Qadınlar nə istər....

 Qadın hər yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə sədaqət istəyir.

Və bu zərif məxluq haradasa duyğulardan ibarət yaradıldığı üçün nə alçaldılmağa , nə də incidilməyə razı olar.Bir cüt göz xatirinə min çiləyə sinə gərsə də , bir cüt sözün acısı ilə günlərlə göz yaşı tökə bilər.

 Qadın xatırlanmaq istəyər.Həyat yoldaşından aldığı qönçə bir gül də olsa, ən çox istədiyi şey onun gözlərindəki sevgi olar. Qadın  , gözəlliyinin dilə gətirilməsini istəyər. Dünya gözəli olmadığını bilər, ancaq dünya gözəli kimi diqqət , qayğı gözləyər.İltifatlardan xoşlanar, ən kişik dəyişikliklərin belə hiss olunmasını sevər, sevgini sevər , sevməkdən bezməz.Və inanın , istədiyi sevgini tapsa , bir qadın , bir anda mələyə , xeyirxahlıq pərisinə , ya da insanüstü bir varlığa çevrilər.

Ancaq könlündəki sevgini əks etdirəcəyi bir könül tapmasa, qabiliyyətləri korlaşar, gözəl üzü solar, qol -qanadı qırıq , yolunu itirmiş, bir quşa çevrilər. Xanımı ilə gözəl davranan, onun sevgisinə bir dəstə nərgiz çiçəyi ilə sahib olan kişilərin nə qədər sərfəli bir alış-veriş etdiyini gördünüzmü? Səadət uzaqda deyil. Yetər ki , biz ona sahib olmaq istəyək.

Psixoloq

Sevda Xəlilova


 

LOGİN

 Email
 Parol
Qeydiyyat