Daun sindromu

www.pcc.azDaun sindromulu uşaq sahibi ailələrin ən böyük uğursuzluğu məlumat əskikliyidir. Buna görə bu günkü məqaləmizdə ” Daun sindromu nədir?” sualını cavablandırmağa çalışacağıq.

Ən sadə dildə desək normal insanin xromosom dəsti 46 dır. Daun sindromlu insanlarda isə bədənindəki hüceyrələrin xromosom dəsti 46 əvəzinə, 47 xromosomdur. Bununla da deyə bilərik ki,daun sendromu bir xəstəlik deyil genetik bir fərqlilikdir.

İnsan bədəni onu meydana gətirən hüceyrələrin nüvələri, xromosomlarla bir-birlərinə bağlanmış olan genlərdən meydana gəlmişdir. Buna görə də bu genlər və xromosomlar insanın fizioloji və psixoloji vəziyyətinə nəzarət edən, daha doğrusu insanı şəxsiyyət kimi formalaşdıran əsas ünsürdür. Xromosom dəsti sabitdir və kiçik nir dəyişiklik bu sistemi poza bilər. Nəticə etibarı ilə uşağınızın artıqdan sahib olduğu bir xromosom onun həyatını təsir edəcək.

Daun sendromu ilə bağlı iki şeyi dəqiq bilməlisiniz:

Birincisi- daun sindromlu uşağın doğulma səbəbi ana-ata deyil- genlərdir.Həmçinin hamiləlik əvvəli və ya hamiləlikdə olan heç bir şey uşağın daun sindromlu doğulmasına gətirib çıxarmaz.

İkincisi- digər uşaqlar kimi daun sindromlu uşaqların da özlərinə xas şəxsiyyətləri, qabiliyyətləri və düşüncələri vardır. Digər uşaqlar kimi onlar da fərqli şəxsiyyətə sahib bir fərd olaraq böyüyəcəklər.

Daun sindromu necə meydana gəlir?

Yuxarıda da qeyd etdiyim kimi daun sendromlu uşaqlarda xromosom dəsti 46 əvəzinə 47 olur.Yəni daun sindromu genetik xəstəlikdi. Buna səbəb olan təsir edici faktorlar-ananın yaşı, radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi müxtəlif səbəblər göstərilsə də bunların içində qətilik qazanmış olan səbəb hələ ki yoxdur. Son araşdırmalar göstərir ki, sindromu yaranma səbəbləri kimi spermatazoidin də tərkib hissəsi önəmlidir.

Sonradan uşaqların daun sindromlu olma riski varmı?

Bu problemin cavabı uşağın xromosom dəyişməsinin növünə bağlıdır. Risk yüksək deyil, lakin istisnalar da ola bilər.
*Qeyd …Bir ananın təcrübəsi
“Üçüncü uşağımızın doğumuna yaxşı hazırlanmışdıq və iki uşaqdan sonra bu körpəmizin baxımıyla əlaqədar heç bir problem yaşamayacağımızı düşünmüşdük. Lakin hər şey çox fərqli inkişaf etdi. Doğumdan yarım saat sonra oğlumun daun sindromlu olduğunu öyrəndik. Bu bizim üçün bir şok idi. İki sağlam uşaqdan sonra belə bir problemlə qarşı-qarşıya qala biləcəyimiz ağılımızın ucundan belə keçməmişdi.

Digər uşaqlarımı əmizdirdiyimdən oğlumu əmizdirmək qədər təbii bir şey yox idi mənim üçün. Lakin xəstəxanada həkimlər belə bir uşağın əmizdirilməsinin son dərəcə çətin olduğunu düşünürdülər. Lakin ana südü əhəmiyyətli idi.

Beləliklə südümü süni yolla sağıb uşağımı ana südü ilə bəsləməyə başladım. Xüsusilə onu qəbul edə bilməməkdən ötəri hiss etdiyim günahkarlıq duyğusundan sonra, uşağımın böyüməsinə kömək etmək mənim üçün çox gözəl bir hiss idi.

Sinədən əmməyi oğlum ancaq 4 həftə sonra bacara bilmişdi. İnfeksiyalara qarşı ana südünün köməyi ilə qorunmuşdu. Ağız və çənə əzələləri ana sinəsini əmdiyindən qüvvətlənmişdi. Əmizdirmə zamanı mənimlə yaxın əlaqə nəticəsində bizi çox yaxın zamanda qəbul etdi və 10 həftədənsonra bizə gülməyə başladı. Indi mənim oğlumun 6 yaşı var. Düzdü o başqa usaqlardan ferqlidi, amma xəsdə deyil. Sadəcə başqalarından fərqlənir…

Əmizdirmək, bütün körpələr üçün olduğu kimi daun sindromlu uşaqlar üçün də son dərəcə əhəmiyyətlidir. Bu uşaqların ana südü ilə bəslənmələri, çənə aparatının qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə əmmək, normal bir ağız quruluşunun meydana gəlməsinin ən yaxşı yoludur. Əmizdirmə ilə alt çənənin inkişafı və dil hərəkəti nəticəsində ağızının bağlanılmasının öyrənilməsi daha asandır. Çünki daun sindromlu uşaqlarda ağzının tam olaraq bağlı saxlanması çətin olur.

Daun sindromlu uşaqlar necə inkişaf edər?

Daun sindromlu usaqların xarici görünüşündəki ən önəmli dəyişiklik gözlərinin çəkik olmalarıdır.Onlar hər zaman güləriz olurlar.İlk gösdərici zəka geriliyinin olmasıdır. Onların boyu nisbətən alçaq olur. Normal uşağın 3-4 ilə göstrdiyi inkişfı onlar 9-10 ilə göstərirlər.Onların yadda saxlama qabiliyyeti azdır, diqqətləri dağınıqdır,nitqləri təmiz deyil, amma güclü təqlid bacarıqları var. Çox xromosom uşağın inkişafını mənfi təsir edir. Bu vəziyyət çox təəssüf ki belə olacaq . Çünki xromosomu dəyişmək mümkün deyil. Lakin unutmamalıyıq ki, bir uşağın inkişafı yalnız genetik faktorlara bağlı deyil. Ətraf və öyrənmə faktorları da uşağın inkişafında çox əhəmiyyətli təsir edir. Evdə yaxşı təlim keçən daunlar özləri geyinib soyuna bilər, yemək və su içə bilər, öz gigiyenik ehtiyaclarını təmin edə bilər. Bəzi daunlar hətda məktəbə və unuversitetə gedə biləcək təlimə yiyələnə bilirlər.Daun sindromlu uşaqların ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyil. Onlar da ana, ata və qardaşlarıyla birlikdə olmaqdan xoşbəxt olurlar. Ətraflarını kəşf etmək, oynamaq, öyrənmək, gülmək istəyirlər. Daun sindromlu bir uşağın mümkün olduğu qədər ictimai bir mühitdə böyüdülməsi, inkişafı üçün son dərəcə faydalıdır.

Uşağınızın fiziki görünüşü digər uşaqlardan bir az fərqli ola bilər, bir sıra sağlamlıq problemləri ola bilər. Lakin unutmayın ki, bəzi uşaqların sarı saçlı, bəzilərinin mavi gözlü olması kimi sizin uşağınızın da daun sendromlu olması bir genetik fərqlilikdir.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat