Bəşər övladları olaraq, hamımız bədən dili texnikalarından istər şüurlu, istərsə də təhtəlşüur vəziyyətlərdə istifadə edirik. Bu cür davranmaqla, özümüzə nə qədər güvəndiyimizi sərgiləməyə çalışırıq. Pozalarımız, əl sıxaraq görüşməyimiz, göz təmaslarımız, əl-qolla etdiyimiz jestlər, bədən duruşumuz – bütün bunlar müəyyən mənalar kəsb edir. Hər bir halda, gəlin bir suala cavab axtaraq: Bədən dilinin köməyilə əks cinsi real surətdə necə cəzb etmək olar? ONUN GÖZLƏRİ NƏ DEYİR? Əvvəla, unutmayaq ki, gözlərin özünəməxsus dili var, bu halda onlar bədən jestləri ilə vəhdət yaradaraq əks cinsi istər cəzb edə, istərsə də uzaqlaşdıra bilər.