Ailə mədəniyyətin ötürücüsüdür

 Ailə uşaqlara nəinki ailənin üzvü olmağa kömək edir, o eyni zamanda uşağı əhatə edən cəmiyyət, onun mədəniyyəti ilə tanış olmağa istiqamətləndirir. Uşaqlar balaca yaşlarından mənəvi dəyərlərə , dini ənənələrə və etnik stereotipləri qəbul edir , onlara riayət etməyə çalışır. Valideynlər uşaqlarına öz mədəni dəyərlərini gündəlik ailədaxili münasibətlərdə-nahar edərkən , geyim formalarında , ünsiyyət əhatəsini , təhsil səviyyəsi, müxtəlif oyunlar vasitəsilə nümayiş etdirirlər.

Mədəni dəyərlərin aşılanması heç də sadə proses deyil. Burada çətinliklər bir tərəfdən ailənin özünün təşkilinin mürəkkəbliliyi, digər tərəfdən yaşadığımız cəmiyyətin quruculuğunun çətinlikləri ilə bağlıdır. Sosial struktur nə qədər mürəkkəb olursa, bir o qədər ailə xarici təzyiqlərə məruz qalır. Ondan başqa dəyərlər daimi deyillərsə, onların arasında fərqlər itibsə, onların nəsildən-nəslə ötürülməsi də bir o qədər çətinləşir. Bəlkə də bizim bu gün rastlaşdığımız əsas çətinliklər elə bununla izah olunur.Ailə, mühit və mədəniyyət haqqında danışsaq da bu anlayışların heç biri vahid möhkəm bir sistem demək deyildir. Insanı əhatə edən sosial mühit onun anadan olduğu zamanda mürəkkəb bir orqanizm kimi dəyişir. Dünyaya göz açmış uşaqlar müxtəlif sosial qruplara ailə , nəsil, sosial sinif, irq və ya etnos, dini qrupa daxil olurlar. Bu sosial orqanizmlərin hər birinin nümayəndəsi ümumi inamları, dünya görüşlərini, müəyyən əxlaqi modellərə uyğunlaşırlar. Bu ümumi dəyərlər bu qrupun mədəniyyətini formalaşdırır.

 Valideynlərin və bütövlükdə ailənin təsiri geniş sosiallaşma prosesinin yalnız bircə elementi kimi qəbul edilir.Sosiallaşma insanın bütün həyatı boyu gedən bir prosesdir. Sosiallaşma prosesində insan daima yeni situasiyalarla rastlaşır. Uşaq ailədə doğulur, məktəbə gedir, ailə yeni yasayiş məhləsinə köçür, yeniyetmə görüşə getməyə başlayır, insanlar evlənir , ailə qurur , ahıllar pensiyaya çıxır , dostlar, qohumlar xəstələnir , dünyasını dəyişir . Bütün həyat boyu bu dəyişikliklərə uyğunlaşma - alışma sosiallaşma prosesinin mühüm ayrılmaz bir hissəsidir.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Sevda Xəlilova


 

LOGİN

 Email
 Parol
Qeydiyyat