Röyalar psixologiyada , şəxsin yuxuda olan zaman yaşadığı hər cür görüntü, duyğu və düşüncə olaraq izah olunur. Niyə yuxu görürük və necə yuxu gördüyümüz mövzusunda hələ dəqiq bir elmi sübut olmasa da bu mövzuda bir çox önəmli fikirlər var. Ziqmund Freydin Röya haqqındakı düşüncələri də Psixologiyada çox vacib yerleərdən birini tutur. Freyd, röyaların məzmununun arzuladığımız şeylərlə əlaqəli olduğuna və röyalarımızın şüuraltından gələn düşüncə, davranış və arzularla ortaya çıxdığına inanırdı. Freyd , “RÖYALARIN ŞƏRHİ” kitabında röyaları 2 yerə ayırır:
1.Açıq məzmunlu röyalar: Röyalardakı gerçək düşüncə, məzmun və görüntülər.
2.Gizli məzmunlu röyalar: Röyalarda gizlənmiş psixoloji mənalar. Röyalarda gizlənmiş psixoloji mənaları Freyd 5 bölmədə incələyir:
- Yer dəyişdirmə: Arzu edilən şeyin bir varlıq ya da başqa bir şəxs tərəfindən təmsil edilməsi.
- Əks etdirmə: Röyanı görənin arzu və istəklərinin röyada başqa bir şəxsə yüklənməsi.
- Simvollaşdırma: Basdırılan davranış və arzuların röyada metaforalar şəklində orataya çıxması.
- Sıxlaşma: Mənasının izah edilməsi çətin olan bir düşüncəyə ya da görüntüyə bir çox məna yüklənməsi.
- İkincili revizyon: Bir-biri ilə əlaqəli olmayan işçilərin bir araya gələrək mənalı bir röya meydana gətirdiyi röyalar.
Ziqmund Freydə görə röyalarda ən çox rast gəlinən mövzular aşağıdakılardır. Və Freyd onların mənasını öz yanaşması ilə belə izah edirdi:
1.Hazırlaşmadığınız bir imtahana girmək:
Bu tip röya onu görən şəxsin birbaşa özü ilə əlaqəlidi. Məsələn: bir aktyor, sözlərini xatırlamadığı ya da ssenaridəki yazıları oxuya bilmədiyini yuxuda görə bilər. Bu növ röyalar insanın özünü müdafiəsiz hiss etməsi ilə əlaqəlidir.
2.İnsanların çox olduqları məkanlarda uyğun olmayan bir geyimdə gəzmək:
Bu tip röyalar utancaqlıq və ya kövrəklik hissləriylə əlaqəlidir.
3.Röyada kimisə qovmaq və ya kiminsə sizi qovması:
Bu tip röyalar adətən uşaqlarda tez-tez rast gəlinir. Balaca olduqları üçün kimlərinsə onları incidəcəyindən qorxduqları üçün belə röyalar görə bilərlər. Böyüklərdə isə bu röyalar, röyanı görənin stress altında olduğuna bir işarədir.
4. Yıxılmaq:
Yıxılmaq, hazırki vəziyyətinizdən hədsiz dərəcədə bezmiş olduğunuzu, yorulduğunuzu və artıq nəzarət etməyə çətinlik çəkdiyinizi ifadə edir.
5.Yolda itmək:
Bu tip röya, adətən şəxsin bir şeylər əldə etməyə ya da bir yol tapmağa çalışdığını və bunu necə edəcəyindən əmin olmadığını izah edir.
6.Bir dişini itirmək:
Bu röya, bir münasibətdə duyulmadığını və ya görülmədiyini hiss etməyi ya da qəzəb duyğularını ifadə edər.
7.Təbii fəlakətlər:
Bu röya, şəxsi problemlərdən çox yorulmuş olmağı və hadisələrin artıq nəzarətdən çıxdığı duyğusunu ifadə edər.
8.Uçmaq:
Hansısa bir vəziyyətdən qurtulmaq, qaçmaq,azad olmaq arzularının ifadəsidir.
9.Ölmək ya da yaralanmaq:
Bu röya, röyanı görən şəxsin həyatında artıq yaxşı olmayan və sona yaxınlaşan bir şəxsi münasibətin olduğunu ifadə edər.
10.Maşının idarəsini itirmək:
Bu tip bir röya, stress və ya qorxu içində olduğunuza bir işarədir.
P.s:
Biz yatan zaman yuxuda oluruq.Yuxu zamanı gördüklərimiz isə röya adlanır.Yəni bizim öyrəşdiyimiz və çox işlətdiyimiz “yuxu görmək” termini əslində “röya görmək”di.Ona görə də məqaləni yazarkən bu termindən istifadə etdim.
Həkim-pediatr,psixoterapevt
Cəmalə Əlirzayeva