“Böyük yunan filosofu Pifaqorun apardığı maraqlı bir müqayisədə baxışların və məqsədlərin müxtəlifliyi çox gözəl görünür. Pifaqor adamları məqsəd və fəaliyyətinə görə üç qrupa bölür və onları obrazlı surətdə səciyyələndirmək üçün Olimpiya oyunlarına gələnlərlə müqayisə edir. Burada bir qisim adamlar öz fiziki imkan və qabiliyyətlərini nümayiş etdirərək yarışırlar. Digərləri buraya çoxlu adam toplanmasından istifadə edərək, ticarət və xidmət məqsədilə gəlirlər. Üçüncülər isə tamaşaçı qismində gəlir və məqsədləri yalnız oyunları müşahidə etməkdir. Pifaqora görə, həyatda da belədir. Kimlərsə şöhrətin, kimlərsə var-dövlətin qulu olur. Lakin elələri də var ki, yalnız kənardan seyr edirlər və yeganə məqsədləri baxıb-görmək, görüb-götürmək, həqiqəti aşkara çıxarmaqdır. Bu üçüncüləri Pifaqor filosof adlandırırdı.. Son məqsəd – əldə olunan biliklərdən hansı sahədə isə istifadə etmək yox, sadəcə biliyin özü – həqiqətdir. İnsan həqiqətə qovuşanda mənən saflaşır. Dünyanı, təbiəti dəyişmək məqsədini qarşıya qoymasa da, dünyanın, təbiətin ahəngini dərk edir və bu ahəngə uyğunlaşmaq imkanı əldə edir.”
Bəli, müxtəlif insanlar olduğu kimi onların hər birinin “həyatda qalma “ səbəbi müxtəlifdir.
Hər kəs eyni şərtlər, şərait altında doğula bilər , lakin həyatın necə qurulması fərdi xarakter daşıyır.
İnsanlar eyni cür “ yaranır” yəni, hər kəsin fizioloji doğulması eynidir. Fərqlilik gedişatda- həyatın özündə özünü göstərir. Həyatın necə qurulması, ona verilən anlam əslində hər bir insanın özündən asılı olan haldır. Bunu da bir başa bizim baxış bucağımız təyin edir. Həyatımızda “ baxış açımızın” yeri , mövqeyi əvəzsizdir. Beləki , hadisələrə münasibətdə, baş verənlərə reaksiyamız bir sözlə həyatın özünə yanaşmağımız baxış açımızın məhsuludur deyə bilərik. Davranışlarımızı da baxış açımız yönəldir. Yəni, Həyatımızı baxış açımızla yaşar, mənalandırıb, Idarə edərik. Nəyi düşündüyümüz qədər necə düşündüyümüz də önəmlidir.
Baxış Açısı ( buna dünya görüşü də demək olar ) yaşadıqca, görüb götürdükcə dəyişə və müxtəlif yaşlarda insanı müxtəlif cür düşünməyə vadar edə bilər. Yəni, nələrəsə münasibət hər yaş dövründə eyni olmur. Məsələn, 20 yaşında bəyəndiyin, qəbul etdiyin nələrsə, zaman keçdikcə xoşuna gəlməyə, hətta nifrətinə çevrilməsi mümükündür .
İnsan, oxuyub öyrəndikcə, yaşayıb “ təcrübə “ yığdıqca onun mənəviyyatı da “ təkamülə “ məruz qalır .
Bilik əldə eləmək Həyatı Anlamlı etmənin yollarındadır. Amma yalnızca müyyən biliyə sahib olmaq da kifayət deyil. Necə deyərlər hər insan bir növ “ tədqiqatçı”dır. Mərifət tək öyrənməkdə deyil , öyrəndiyini necə -düzgün tədqiq etməkdədir. “Yalnızca Çox Biliyi Olan uğur Qazana bilər “İfadəsi yalnışdı. Necəki Çox Pulu olub amma nə etməli olduğunu bilməyən insanlar var eləcə də çox biliyi olub nəyi harda işlətməli olduqlarını bilməyən insanlar da az deyil. Doğru olan öyrənəndə ya da öyrədəndə deyil . doğru olan öyrəndiyini necə tədqiq edəndir. O ki qaldı öyrənəcəyimiz şeylərə hər insanın həyatdan öyrənəcəkləri mütləq ki çox şeyi vardır .
Hər şey insanın həyatını necə qurmasından və forlmalaşmasından asılıdır. Öz əlindədir həyatını dəyişmək insanın . O əgər istərsə nələr edə bilməzki? Bəli , istərsə əgər !
İnsan , “Yaradanın “ ən ali “ əsəridir “ . O, İnsanı Mükəmməl Yaradıb ! . Digər yaradılışlardan fərqli olaraq “ şüur “ bəxş edib İnsana. Və Onu düzgün İşlədərsək Yalnız Bizlər, nələrəsə Nail Ola Bilərik .
Gücsüzlük duyğusu ,” nələrisə edə bilməmək “ qorxusu , özünə inanmsızlıq hissi və bu kimi məhdudiyyətlərdən uzaq qaçmalıyıq və belə olan təqdirdə Həyat Anlamının əslində elə də “ uzaqda” olmadığını görərik...
Azərbaycan Dövlət Pedoqoji Universitetinin,pedoqogika və psixologiya fakültəsinin 4-cü kurs tələbəsi
Aynur Ələskərova