Turetta sindromu

     Turetta sindromunun yaradıcısı fransız həkim və nevropatoloqu Jil de la Turettadır. Turetta sindromu uşaqlıqda başlayan  nevroloji bir narahatlıqdır. Əhalinin 0.05%-ində bu sindroma rast gəlinir. Turetta sindromu daha çox oğlan uşaqlarında müşahidə olunur.

     Turetta sindromu tiklərlə və müəyyən səslərlə xarakterizə olunan bir xəstəlikdir. Adətən göz qırpma, qırtlaq təmizləmə, etiq olmayan ifadələr işlətmək  kimi əlamətləri vardır. Tiklər bəzən ağır da ola bilir.  Hər 100 uşaqdan 1-ində çox sayda motor tik (hərəkətlər) və vokal tik (səslər) müşahidə olunur və illərlə davam edilə bilir.

    Turetta sindromundan əziyyət çəkən uşaqlarda aqressivlik, diqqət çatışmazlığı və hiperaktivlik müşahidə olunur.

    Turetta sindromunun əsas səbəbi  genetik meyillilikdir.  Bundan başqa bu sindrom neyroleptiklər kimi müxtəlif dərman preparatlarının qəbulundan sonra da yarana bilər.

     Müalicəsi dərman və ya psixoterapiya ilə mümkündür.

     Turetta sindromundan əziyyət çəkən məşhurlar- Omadey Mozart, Dr Samuel Johnson, Michael Wolff, David Beckham, Marc Summers.

Xəzər Universitetinin psixologiya fakültəsinin II kurs tələbəsi 

Əsədova Fəridə 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat