Kəllə-beyin travmalarının uzaq dövrlərində təsadüf edən psixozlar

Travmadan sonrakı dövrlərdə patoloji prosesin inkişafı üçün əlverişli şərait yaranarsa (psixogen,somatogen və s. amillərin olması) travmatik asteniya,nevrozabənzər,psixotabənzər hallar və parkinsonizm tədricən ağırlaşaraq müxtəlif psixozlar səviyyəsinə çata bilər.Belə ağırlaşmaların inkişafı 10-12 ildən sonra,affektiv,hallüsinator sayıqlama əlamətləri ilə büruzə verir.Affektiv psixozlar maniakal və depressiv tumaların bir-birini əvəz etməsi ilə cərəyan edir.Qadınlar arasında daha tez-tez rast gəlinir.Maniakal sindromun meydana çıxmasından əvvəl qıcığa qarşı həssaslığın artması,emosional canlanma,disforiya əlamətləri qeyd olunur.Qısamüddətli düşüncə pozuntuları,qıcolmalar,epilepsiyayabənzər tutmalar və bu kimi digər hallar da müşahidə oluna bilər.

Depressiyalar bir sıra psixotik əlamətlərin:asteniya,əhvalın tsiklotomik dəyişməsi,ipoxondriya əlamətlərinin fonunda inkişaf edir.Tutmalar çox vaxt düşüncənin alaqaranlıq və ya deliriyoz pozulması ilə şərtlənir.Depressiya tutmaları uzunmüddətli,"klişe" tipli olub ağıl zəifləyənədək inkişaf edə bilən üzvi əlamətlərlə qurtara bilər.Hallüsinator sayıqlama psixozları əksər hallarda kişilər arasında rast gəlinir,kəllənin orta və ağır travmalarından sonra inkişaf edir.Psixozdan əvvəl asteniya,apatiya,subdepressiya,epilepsiyayabənzər paroksizimlər və ya generalizə olunmuş qıcolma tutmaları meydana çıxır.psixoz zamanı düşüncənin deliriyoz və ya alaqaranlıq pozulması,verbal hallüsinasiyalar və sayıqlamalar aşkar edilir.Hallüsinasiyalar sayıqlamalara nisbətən daha çox rast gəlinir.Sayıqlamaların məzmunu hallüsinator qavramalarla uzlaşır.Təkrar tutmalar olarsa,ideator avtomatizm əlamətləri müşahidə oluna bilər.Psixozun uzun çəkməsi orqanik patologiyanın dərinləşməsini və gələcəkdə ağıl zəifliyinin meydana çıxacağını göstərən əlamət kimi qiymətləndirilməlidir.Paranoyal vəziyyətlər və paranoid psixozlar ən çox kişilər arasında,travmadan 10 və daha çox illər keçdikdən sonra meydana çıxır.Başlıca olaraq qısqanclıq,özünü böyütmə sayıqlamaları qeyd olunur.Belə xəstələr konfliktə çox həris,davakar olmaqla,bir növ tüfeyli həyat sürməyə meyl göstərirlər.Bəzən sayıqlamaların məzmunu dəyişir,təqib,müflisləşmə,zəhərlənmə kimi ideyalarla əvəz olunur.Psixoz xronik xarakterli olub,orqanik əlamətlərin artması ilə diqqəti cəlb edir.Xəstələr daima yorğun görünür,bir sıra yaddaş pozuntuları aşkar edilir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat