Motivasiya ən uğurlu taktikadır.
Motivasiya xoşbəxt və uğurlu olmaq üçün həyati əhəmiyyət daşıyır. İnsanların xarakterləri müxtəlif olduğu kimi motivasiya yolları da müxtəlifdir. Aşağıdakı tövsiyyələr, öz-özünüzü motivasiya etməyinizə və bunu davam etdirə bilməyinizə kömək olacaq. Bunlar, praktik və nəticəyə istiqamətli tövsiyyələrdir. Tətbiq etmədiyimiz müddətdə, həyatımızda hər şeyin nece də qaydasında olduğunun fərqinə vara biləcəyik.
Bəzən etdiyimiz İşin mənasını sorgulayarıq ..
"Bunu özümə hər gün niyə edirəm? Bu işin sonu necə olacaq? Həm bütün bunun mənası nədir? "
İş yerində bu tərz suallar zehinimizi arada bir məşğul edə bilər , günümüzü bərbad edər və etdiyimiz iş mövzusunda özümüzü şübhəyə salar.
Motivasiyamız kağızdan bina kimi yıxılıb təkrar başdan inşa edilməsi lazımdırsa, təkrar necə ayağa qalxa biləcəyimizi və içimizdəki mühərrikin randımanını ən qısa zamanda necə yüksəldə biləcəyimizi bilməmiz yaxşı olar ..
Öz yolumuzu özümüz bağlayırıqsa...
Özünü motivasiya etmə hadisəsi bir tərəfdən insanın özünə qarşı olan intizamı və özünü idarə edə bilməsi ilə əlaqəlidir. Lakin ən az onun qədər əhəmiyyətli olan şəxsiyyət və ediləcək işlərə qarşı olan tutumumuzdur . Etdiyi şeylərə həqiqətən maraq duyan ya da ona heyran olan biri vəzifələrini sevə sevə edir və beləliklə də hədəflərinə daha asan çatır.
İnsanın özünü motivasiya edə bilməsi üçün ilk olaraq qərarlı bir şəkildə öz önündəki maneələrini yolundan təmizləməsi lazımdır :
Bu an motivasiyasız bir şəkildə stulumuzda oturmağımızın ya da bizə təhvil verilən vəzifəni etmədiyimiz üçün əziyyət çəkməmizi səbəbi nədir? Nədir əskik ya da artıq olan ? Motivasiya boşluğundan doğru strategiyayla çıxmağı yalnız öz şəxsi zəifliklərini və zəif nöqtələrini görən və təsbit edən bacarar. Ya da ən gözəli bu vəziyyətə düşməz belə.
Motivasiya növləri və onlara uyğun həll strategiyaları
Növ 1: Konsentrasiya problemi
Bəzi insanlar kifayət qədər konsentrə ola bilməz və xarici faktorlara qarşı özlərini çarəsiz hiss edərlər. Dayanmadan Telefon çalar , yan masadakı adam diqqət dağıdır və s.
Təklif: İşlərinizi prioritet siyahısıyla təşkil edin. Beləliklə hansı işlərin prioritet olub bir an əvvəl həll edilməsi lazım olduğunu daim göz qarşısında bulundurmuş olarsınız. Əgər bu siyahıda sizin iş sahənizə girməyən və sizin onsuz da diqqətinizi çəkməyən vəzifələr varsa , bunları siyahınızdan rahatlıqla silə bilərsiniz !
Növ 2: Mürgüləmə "xəstəliyi"
Bəzi insanlar əhəmiyyətli işləri davamlı təxirə salar , dayanmadan bəhanələr axtarar və buna görə özlərinə qarşı olan məmnuniyyətsizlikleri get-gedə artar. Məhsuldar işləyə bilmələri üçün zaman ya da rəqabət hissinə ehtiyacları vardır.
Təklif: İşə bir yerdən başlayın! Mövzuya daxil hissəsi yalnız beş dəqiqə olsa belə bunu edin - bu sizinlə edəcəyiniz iş arasındakı məsafəni yaxınlaşdırar və sizdə maraq , hətta bəlkə şövq oyandırar. Bunu etdikdən sonra özünüzə bitirmə tarixi müəyyən edin və bu tarixi təqvimdə işarələyib öz-özünüzü yoxlayın , müdir siz olun !
Növ 3: Mükəmməlliyətçilik
Bəzi insanlar mərhəmətsiz bir şəkildə mükəmməlliyətçi olduqları üçün bir cür hədəfə çata bilməzlər. Bu zamanla həvəsinizi qıra bilər , çünki qıraqdan baxıldığında işləriniz məhsuldar deyil , həll yolları yoxdur və əldə etdiyiniz nəticə də təmin edici deyil.
Təklif: İşə başlamadan əvvəl özünüzə konkret hədəflər təyin edin. Bunu edərkən iş yoldaşlarınızla fikir mübadiləsi aparmaq çox vaxt faydalı olar , çünki beləliklə daha ümumi bir dünyagörüşü qazanmış olar və gözlənilən nəticə haqqında daha yaxşı fikir əldə etmiş olarsınız.
Özünüzü iş yoldaşlarınız və ya rəqiblərinizlə müqayisə etməyin , yalnız öz hədəfləriniz və inkişafınıza fokuslanın. Sizdən gözlənilən inqilabçı fikirlər deyil , həqiqi hədəflərlər !
Son olaraq: hədəflərə çatmış olmanızı qeyd !
Ümumiyyətlə üzərində çalışılan hər bir iş bir nəticə olaraq ortadadır və görülər ya da hiss edilər. Hər çatdığınız hədəf bir mükafata dəyər , bu yalnız qısa bir qəhvə fasiləsi və ya zehninizdə özünüzü təbrik etmək olsa da.
Xəzər Universitəsinin, psixologiya fakültəsinin 2-ci kurs tələbəsi
Nilufər Əlizadə