İnsan təbiəti gərəyi itirməkdən və uduzmaqdan xoşlanan bir varlıq deyil. Lakin hər birimiz həyatımızda saysız dəfə itirmənin verdiyi ağrını yaşamışıq . Əlbəttə mərcə girməkdən itirməklə qızıl kəmər boks matçında itirmənin arasında bir fərq vardır. Bir saat ərzində zərbə yedikdən sonra ünvanınızı da itirirsiniz üstəlik düşünməsi belə pis. Söz mövzusu şahmat olduğunda itirmək heç də öhdəsindən asan gəlinə biləcək bir iş deyil . Bir şahmat matçında taxtada döyüşən atlar və ya qalalar deyil çox vaxt. Oyunçuların eqoları , iradələri və zəkaları da toqquşar bir-biriylə . Bu üzdəndir ki təcrübəsiz oyunçular itirdikləri bir matçdan sonra özlərini yıxılmış hiss edərlər : eqoları sarsılmış , zəka və yaradıcılıqları sinifdə qalmışdır. Həqiqətdə , bir şahmat oyununda itirməyə zəmin meydana gətirən onlarla faktor sayıla bilər ; təcrübə , bilik , konsentrasiya , gərginlik , yuxusuzluq , xəstəlik , yorğunluq , psixoloji ünsürlər vs. Psixoloji ünsürlərin böyük usta səviyyəsində belə nə qədər əhəmiyyətli olduğunu görürük. Məsələn :Tal , Korchnoi və Kereş arasında dəyişik bir əlaqə var. Tal Keres’i əzici bir üstünlüklə məğlub edərkən Korchnoi’a sıxlıqla uduzur ; Keres isə Korchnoj’u davamlı sinir böhranlarına salırdı. Hər üçü də çox qüvvətli ustalardı şübhəsiz; yaxşı bu psixoloji üstünlüyü necə şərh edək ? Idmanda bir məğlubiyyəti necə qarşılayacağımız son dərəcə əhəmiyyətlidir. Saatlarla davam edən bir matçdan çıxan idmançı həm fiziki həm də ruhi olaraq son dərəcə yorğun haldadır. Məğlubiyyətə bir bəhanə uydurmaq ilk müraciət edilən çarədir Turnir salonundan məğlub ayrılan bir idmançının daxili səsi ; ” itirdim. Artıq sakitləşməliyəm . İndi isə bir şeylər öyrənmək lazımdır” olduğunda bu idmançı üçün inkişaf və tərəqqi başlamış deməkdir. Köhnə Dünya Çempionlarında Mixail Botvinnik itirilən matçların analizinin oyunçunun inkişafında nə qədər əhəmiyyətli rol oynadığını sıxlıqla ifadə etmişdir. Hətta öz dövrünün gənc və qabiliyyətli oyunçusu Ljubomir Ljubojević’i sərt bir şəkildə danladığı da məlumdur “Səndən əsla böyük bir oyunçu olmayacaq çünki öz oyunlarını analiz etmirsən , öz oyunlarını analiz etməzsən zəif istiqamətlərini kəşf edə bilməzsən Öz oyunlarımızı araşdırmaq əyləncəlidir . Oynadığımız variant bir böyük usta tərəfindən qırx il əvvəl oynandığını gördüyümüzdə özümüzü universal şahmat mədəniyyətinin bir parçası hiss edərik. Şah cinahında bir hücum başladığımızı ya da rəqibin hucumlarını vecimizə almadığımızı həmişə bu analizlər əsnasında kəşf edərik Bir digər əyləncə isə idmançının öz özünə lağ etməsidir; “nə gündə oynamışam F4′ü , insan Şh1 oynayar əvvəl ,!” . Eyni zamanda bu yanaşma sayəsində idmançı itirdiyi matçın yaratdığı mənfilikləri də minimuma endirmiş olacaq. Şahmatın tükənmək bilməyən bir dərya dəniz olduğunu xatırlamaqda fayda var. Müvəffəqiyyəti tutmaq üçün davamlı məlumatımızı artırmalı və keçmiş təcrübələrimizdən dərslər çıxarmalıyıq. Qazandığımız oyunlardan sonra təbrik etmək adətimizdir . Hər matç etinayla araşdırılmalıdır ancaq itirilən matçlar idmançı tərəfindən çox daha çox sayılacaq və ağılda qalıcı dərslər çıxaracağımıza köməkçi olacaq. Ernest Hemingway “İnsanoğlu məğlub edilmək üçün yaradılmamışdır , insanlar nəyisə məhv edərlər amma məğlub edilməzlər! ” Deyər bir romanında . Itirərkən qazanmanın həyat boyu istifadə edə biləcəyiniz bir həyat strategiyası olması diləyiylə ..
İzzət Rəhimli
Şahmat üzrə iki qat Azərbaycan Çempionu, Narınc-UPM-nin şahmat müəllimi.