ERİK ERİKSON

Elmi fəaliyyəti:

A.Freyd və norveç psixoloqu E.Erikson “eqo psixologiyası” konsepsiyasının əsasını qoymuşlar. Bu konsepsiyaya əsasən şəxsiyyət strukturunun əsasında Freyd dediyi kimi şüursuz İd yox, şüurlu Eqo-dur ki, bu da həmişə öz tamlığını və fərdiliyini saxlamağa yönəlmişdir. Eriksonun nəzəriyyəsində uşağın inkişafına onu əhatə edən cəmiyyət, mədəniyyət böyük təsirə malikdir.

Erikson şimali Kaliforniyada və cənubi Dakotada yaşayan hinduların həyatını müşahidə edərkən antropologiya, etnopsixologiya və sosial etologiya haqqında fikirlər irəli sürmüşdü. Bu tədqiqatların nəticələri Eriksonda şəxsiyyət, qrup və etnosların öyrənilməsinə maraq yaratdı. Ikinci Dünya müharibəsi dövründə Erikson Adolf Hitlerin şəxsiyyətinin öyrənməsi onda psixologiyanın tarixinin yaradılmasına stimul yaratmışdır.

Erikson belə fikirləşirdi ki, insan Freyd dediyi kimi 6 il yox, bütün ömrü boyu inkişaf edir. Psixoanalizdəki kimi buna nəinki yaxındakı insanlar, bütün cəmiyyət təsir edir. Bu prosesi erikson fərdiliyin formalaşması prosesi adlandırırdı və qeyd edir ki, burada Eqonun möhkəmliyini və tamlığını qorumaq lazımdır.

Erikson fərdiliyin inkişafında 8 mərhələ ayırmşdı ki, bu mərhələlərdə uşaq bir mərhələdən digərinə keçir və öz şəxsiyyətində əks xüsusiyyətləri formalaşdırır.

Birinci mərhələ – bir yaşına qədər. Bu dövrdə uşaq ancaq yaxın insanlarla, ailə və valideynləri ilə təmasda olur və onda inam və ya inamsızlıq yaranır ki, bu da gələcəkdə onun ünsiyyətcil və ya qapalı olmasını ayırır.

Ikinci mərhələ – bir yaşından üç yaşınadək. Bu dövrdə uşaqda gələcəkdə insanlardan asılı olması və ya müstəqillik hisi yaranır ki, bu da valideynin onun ilk müstəqilliyinə necə münasibət göstərməsindən asılıdır.

Üçüncü mərhələ – üç yaşından altı yaşınadək. Bu dövrdə uşaqda günahkarlıq hissi və ya təşəbbüs göstərmə hissi yaranır ki, bu valideynlərin nə qədər uşağı nəzarət etməsindən asılı olur.

Dördüncü mərhələ – altı yaşından on dörd yaşınadək. Bu dövrdə uşaqda əməksevərlik və ya natamamlıq hissi yaranır. Burada müəllimlər və məktəb böyük rol oynayır. Bu xüsusiyyətlərin inkişafı uşağın necə oxuması, məktəbə və müəllimlərə münasibətindən asılı olacaq.

Beşinci mərhələ – on dörd yaşından iyirmi yaşınadək. Bu dövrdə uşaqda rol təşəbbüsü və ya qeyri müəyyənlik hissi yaranır. Bu mərhələdə yaşıdlarla ünsiyyət, ixtisasın seçilməsi, karyeranın qurulması yəni, gələcək həyatının qurulması baş verir. Burada özünü və qabiliyyətlərini adekvat qavrama əsas rol oynayır.

Altıncı mərhələ – iyirmi yaşından otuz beş yaşınadək. Əks cins ilə yaxın, intim münasibətlərin yaranması ilə bağlıdır. Bu münasibətlərin olamdığı halda insanda qapalılıq hissi yaranır.

Yeddinci mərhələ – otuz beş yaşından altmış-altmış beş yaşınadək. Əsas mərhələlrdən biri olub insanın inkişafa, incəsənətə meylini ya da sakitliyə, stabilliyə meylini müəyyən edir. Bu mərhələdə insana onun işi, maraqları, öz statusu ilə razı olması, uşaqları ilə münasibəti təsir edir. Eriksona görə stabillik istəyi, yenilikdən imtina və ya qorxu insanın inkişaf prosesini dayandırır.

Səkkizinci mərhələ – altmış-altmış beş yaşından sonra başlayır. Bu mərhələdə insan yaşadığı həyatının nəticəsini görür. Onda razılıq, həyatı ilə tamlıq hissi yaranır. Əks halda isə məyusluq hissi, həyatın müxtəlif epizodlardan təşkil olunması hissi yaranır. Bu hiss şəxsiyyət üçün ölümcül hal olub nevrozlaşamaya gətirib çıxarır.

Erikson hər zaman insanın tamlığını qoruyub saxlamasının vacib olmasını söyləyirdi. O qeyd edirdi ki, inamsız uşaqlarda müsbət keyfiyyətlərin məcburi inkişaf etdirilməsi onlara mənfi təsir edə bilər. Öz gücünə inamsızlıq isə onlara adekvat həyat üsulunu tapmağa kömək edə bilər. Eriksonun bu fikirləri praktik psixologiyada fərdi davranış üsulunun korreksiyasında və formalaşdırılmasında kömək edir.

Erikson insanları əhatə edən stabil cəmiyyətə də böyük yer verirdi. Belə ki, insanı əhatə edən sosial normalar, cəmiyyət dəyişdikdə insan həyatının fərdiliyi və tamlığı pozulur.

Hazırlayan; Elnarə Baxışlı, PCC-nin Psixoloqu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat