Diqqətin defisiti ilə hiperaktivlik sindromu

Bu sindrom uşaq yaşlarında xroniki davranış pozğunluğunun ən yayılmış formasıdır.Hərəki tormozlanma,davranışın impulsivliyi,diqqət pozğunluğu həmçinin hərəki koordinasiyanın yüngül çatışmazlığı və kiçik motorika pozğunluğu ilə meydana çıxır.

Diqqətin cəmlənməsinin deffekti uşaqlarda məktəb tapşırıqlarının pis yerinə yetirilməsinə səbəb olur.Bu sindrom oyun və məşğələlər zamanı daha qabarıq meydana çıxır.Ən pisi odur ki,hiperaktiv uşaqlar onlara can sıxıcı gələn,bir neçə dəfə təkrarlanan,çətin tapşırıqları yerinə yetirirlər.Diqqətin cəmlənməsinin çətinləşməsi ilə yanaşı,dağınıqlıq-kənar stimula reaksiyanın yüksəlməsi qeyd olunur.

İmpulsivlik istər gündəlik vəziyyətlərdə,istər koqnitiv tapşırıqların yerinə yetirilməsində daim müşahidə olunur.Dərslərdə uşaqlar öz növbəsini gözləyə bilmir,digərlərinin fikrini bölür,suallara vaxtından qabaq və düzgün olmayan cavablar verirlər.İmpulsivlik səbəbindən onlar nəticəsini düşünməyərək təhlükəli hərəkətlər edirlər.

Ətrafdakılarla ünsiyyət problemi,o cümlədən,valideynlərlə,bacı-qardaşla,müəllimlərlə həmişə müşahidə olunur.Kollektivdə uşaq həmişə narahatşılıq mənbəyi axtarır:səs-küy salır,özgələrin əşyaların götürür,ətrafdakılara mane olur,onların diqqətini dağıdır.Bunlar hamısı konfliktlərə səbəb olur və onlar cəmiyyətdə arzu olunmayan vəziyyətlərə düşürlər.Evdə belə uşaqlar həmişə özünü yaxşı aparan bacı-qardaşları ilə müqayisə olunurlar.Bu müqayisələr lazımi nəticəsini vermir.Diqqətin defisi ilə hiperaktivliyi olan uşaqlar uğursuzluğa düşəndə zəif,psixoemosional xarakter nümayiş etdirirlər.Onların bəzilərində tərslik,neqativlik,aqressivlik,oğurluğa meyllilik müşahidə olunur.Məktəbə daxil olduqdan sonra uşaqlarda bu sindrom güclənir.Oxuma və yazma vərdişləri onlarda öz yaşıdlarından xeyli aşağı olur.

belə uşaqların nevroloji statusunu müayinə etdikdə ciddi ocaqlı simptomatika aşkar olunmur.Koordinasiya sınaqları aparanda statiko-lokomotor və dinamik ataksiya elementləri tipində koordinasiya pozğunluğu,disdiadoxokinez,kiçik motorika çatışmazlığı,ayrı-ayrı xoreoform və tikoid hərəki pozğunluqları aşkar olunur.Ayaq,əl,barmaq hərəkətlərinin növbələşməsi testində əlavə və hərəkətlərin güzgü hərəkətləri,o cümlədən,hərəkətlərin sinkineziyası (müştərək hərəkət),ətraf,baş,mimiki əzələlərin fəaliyyət pozğunluğu aşkarlanır.Sadalanan simptomlar adətən keçici xarakter daşıyır.Daha dəqiq mərkəzi sinir sisteminin yetkinliyinin başa çatmaması kimi qiymətləndirilir.Müalicəsi həmişə kompleks şəkildə aparılır.Buraya davranışın modifikasiyası metodları,psixoterapiya,psixoloqo-pedaqogik korreksiya aiddir.Qeyd etmək lazımdır ki,müalicə prosesinə təkcə uşaqğı deyil,valideynləri,ailə üzvlərini və müəllimləri cəlb etmək lazımdır.Hər şeydən öncə yaxınlarına başa salmaq lazımdır ki,uşağın hərəkətləri və təhsildə zəifliyi şüurlu proses kimi baş vermir.Qeyd etmək lazımdır ki,davranış pozğunluğu müalicəyə tabe olur,hiperaktivlik isə yaş artdıqca azalır,lakin bu proses uzun müddət aparır.Diqqətin defisiti və hiperaktivlik sindromu gen mutasiyası və xromosom aberasiyası kimi anomaliyalarla,psixi pozğunluqlar-autizm,əqli zəiflik,həmçinin eşitmənin və nitqin pozğunluğu ilə şərtlənən minimal beyin disfunksiyası ilə təzahür edir.Ona görə də bu sindrom müşahidə olunan uşaqlar hərtərəfli müayinə olunmalıdır.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat