır. Valideynlər bu yeni imici bəyənmirlər. Bu qara-çəhrayi paltar onlara zövqsüz gəlir? Yox! Sadəcə onlar bu mədəniyyət haqqında doğru-yanlış çox eşidiblər. Lakin emolar haqda yayılmış fərqli fikirlər heç də tam doğru deyil. “Emolar həmişə qəmgindilər, ağlayırlar, damarlarını kəsirlər, bədənlərini pis hala qoyurlar (pirsinq, şram), valideynlərini utandırırlar”,“onların dinlədiyi musiqilərin sözləri neqativlik daşıyır”, “onlar dəbdən kənar geyinir, bir növ üsyankarları xatırladırlar.” və s. Emolar isə deyir: – “…mən dostlarımın yanında onlarla görsənə bilmərəm, atam əslində heç də qəhrəman və ağıllı deyil, anam da gözəl deyil və ondan da dadlı bişirənlər var.”. Sonda valideyn və övlad arasında yanlış düşüncələr yaranır.
Bəzi emolar valideynlərini anlayır və onlar məmnuniyyətlə valideynləri ilə bu mədəniyyəti, nəyə görə emo olmaq istədiklərini və bu mədəniyyətdə onları nəyin cəlb etdiyini, nə xoşlarına gəldiyini müzakirə edir. Adətən valideynlər uşaqları ilə bu barədə danışdıqdan sonra görürlər ki, uşaqları heç də damarlarını kəsmək fikrində deyil, o bütün olanlara adekvat yanaşır, kiçik uğursuzluqlardan ağlamır. Bu zaman da valideyn də övladının marağına səbirlə yanaşır.
Emo mədəniyyətini çox vaxt qotlarla eyniləşdirirlər. Lakin, bu həm qotların, həm də emoların narazılığına səbəb olur. Amma çoxları onların arasında yaxınlığın olması ilə razılaşır. Bəzi tədqiqatçılar ehtimal edirlər ki, emolar qotlardan daha çox intihar riskinə məruz qalırlar.Emolarla qotların fərqi bundadır ki, emolar təkcə özlərinə nifrət edir, qotlar isə hamıya. Qotlar böyümüş emolardır. Onlar artıq həm həqiqi, həm də dolayı mənada çəhrayi rənglərini itiriblər.
Əgər bu özünənifrət düzdürsə, o zaman ehtimal etmək olar ki, emolar həmyaşıdları qotlardan fərqli olaraq özlərinə zərər yetirə bilərlər. Bu baxımdan emo mədəniyyəti risk daşıyır. Əminliklə demək olar ki, özünüpozma davranışına bu qrupda tez-tez rast gəlinir və bu emo mədəniyyətinin başlıca xüsusiyyətidir.
Sonda deyə bilərik ki, emo xarici aləmlə mübarizə aparan bir yeniyetməlik halıdır,lakin yaş ötdükcə yeniyetmələr bu stildən imtina edirlər.. Ona görə də emo stilinə pərəstiş edən uşaqlarınıza görə çox narahat olmaq lazım deyil. Digər tərəfdən isə , məgər hər hansısa bir hərəkat insanın ruh halı deyilmi? Ola bilər ki emo mədəniyyəti yeniyetməlik oyunlarının bir təzahürüdür, lakin məhz bu cür oyunlarda gənclər özlərini, öz “mən”lərini tapmırlarmı?

 

Mikayılova Nərgiz

Psixoloq

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat