POZİTİV DÜŞÜNMƏK

Düşüncə insan həyatında çox effektiv gücə malikdir. Buna misal olaraq daima işlətdiyimiz “düşündüyüm, qorxduğum başıma gəldi” cümləsini göstərmək olar. Bu düşüncəmizin baş verən hadisələr üzərində necə güclü təsirə malik olduğunu göstərir. Hətta biz düşüncələrimizlə bir çox müvəffəqiyyətlər də əldə edə bilərik. Çünki düşüncə bizi uğura aparan ən güclü vasitədir.

Ətrafımızda olan insanlara diqqətlə baxsaq onların hadisəyə baxış tərzinə görə 2 qrupa bölündüyünü görmüş olarıq. Birinci qrup hadisələrə yalnız bir tərəfdən yanaşa bilir. Bu tip insanlar hadisələrin yalnız neqativ ya da pozitiv tərəfini görürlər. İkinci qrup hadisəyə hər iki tərəfdən baxmağı bacaran insanlardır.

Yazdığım mövzu hər iki tərəfdən baxmağı bacaran və daima pozitiv görməyə çalışan insanlar haqqındadır.

Onlara həm də pozitiv baxış tərzi olan, pozitiv görən insanlar adı da vermək olar. Pozitiv görmək pozitiv düşünməyin nəticəsidir. Çünki bizim düşüncələrimiz bizim baxış tərzimizdə öz əksini tapır. Positiv düşüncə, neqativlərlə razılaşmayan, hər nə olursa olsun edə biləcək yaxşı bir şeyin olduğuna inanan və insan həyatına müsbət istiqamətdə təsir edən bir düşüncə tərzidir. İnsanlar pozitiv düşünmək üçün daima neqativ düşüncə tərzlərini dəyişib, şüuraltına pozitiv fikirlər göndərməlidirlər.

Bildiyimiz kimi cəmiyyətdə baş verən və bizə aidiyyatı olan bütün problemlər psixologiyamıza çox böyük təsir göstərir. Bu kimi problemlər bizdə stress, əsəb, narahatçılıq, motivasiya azalması və depressiya tipli psixoloji problemlərə gətirib çıxarır. Bu problemlərdən azad olmaq üçün yenə də pozitiv düşünmək lazımdır. Məhz buna görə də pozitiv düşüncəli insalar daha sağlam və daha az stressli olurlar. Çünki onlar çətin zamanlarda çıxış yolu tapmağa çalışırlar. Enşteyn çox gözəl bir fikir söyləmişdir ki, “problemi yaradan beyinlə, problemi həll etmək mümkün deyil. Mütləq əlavə bir yol tapmaq lazımdır”.

Xoşbəxtliyin qaynağı da pozitiv düşünməkdir. Çünki biz hadisəyə pozitiv tərəfdən yanaşdıqca, daha çox xoşbəxtlik qorxumuza qalib gəlmiş oluruq.

Pozitiv düşünə bilmək üçün pozitiv düşüncənin nə olduğunu və nə üçün lazım olduğunu bilmək lazımdır. Pozitiv düşünürəm deməklə pozitiv düşünə bilməyəcəksiniz. Necə ki, beyninizi işlətməsəniz paslanıb gedəcək, düşüncələriniz də həmçinin, vaxtında işlətməsəniz zaman keçdikcə köməyinizə çatmayacaq.

Biz həyata sadəcə yaşamaq üçün yox, öz düşüncələrimizlə fərqliliklər yaratmağa gəlirik. Daha çox pozitiv düşünün ki, daha çox fərqlilik yarada biləsiniz və insanların qəlbində adınızı sonsuzadək yaşada biləsiniz.

Xəzər Universitəsinin, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi

Xədicə Aşurova

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat