Altsheymer xəstəliyi

\"\"

Xəstəliyi ilk dəfə 1906-cı ildə alman psixiatrı və morfoloqu A.Altsheymer təsvir etmişdir.Bu xəstəliyə 60-cı illərədək qocalıq ağıl zəifliyinin atipik bir forması kimi baxılırdı.Hazırda onun kliniki və patoloji-anatomik cəhətcə müstəqil xəstəlik olması özünə daha çox tərəfdarlar tapmaqdadır.

Xəstəlik əksər hallarda 55-56 yaşlarda başlayır.Lakin tək-tək hallarda daha erkən (47-50 yaşlarında) və daha gec (57-60 yaşlarında) başlaya bilər.Qadınlar kişilərə nisbətən bu xəstəliklə daha çox xəstələnirlər.Altsheymer xəstəliyinin ən başlıca əlaməti tədricən,lakin proqressiv şəkildə inkişaf edən ağıl zəifliyidir.Yaddaş pozuntuları həm yaxın,həm də uzaq hadisələri əhatə edir.Xəstələr son dərəcə yaddaşsız olurlar.Gündəlik vəzifə borclarını yerinə yetirmir,yaxın adamları tanıya bilmir,ətraf mühitə uyğunlaşma son dərəcə çətinləşir,zahirən laqeyd və süst görünürlər.Bir qədər sonra xəstələrdə narahatlıq əlamətləri:yersiz hərəkətlər,başqalarına qarşı dözümsüzlük,istehzalı gülüş,özünə və ətrafdakılara qarşı aqressiya (paltarlarını cırmaq,qəflətən zərbə endirmək və s.) kimi əlamətlər müşahidə olunur.Xəstələri evdə saxlamaq çətinləşir.Xəstəxana şəraitində isə diqqət və qulluq tələb edirlər.Danışıq qabiliyyəti tədricən pozulur.Onları anlamaq çətin olur,eyni sözləri anlaşılmaz formada dəfələrlə təkrar edirlər.Xəstəxana işçilərinin onlara etinasızlıq göstərməsi xəstələrin güclü reaksiyasına səbəb olur.Onlara hücum edir,təhqirlər yağdırırlar.Xəstəliyin xarakterik əlamətlərindən biri də yazı qabiliyyətinin itməsidir.Getdikcə xəstələrin həm psixi,həm də somatik halı pisləşir,prosesə bir sıra nevroloji əlamətlər də (əzələlərin rigidliyi,dəri hissiyatının zəifləməsi,epilepsiyayabənzər qıcolma tutmaları və s.) qoşula bilər.Pik xəstəliyində olduğu kimi Altsheymer xəstəliyində də onlar uzun müddət yaşamır,5-6 il müddətində tələf olurlar.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat