Uşağın sinir-psixi inkişafında impritink və tərbiyənin rolu

İmpritink-ani təəssürat mexanizmidir.Belə ki,ilk təəssürat insanın sonrakı bütün həyat və fəaliyyətinə təsir göstərən və onun reaksiyasını,xarakterini təyin edən vasitədir.Uzun müddət uşağı sinir-psixi inkişafında onun rolu lazımi qədər öyrənilməyib.Belə ki müşahidələr göstərir ki,o,sinir-psixi formalaşmada hətta sonrakı davranışda az əhəmiyyət kəsb etmir.

Həyatın ilk ilində uşağın anaya məhəbbətinin yaranmasına daha çox nə səbəb olur?Müəyyən edilib ki,yenidoöulmuşlarda və həyatın ilk aylarında uşağın sağlamlığına təsir göstərən əsas faktor rahatlıq hissidir.Ki,bu hiss ananın uşağa toxunması zamanı (və ya uşağa qulluq göstərən şəxslə təmasdan) yaranır.Bu,təhlükəsizlik hissi yaradır.Bundan başqa ananın körpəsini yedizdirməsi onun üçün istilik hissi yaradır.Ana öz uşağına bədən dilini,səs siqnallarını və nitqi başa düşməyi öyrədir.Uşaq yeriməyə başlayanda,ana onun ilk oyunlarını təşkil edir.Öz yaşıdlarıyla düzgün münasibəti tənzimləyir.Yaşıdlarıyla ünsiyyət yoldaşlıq,sosial münasibət,aqressivliyin tormozlanmasını təmin edir. Müəyyən edilib ki,ananın öz uşağına qulluğu onun sosial davranışının düzgün formalaşmasında əsas amildir.

Sinir-psixi inkişafda atanın da rolu böyükdür.O,uşaq gəzən və oynayan zaman ona daha çox diqqət yetirir.Təcrübə göstərir ki,erkən uşaq yaşlarından diqqət ayrılan uşağın davranışı məktəb yaşında digərlərindən fərqlənir.Valideynin diqqət və tərbiyəsini görmüş uşaq məktəb həyatına daha tez alışır.Nənə,baba yanında böyüyən uşaq isə məktəbə daha pis adaptasiya olunur.Ətraf aləmi dərk etməyə daha az cəhd göstərirlər.Belə uşaqlarda hərəkət koordinasiyası pis inkişaf edir.Uşaq tərbiyə müəssisəsində tərbiyə almış uşaq isə hərəki aktivliyin daha erkən formalaşması ilə fərqlənir,eyni zamanda onlarda nitq vərdişi və obrazlı təfəkkür zəif inkişaf edir.

Məşhur pedaqoq K.D.Uşinski tamamilə doğru olaraq sayırdı:"ailədə zarafatı qəbul edən lakin hər işi zarafata çevirməyən ciddilik hökm sürməlidir;bezdirən mehribançılıq,zəiflik nümayiş etdirməyən xeyirxahlıq,pedantizmə yol verməyən səliqə-səhman;əsas da daimi,ağıllı fəaliyyət üstünlük təşkil etməlidir".

Əlverişli şəraitdə böyüməyən daima "psixi aclıq" hiss edir.N.M.Şlevanova görə "tərbiyənin əksikliyini" hiss edir.

Uşaq üçün daima böyüklərlə-tərbiyəçi,valideyn,bacı,qardaş ilə ünsiyyət vacibdir.Neki Qaspar Qauzer on altı il düşünülmüş şəkildə tənhalıqda saxlanılandan sonra azadlığa çıxanda gəzə bilməmiş və danışmaq əvəzinə ona aydın olmayan bir neçə söz tələffüz etmişdir.Anoloji davranış bu və ya digər səbəbdən heyvanlar arasında böyüyən uşaqlarda da müşahidə olunmuşdur.Uşağın tərbiyəsi və böyüdüyü mühit ali sinir fəaliyyətinin normal inkişafına ciddi təsir göstərir.Bu inkişafa eyni zamanda uşağın xəstəlikləri,inkişafdan qalması təsir göstərir.Ona görə də valideynlər ,uşaq həkimi və uşaq psixoloqları uşağın düzgün mühitdə böyüməsinə və sağlamlığının qayğısına həmişə qalmalıdırlar.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat