Enurez nədir?

www.pcc.azEnurez nədir? Enurez-uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında və ya oyaq vəziyyətdə   sidiyini tuta bilməmə vəziyyətidir. Gecələri altını islatma hər uşağın yaşadığı bir prosesdir. Ancaq bu vəziyyət müşahidə edilib, nəzarət edilməzsə bir problem halına çevrilə bilər.Normal halda uşaqlar iki yaşındn etibarən böyük tualet vərdişini, iki-üç yaş arası isə kiçik tualet vərdişini nəzarət altında saxlaya bilir.
Ancaq uşaq 4-5 yaşına qədər hərdənbir gündüzləri, daha sıx olaraq da gecələri kiçik tualet vərdişinin (sidik ifrazını) idarəsini təmin etməkdə çətinlik çəkə bilər. Sinir sistemi tərəfindən sidik kisəsi və sidiyi tutmağa xidmət edən əzələlərin idarəsi gecə daha çətin idarə edildiyindən gecələr alt islatma , gündüzə nisbətən daha çox müşahidə olunur. 5 yaşına qədər uşaqlarda bu vəziyyət normal qəbul etməlidir. Lakin 5 yaşından etibarən bu proses davam edirsə artıq narahat olmağa başlamaq lazımdır.
Əgər uşaqda hec bir fiziki narahatçılıq yoxdursa (Böyrək, sidik kisəsi və ifrazat yollarında pozuqluqlar,bağırsaq qurdları və s) və ya genetik göstəricilər normaldırsa (yəni ana və ya ata xəttində enurez muşahidə olunmursa) enurezin səbəbi psizoloji pozuntulardır.
Bunlar nələrdir?
-Uşaqların tualet vərdişıni öyrənməyə başladıqları dövrdə valideyinlərin qatı nəzarəti nəticəsində uşaqlarda yaranan travmalar :
Uşaqlar 2 yaşından etibarən karaşokda oturaraq tualet vərdişinə başlayır.Bu dövr uşaqların cinsiyyət tanima dövrü olduğundan onlar uzun müddət karaşokda oturmaq isdəyirlər.Bu yaş dövrü psixoseksual inkişaf mərhələsi baxımından “anal” mərhələ olduğundan uşqaların həzz mərkəzi cinsi orqanlar olur.Onlar karaşokda oturaraq ,öz nəcislərini cinsiyyət orqanının bükücü əzələsiyə saxlayaraq ondan həzz alırlar.Buna görə də uşaqlarda tualet prosesi uzun muddət davam edir.Bəzən valideyinlər buna əhəmiyyət vermədiklərindən uşqaları tələsdirirlər bu da sonradan uşaqların psixikasına mənfi təsir gostərir.Gecə uşaqlar altlarını islatdıqları zaman valideyinlər qatı tədbirlər görür – uşağı danlayır,cəzalandırır,gecələri uşaqları vaxtsız oyadıb tualetə aparır və ya yatağını batırmasın deyə uşaq üçün narahat olan yataq hazırlayır.Bütün bu proseslər uşaqların yataq islatmasını daha da gücləndirir
-Valideyinlər arasındakı narahatçılıqlar uşağın tualet vərdişinin normal gedişınə təsir edir :
Enurezin yaranma səbəblərindən biri də uşaqların valideyinlər arasında gərginliyə şahid olmasıdır. Ana atası arasında münaqişəyə şahid olan uşaqlar gecələr narahat yatir və onlarda qaranlıq fobiyaları yaranır.Bununla bağlı olraq uşaqlar sidik ifrazının idarəsinə nəzarət edə bilmir
-Qardaş , bacı qisqanclığı :
Bir çox ailələr ikinci övladları olduqdan sonra uşaqlarında enurezin yarandığından şikayətlənirlər.Adətə böyük uşaqlar ailəyə ikinci uşaq gəldikdən sonra valideyinlərinin artıq onları sevmədiyini düşünürlər və çıxış yolunu özlərini körpəyə bənzətməkdə tapırlar.Adətən belə hallarda barmaq əmmə, yersiz şikayətlər və gecələri yataq islatma halları müşahidə olunur.
-Bundan başqa yeni evə köçmə, valideyinlərin boşanması, məktəbdəki narahatçılıqlar da enurezə səbəb ola bilər
Uşağınızda belə bir problemi müşahidə etdiyiniz zaman əvvəlcə mütəxəssisə müraciət edin. “Necə olsa böyüyəndə keçər’ məntiqiylə düşünmək problemin həllini gecikdirər. Belə olduqda valideyinlərdən səbirli olmağı və uşaqlara düzgün olanı öyrətməyi məsləhət görürük.Unutmayın ki uşaqlar bunu şüurlu şəkildə etmir. Uşağı alçaltmaq, günahlandırmaq yerinə bu davranışın səbəblərini araşdırın.Uşağınıza bu problemin normal bir hal olduğunu başa salın. Əks halda uşaqda özünə inam problemi meydana gələcək və uşaq cəmiyyət içərisində də özünü narahat hiss edəcək. Halbuki duyğularını paylaşdıqca uşağın qorxu və qayğılarını azalacaq.

Bundan başqa aşağıdakıları da etməyiniz məsləhətdir:

-Uşağınızla birlikdə bir təqvim tutun, yatağını islatmadığı günləri ulduzla işarələyin. Beləcə uşağınızı müsbət istiqamətdə motivasiya etmiş olarsınız. Ayın axırı ulduzların sayı çox olduqda onu mükafatlandırın.
-Uşağınızı stress meydana gətirəcək faktorlardan uzaq tutmağa çalışın. Xüsusilə yatma saatından əvvəl uşağa rahatlaşdırıcı fəaliyyətlər etdirin.Nağıl,hekayə danışın,sizin hər zaman onun yanında olduğunu anlasın
- Sadə vəzifələr verərək uşağın da yatağını toplamasını təmin edin.Yatağını islatdığı vaxtda da yatağını özünün toplamasına və təmizlikdə onun da iştirak etməsinə şərait yaradın
-Axşam yatma saatından əvvəl uşağın maye alışını azaldın. Beləcə tualetə getmə ehtiyacı azalacaq.

UNUTMAYIN: Enurez adətən psixoloji narahatçılıqdır, həkim və dərmanların köməyi ilə siz prosesin yalnız sürətini azalda bilərsiniz. Prosesin səbəbi tapılıb həll edilmədikcə bu narahatçılıq davam edəcək.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat