Bir adam öz oğlu ilə meşədə gəzirmiş. Birdən oğlanın ayağı ilişib yıxılır və əzilərək "AHHHHHHH" deyə qışqırır.İrəlidə bir dağın təpəsindən "AHHHHHH" deyə bir səs eşidir və çaşır. Maraqlanır və "SƏN KIMSƏN?" deyə qışqırır. Aldığıi cavab "SƏN KİMSƏN?" olur. Aldığı cavaba hirslənib "SƏN QORXAQSAN" deyə təkrar qışqırır. Dağdan gələn səs " SƏN QORXAQSAN" deyə cavab verir. Uşaq atasına dönüb "ATA NƏ OLUR BELƏ?" deyə soruşur . Oğlum , deyir adam "DINLƏ VƏ ÖYRƏN!" və dağa dönüb "SƏNƏ HEYRANAM " deyə qışqırır. Gələn cavab "SƏNƏ HEYRANAM " olur.
Ata təkrar qışqırır, "SƏN MÖHTƏŞƏMSƏN!" Oğlan çox çaşır , amma hələ də nə olduğunu anlaya bilmir.Atası izah etməyə başlayır "İnsanlar buna "Əks -səda " deyərlər, amma əslində bu "HƏYAT" dır."
-Həyat daim sənə sənin verdiklərini geri verir.
-Həyat etdiyimiz davranışların aynasıdır.
-Daha çox sevgi istədiyin zaman daha çox sev.
-Daha çox şəfqət istədiyində , daha şəfqətli ol.
-Hörmət istəyirsənsə insanlara daha çox hörmət et.
- İnsanların səbrli olmağını istəyirsənsə sən də daha səbrli olmağı öyrən.
-Bu qayda həyatımızın bir parçasıdır , hər kəsə aiddir.
-Həyat bir təsadüf deyil , etdiklərinizin aynada bir əks olunmasıdır.
Psixoloq
Sevda Xəlilova