Hər kəsin özünə xas şəxsiyyət xüsusiyyətləri var. Bunlar hər kəsi bir-birindən ayırd edən xüsusiyyətlərdir. Birinin necə düşündüyü və davrandığı, problemləri necə həll etdiyi, həyata necə baxdığı, əlaqələrini necə idarə etdiyi, özünü necə qəbul etdiyi kimi xüsusiyyətlər bir araya gələrək şəxsiyyəti meydana gətirir. Şəxsiyyət xüsusiyyətlərin "şəxsiyyət pozuntusu" olması üçün düşüncə və davranış formasının həddindən artıq, elastik olmayan, dəyişməyən və zərər verici olması lazımdır. Şəxsiyyət pozuntusu, insanın həyatında çox böyük problemlər yaşada bilər və ümumiyyətlə, başqalarına və özünə zərər verər.
Paranoid Şəxsiyyət Pozuntusu : Şəxs şübhəçi , güvənsizdir. Ətraf mühitin düşmən , sədaqətsiz olduğunu düşünür. Narahat , qızğın bir rəftar müşahidə edilir. Xəstəliyin yayılma səviyyəsi % 0.5-2.5 dir. Kişilərdə daha çox yayılmışdır. Həyat boyu davam edir. Bəzi hallarda şizofreniyanın qabaqcıl əlamətidir , bəzən də şizofreniya ilə qarışır. İş və evlilik problemlərinə gətirib çıxarır.
Şizoid Şəxsiyyət Pozuntusu: Utancaqlıq ən diqqətə çarpan xüsusiyyətidir . İnsan əlaqələrində qeyri-kafi , qapalı ,soyuq tempramentli insanlardır. Özlərini cəmiyyətdən təcrid etmiş və təkdir hiss edirlər. Pozuntu ümumi cəmiyyətin % 7.5-ində görülür. Qadınlarda daha çox müşahidə edilir. Şizoid şəxsiyyət pozuntusunun başlanğıcı erkən uşaqlıq dövrüdür. Bütün şəxsiyyət pozuntuları kimi , Şizoid şəxsiyyət pozuntusu da uzun müddətlidir , ancaq həyat boyu olması şərt deyil.
Şizotipal Şəxsiyyət Pozuntusu : Qəribə tipli insanlardır. Fərdi düşüncə , qəribə fikirlər , istinad fikirləri , illuziyaları və depressiya Şizotipal insanların rutin dünyasının bir hissəsidir. Cəmiyyətin % 3 qədərində görülür. Şizotipal şəxsiyyət pozuntusunda düşüncə və əlaqə qurma pozulmuşdur. Batil inancları ola bilir və ya gələcəkdən xəbər verə bildiklərini iddia edirlər. Nəticə olaraq cəmiyyə də bu insanlara adaptasiya ola bilmir və uzaqlaşdırır , az yoldaşları olur.
Antisosial Şəxsiyyət Pozuntusu: Antisosial şəxsiyyət pozuntusu olan insanlar davamlı olaraq özünü göstərən cəmiyyət qaydalarını heçə sayma və ya cinayət növündə hərəkətlərə meyilliliklə seçilir. Kişilərdə % 3 , qadınlarda% 1 görülmə ehtimalı var. Pozuntunun başlanğıcı 15 yaşdan əvvəldir. Yalançılıq , məktəbdən qaçma , evdən qaçma , oğurluq , döyüş , maddə istifadəsi və qanuni olmayan fəaliyyətlər uşaqlıq başlanğıcında da olduğu bildirilən tipik xüsusiyyətlərdəndir .
Borderline Şəxsiyyət Pozuntusu : Borderline şəxsiyyət pozuntusu olan xəstələr nevroz və psixoz arasındakı sərhəddədirlər. Qəribə, stabil olmayan affekt , temperament , davranış xüsusiyyəti göstərir. Cəmiyyətin 1-2% qədərində müşahidə edilir. Duyğu burulğanı yaşamaları çox tez-tez yaşanan vəziyyətdir. Həm asılılıq , həm də düşmənlik hiss etdikləri üçün Borderline Şəxsiyyət Pozuntusu olan xəstələr nizamsız əlaqələrə sahibdirlər.
İsterik Şəxsiyyət Pozuntusu: Rəngli , drammatik , asan həyəcanlanan , ünsiyətcil, romantik insanlardır. Uzun müddətli bağlılıq və dərin münasibəti davam etdirmə qabiliyyətinə sahib olmayan kəslərdir. Görülmə sıxlığının cəmiyyətdə 2-3% qədər olduğu müşahidə edilir. Qadınlarda daha çox müşahidə edilir. Daim güvənə biləcəkləri insan axtarışındadılar.
Narsisistik Şəxsiyyət Pozuntusu: Özlərinə həddindən artıq dərəcədə əhəmiyyət vermələri ilə seçilirlər. Onların fəaliyyət göstərdiyi sahədə tayı-bərabəri olmadığını fikirləşmək ilə xarakterizə olunur. Narsistik şəxsiyyət pozuntusunun görülmə sıxlığı % 2-16 dır. Tənqid qaldıra bilmirlər. Tənqidə qarşı həddindən artıq hirslənə bilir və tənqid edən şəxslərdən dərhal uzaqlaşırlar.
Utancaq Şəxsiyyət Pozuntusu : Sosial təcrid olunmaya meyilli,rədd edilməyə həddindən artıq həssaslıq göstərən tərzləri var . Hər hansı bir insanla dostluq üçün böyük istək duyurlar , ancaq utancaq olduqları üçün addım atmırlar . Görülmə sıxlığı% 1-10 arasındadır. Peşə sahələrində utancaq şəxsiyyət pozuntusu olan xəstələr məsuliyyət tələb edən işlər edirlər. Sosial fobiya bu tiplərdə daha çox inkişaf edə bilər.
Obsessiv-Kompulsiv Şəxsiyyət Pozuntusu: Romantik qatılıq , nizamlılıq , ısrarcılık , inadçılıq və qərarsızlıqla səciyyələnir. Pozuntunun əsl xüsusiyyəti mükəmməliyətçilik və uyumsuzluğun israrçı nümunəsidir. Kişilərdə qadınlardan daha çox görülür. Soyuq , uzlaşmağı bacara bilməyən , qərarsızdırlar. Cəmiyyətdə görülmə sıxlığı % 1 dir . Kişilərdə daha çox müşahidə edilə bilər.
Asılı Şəxsiyyət Pozuntusu: Özünə etibarı yoxdur. Qərar vermə məsuliyyətini başqalarına buraxırlar. Təsdiqi itirməkdən qorxurlar , qarşı olsa da susurlar . Hərəkətə özləri başlaya bilmirlər . Tək qalmaqdan qorxurlar. Əlaqələri pozulacaq deyə ehtiyaclarını göz ardı edirlər. Yaxın əlaqələri bitsə yerinə qoymaq üçün təlaşla başqa bir münasibət axtarırlar. Görülmə sıxlığı % 1.5 dir . Qadınlarda daha çox yayılıb. Asılı şəxsiyyət pozuntusu olanlar əvəzi nə olursa olsun ayrıla bilmir və əvəz ödəyirlər. Qohumlarında kişilərdə depressiya , qadınlarda panik atak görülür. Sərhəd və utancaq şəxsiyyət pozuntusu ilə birlikdə müşahid edilir.
Xəzər Universitetinin, psixologiya fakültəsinin II kurs tələbəsi
Əlizadə Nilufər