Yazılarda aqressiyanın müəyyən edilməsi.
Aqressiyanın müxtəlif növləri və dərəcələri vardır. Kimdə isə bu özünə olan sonsuz inamsızlıqdan formalaşır, insanın ətrafdakılara münasibətində, sərt davranışlarda, kimdə isə bu laqeyd davranışında ifadə oluna bilinər. Bu halda insanda aqressiya gizli olaraq, “sakit” formada keçir. Kimdə isə bu ana südü ilə verilib, həyata baxışı “yalnız güclülər haqlıdır”, “güc qalibdir” kəlmələri çərçivəsindən qaynaqlanır. Kimdə isə bu yeganə ünsiyyət vasitəsidir. O, özünü ifadə etmək üçün, diqqətə alınmaq üçün, tanınmaq üçün aqressiv davranışlardan, fiziki üstünlüklərindən istifadə edir.
Hər bir halda aqressiya boş yerdə yaranmır. Bu bir növ dərin travmadan qaçmaq üçün müdafiə olunma mexanızmlərindən biridir. Onlar başqa cür davrana bilmirlər. Aqressiyanın əsasında təmin olunmamaq, uğursuzluq, təəssüfkeşlik, ümidsizlik, həyata etiraz durur. Çox vaxt aqressiya uşaqlıqda gərəkli şəkildə alınmayan, verilməyən sevginin boşluğunda cücərməyə başlayır. Zaman-zaman bunu cəmiyyətdəki laqeydlik, qəbuledilməzlik daha da qüvvətləndirir.
Yazıda aqressiyanın əlamətləri aşağıdakılardır:
İlkin olaraq yazının sahədə mövqeyinə nəzər salmaq lazımdır. Əgər yazı dar, bir sıx kütlə təəssüratı verirsə, sanki bir yumyuqdur, bu aqressiyanın ilk əlaməti sayılacaq. Bu zaman sətrlər və sözlər arasındakı məsafələr az, ya da heç olmayacaq. Sətrlər və hərflər bir-birinə qarışmış olacaq.
Hərflər oxunaqlı deyilsə, kalliqrafik olaraq tam tanılmazdırsa, ümumiyyətlə mətni oxumaq mümükün deyilsə;
Hədsiz güclü basqı varsa;
Yazı çox sürətlidirsə;
Vərəyin panelləri (kənarları) çox az və ya heç görünmürsə;
Hərflərin bəziləri sanki sözün içindən atlanmaq istəyirsə, yuxarı və aşağıya doğru;
Yazıda hədsiz künclər və çöplər-çubuqlar varsa;
Bütün sadalanan əlamətlərin ¾ yazıda müəyyən edilərsə, bu zaman biz bu insanın aqressiv olması ehtimalını böyükdür. Biz, bu insan cəmiyyətdən, ətrafda olan hər kəsdən, özündən, həyatdan narazıdır, acidildir, sərtdir, qəddarlığa meyillidir deyə bilərik.
Ən son olaraq güclü basqılı yazılarda küt sonluqlar, qəfil kəsişən xətt və ştrixlər, bıçaqvarı, qılıncvarı başlıqlar varsa, biz deyə bilərik ki, bu insan özündən kiçik olanlara, zəiflərə əl qaldırmağa, əziyyət verməyə qadirdir. Əsas diqqət p, f, g, y, l, t, hərflərinin uc hissələrinə verilməlidir.
Elnarə Baxışlı, PCC-nin Psixoloqu