Ailədə bacı və qardaş qısqanclığı

\"www.pcc.az\"Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında  öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.

Bu qısqanclıq növündə, uşaq ümumiyyətlə təcavüzkar şəkildə davranır. Özündən kiçik bacı və ya qardaşına vurma, dişləmə, oyuncaqlarını gizlətmə və ya sındırma sıx rast gəlinən davranışlardır. Bu növ qısqanclığın nəticəsi olaraq böyük uşaqda görülə biləcək iməkləmə ,körpə kimi danışma, əmziklə bəslənməyə qayıtma, altını islatma, dırnaq yemə, barmaq əmmə və s. kimi körpələşmə və geriləmə əlamətləri yaranır. Bu səbəblə, ana və atanın körpə dünyaya gəlmədən, uşaqlarını bu mövzuda hazırlamaları, doğum sonrası körpəni (bəslənmə, təmizlik, geyim kimi) idarəli bir şəkildə böyük uşağa tapşırmaları ən uyğun həll yoludur. Bununla birlikdə yeni körpənin hamiləlik zamanında uşağa yeni bir qız ya da oğlan olacağını və onunla oynaya biləcəyini söyləmək hər vaxt qısqanclığı aradan qaldırmaz, lakin qısqanclıq duyğusunu artıra bilər. Nəzərə almaq lazımdır ki, kiçik bir uşaq, bu hadisənin həyatına gətirəcəyi dəyişiklikləri qəbul edəcək qədər yetkinləşmiş və təcrübəli deyildir.

Qardaş-bacı qısqanclığını necə aydınlaşdırmaq olar?

Əvvəlcə bu duyğunun haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Siz ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləyirsiniz. Qarşılığında daha yorğun bir ana, ona artıq daha da az nazı ilə oynayan qonşular, daha az əlaqədar bir ata təqdim edirsiniz. Eyni şərtlər sizə də təqdim olunsa idi siz də bu dəyişiklikdən narahat olardınız. Üstəlik uşaqlarımız duyğularını bizim qədər müvəffəqiyyətli bir şəkildə tanımır və ifadə edə bilmirlər. Onların nə hiss etdiklərini təyin edin və haqq verdiyinizi göstərin. Onunla daha çox ünsiyyət qurun və ünsiyyətinizdə daha çox bu kimi sözlərdən istifadə edin:

“Bilirəm şirinim səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir.”
“Balaca qardaşın (bacın) nə qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə çoxlu oyunlar oynayacaqlar.
Bəzən böyük uşaq körpə çox ağlayanda sizin ona əsəbləşdiyinizin, hirsləndiyinizin şahidi olur. Bunun üçün də açiqlama verməlisiz ki, bu normal bir haldır amma balacanın nə qədər möhtac və çarəsiz olduğunu görüncə hirsinizin keçdiyini bilmək uşağınızın duyğularıyla necə idarə edəcəyi istiqamətində köməkçi olacaq. Ayrıca bənzər duyğuları sizin də hiss etdiyinizi bilmək uşağınızın günahkarlıq duyğularını azaldacaq….

 

Qələndərova Könül

PCC – nin uşaq psixoloqu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat