XƏYANƏT…Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da Yer kürəsinin 79 %-i onunla üzləşir.
Qadınlara elə gəlirki dünya qurulandan kişilər xəyanətkar doğulublar və onlar kənarda eşq yaşamasalar dözə bilməzlər.
Kişilər üçünsə əksinə….
Nə qədər çox qadınla tanış olsalar bir o qədər şərəflidir. Xəyanətkar- bu kişilərə yaraşmayan sözdür. Onların fikrincə xəyanətkar qadınlardır.
Hər bir nigah müəyyən müddətdən sonra darıxdırıcı olur.
Qadın ərində hər gün bu sözləri eşidir :
Yemək hazırdır? Yatım tezdən işə getməliyəm? Nə deyim özün bilirsənki, səni çox istəyirəm? Kişi isə arvadından daha çox bu cümlələri eşidir :
Sən yat mən paltarları yumalıyam? Köynəklərin hazırdı? Uşaqların əlindən bezmişəm…Bu yorğun vaxtımda sən nə istəyirsən axı ???
Bu sözlər nə qədər çox işlənirsə siz bir o qədər xəyanətə yaxınlaşırsız. Və əgər ailədə xəyanət varsa bu birərəfli deyil. Yəni həm kişinin həm qadının günah payı var.
Azərbaycanda qadınların evə ailəyə bağlılıqı və ətrafdan qorxusu o qədər böyükdür ki, onlar özlərini tamam soyuq hissiz ailədə belə dinib-danişmadan ömür keçirməyə məcbur edirlər.
Amma kişilər zaman keçdikcə xanımı qarşısında hislər borc hissinə çevrilir: Evə bazarlıq, uşaqlara xərclik, həyat yoldaşına ayda 2 dəfə mehribanlıq…
Sırf öz ölkəmizdən danışırıqsa onu da qeyd etmək məcburiyyətindəyəm ki, bizdə ailə quranda sanki hər şey bitir və xanımlar sanki özlərinə elə buna hazırlayırdılar..Təki ailə qurum…Bu düşüncənin özü belə yetər ki, ailədə xəyanət baş versin..Elə yalnışa da bax burda yol verirlər..Ailə qurulanda son yox yeni bir başlangıc yaranır..
Kişi xəyanət edirsə bu, ərini belə addım atmağa sövq edən qadının səhvidir. Öz vaxtının həyatının öz istəklərini və nəhayət öz bədəninin qiymətini bilməyən qadına taleyin töhvəsi nə ola bilərki ?
Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır.
Xəyanətkar qadınlardan kişilərin 70 % boşanır. Xəyanətkar kişiləri isə cəmi 30 % qadın tərk edir.Psixoloqların qənaətinə görə qadınlar kişilərə nisbətən öz gizli əməllərini ört basdır edə bilirlər.
Britaniyalı alimlərin açıqlamasına görə kişi hər nə qədər savadlı, dünya görüşlü və maddi tərəfdən təminatlıdırsa bir o qədərdə çox sevgili axtarışına çıxır.
Orta təhsilli kişi və qadınlar xəyanətə daha az meyl göstərirlər.
Maraqlıdır! Evdar – günü mətbəxdə keçən qadınlar ən çox xəyanətə məruz qalırlar.Savadlı işləyən xanımları ərləri daha çox istəyir və qiymətləndirir. Axı belə qadınları aldatmaq bir az çətindir…
Sonda xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq….Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin edip (oğulun öz anasına olan sevgisi) və elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur ( təbii ki şüuraltı olaraq)…Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltısında olur..Nəticə etibarilə hamı potensial xəyanətkar ola bilər.Yəni necə ki bir insanda həm sevinc, həm nifrət həm aqressiya həm kədər hissləri varsa xəyanətkarlıq da var..Amma psixoanaliz bu vəziyyəti tam açıqlayır və bizim bu prosesi öyrənməyimizə yardımçı olur.
Allahverdiyeva Lalə
Psixoloq