Elnur Rüstəmov: “Bu, daha çox insan faktoru ilə bağlı bir problemdir”

 

“Ölkədəki intiharların mövcud idarəetmə sistemi ilə əlaqəsi yoxdur”
Elnur Rüstəmov: “Bu, daha çox insan faktoru ilə bağlı bir problemdir”

“Ölkədəki intiharların mövcud idarəetmə sistemi ilə əlaqəsi yoxdur”.

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov bildirib. Ekspertin sözlərinə görə, intihar hər şeydən öncə insan faktoru ilə bağlı problemdir və bu problemin həlli üçün hər bir insan özü səy göstərməlidir:

“Ümumiyyətlə, intiharı işsizliklə, həyat şəraiti ilə bağlamaq bir qədər subyektiv yanaşmadı. Çünki intihar göstəricilərinə görə dünyada Skandinaviya ölkələri birinci yerləri tutur. Hansı ki, orada həyat şəraiti yüksəkdir. Bu, daha çox insan faktoru ilə bağlı bir problemdi. Ümidsizlik, hədəfsizlik, potensialını ifadə edə bilməmək, və s bu kimi faktorlar intihar riskini artırır. Hər bir fərd özünü inkişaf etdirmək istiqamtində çalışmalıdır. Yatırımı özünə etməlidi. Özü nə qədər dəyərli olarsa, yaşamaq eşqi də o insanda daha çox olacaq. Belə olan təqdirdə intihar da azalacaq. Cəmiyyəti bu istiqamətdə maaarifləndirmək problemin həlli istiqamətində çox mühüm bir məqamdır”.


Seymur Əliyev 

http://www.moderator.az/?xeber=44412 

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat