Bədənin Dismorfik Pozğunluğu

\"\"

Bədənin dismorfik pozğunluğu,adamın öz görünüşündə gerçəkdə var olmayan bir qüsur görüb şişirdilmiş şəkildə məşğul olması,həddindən artıq zehni məşğuliyyəti və onun yaratdığı diqqətə çarpan çətinlik ilə gedən bir xəstəlikdir.Bəzən kiçik,əhəmiyyətsiz sayılacaq bir qüsur da ola bilər, amma adam buna sanki dünyanın sonuymuş kimi reaksiya verər.

Məsələn,üzündəki kiçik bir sızanaq izi səbəbiylə evdən çıxa bilməz,hər kəs bu sızanağa baxır kimi gələ bilər.Ölçüsü yaş ortalamasına görə normal olan bir gənc qız,boyum çox qısa deyə məktəbdən ayrıla bilər.Burnum çirkin,saçlarım pis,omba geniş,sinələrinin böyük kimi bir çox qüsur yaradıla bilər.Dəri, üz,saç və burun sıxlıqla ən bəyənilməyənlər siyahısında başda gəlirlər.Bədənin dismorfik pozğunluğunu yaşayan xəstələrin əhəmiyyətli bir hissəsində də bədənlə əlaqədar simmetriya olmadığı qayğısı vardır.

Bədənin dismorfik pozğunluğu olan xəstələr psixiatra nadir hallarda müraciət edərlər.Daha çox plastik cərrahiyyə və dermatoloji klinikalarında bədənlərindəki sözdə qüsura həll axtararlar.Bir əməliyyat ilə düzəlməyə böyük ümid bağlayarlar,amma qüsur bədəndə deyil beyin kimyasallarındadır.Böyük həvəslə gözlədikləri əməliyyatdan sonra ya düzəlmədiyini,eyni qüsurun davam etdiyini düşünər,ya da bu dəfə daha başqa bir qüsur tapıb onunla məşğul olarlar.

Aşağı özgüvən,utanma və rədd edilmə qorxuları vardır.Sanki hər kəs onların bu qüsurunu görür, bununla maraqlanır kimi davranırlar.Obsessiv şəkildə bu qüsuru saç lentləri,saçı uzatma,eynəklər, tonlaşdırıcı kremlər,bol geyimlər ilə gizlətməyə çalışırlar.Aynaya həddindən artıq çox baxırlar. Əzələlərinin zəif olduğunu,çəlimsiz olduqlarını düşünən tipdə xəstəlik varsa,əksərən bədəni inkişaf etdirməyə çalışır ola bilərlər. Yoldaşları azdır,qarşı cinsdən az qala qaçar haldadırlar.

Qadınlarda və kişilərdə bərabər sıxlıqda izlənir.Ümumiyyətlə yetkinlik dövrü,nadir olaraq uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır.Çox vaxt depressiya,sosial fobiya,spirt asılılığı,obsessiv-kompulsifv pozğunluq da cədvələ əlavə edilir.Psixiatra ümumiyyətlə,bu ikinci səbəblərlə müraciət edirlər.

Müalicəsində medikamentoz ilə birlikdə koqnitiv-bihevioral müalicələr də bir yerdə tətbiq olunduqda müvəffəqiyyət şansı ən yüksəkdir.Müalicə edilmədiyi təqdirdə,əlamət şiddətində azalıb-artmalar olmaqla birlikdə xroniki seyirlidir.

Bədənsəl ifadə və ya şikayətlənmələrin ön planda olduğu pozğunluqlardır.Somatik əlamət və şikayətlənmələr orqanik müəyyən oluna bilər,bir səbəbi yoxdur,ancaq xəstələr fiziki ağrılardan (Somatizasiya pozğunluğunda olduğu kimi),uyğunlaşma,hissiyatın və iflic (konversion pozğunluğunda olduğu kimi),və ya bir qisim bədən bölgəsinin şəkil pozğunluğundan (dismorfik pozğunluq) bəhs edirlər.

A. Bədəndə xəyal edilən bir defekt və ya kiçik bir defektle məşğuliyyət söz mövzusudur.

B. Bu məşğuliyyət klinik olaraq diqqətə çarpan bir çətinliyə səbəb olar və ya sosial,peşə və ya digər bir sahədə funksiya itkisinə gətirib çıxarar.

C. Bu məşğuliyyət başqa bir xəstəliyə bağlı deyil (məsələn,anorexia nevrozdakı vücudunun şəklindən məmnun olmama kimi bir vəziyyət deyil). 

Məsələn,xəstə burnununun görünüşündən şikayətlənir. Kəmərlidir,böyükdür ona görə.Xəstə əlaqədar vücud bölgəsiylə davamlı məşğuliyyət halındadır və bu səbəblə sıxıntılıdır,əks deyilsə hətta həqiqi isbatlar olunmayıbsa,bu algılayışı dəyişməz.Ümumiyyətlə, bu xəstələr üçün plastik cərrahiyyə əməliyyatı mütləqdir.Cəmiyyət içərisində bu görünüşlərindən ötəri çətinlik duyurlar.

Konversion pozğunluq:

Nevroloji və ya ümumi tibbi bir vəziyyəti düşündürəcək şəkildə ortaya çıxan istəkli mühərrik sistemi və ya sensor sistemi maraqlandıran bir və ya daha çox əlamət və ya defisit vardır.Bu əlamət və ya defisit istəyərək edilən tipdən başqa bir şey deyil (temaruz,malingering),psixoloji faktorlar və ruhi qarşıdurma bu əlamətlərin meydana gəlməsində rol oynayır.Bu əlamətlər tibbi bir vəziyyətə bağlı deyil.Əllərdə heç bir nevroloji ziyana zidd nələrsə görünmür,məsələn,əlcək şəklində hissislik,iflic, yerimə pozğunluqları,qəribə görmə itkiləri,huşunu itirmələr,epilepsiya (sara) bənzəri yalançı keşiklər konversion reaksiyaları üçün ən məşhur nümunələrdir.

Tipləri:

1-Motor simptom və ya Defisit

2-Sensor simptom və ya Defisit

3-Epizodlar və ya convulsions (sara keşiyi bənzəri keşiklər)

4-Karma

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat