Uşaqlar müəyyən yaşa çatdıqdan sonra dil açmağa yeni sözlər söyləməyə başlayırlar. Bəzi uşaqlarda isə bu problem yaradır və özlərini ifadə edə bilmirlər. Sözləri tam deməkdə çətinlik çəkirlər.Nitqlərində hecalar arasında uzun məsafələr yaranır.Bələ vəziyyətlə qarşılaşdıqda mütləq mütəxəssislə əlaqə saxlamaq lazımdır.
Kəkələmək nədir?
Kəkələmək; danışmanın axıcılığı və ritminin, dayanmalar, təkrarlar, uzatmalarla və çox vaxt bunlara yoldaşlıq edən bədən hərəkətləri ilə kəsilməsidir. Kəkələmənin miqdarı və şiddəti, fərqli mühitlərdə, gündən-günə, hətta eyni gün içərisində belə dəyişə bilər.
Kəkələmənin Əlamətləri Nələrdir?
Səs, heca və ya söz təkrarları (Qqq-qələm aldım / Mən-mən-mən gəldim.)
Səs uzatmaları (aaaaana / sssssənin)
Şişirdilmiş üz və bədən hərəkətləri (ayaqları yerə vurma, qaş qaldırma, burun qanadlarının hərəkət etməsi, göz yumma, göz qırpma, qolların həddindən artıq hərəkət etməsi, başını yelləmə, dodaqları büzmə, dil və dodaqlarda titrəmə, şişirdilmiş ağız, çənə hərəkətləri və s.)
Nizamsız nəfəs alma. Danışarkən nəfəs almağa çalışma.
Danışmaqdan qaçınma.
Bir şeyi söyləyərkən mövzunu dəyişdirmə ya da danışmaqdan imtina etmə.
Cəmiyyətdə %3 nisbətində görülməkdədir. Uşaqlarda ümumilikdə ailədəki daha balaca uşaqlarda görülür.Oğlan uşaqlarında qızlara görə 3-4 qat daha çox rast gəlinir.Rast gəlinmə yaş aralığı 2-7 yaş olub, ortalama başlanğıc yaşı 5 yaş ətrafıdır.
Cəmiyyətdə məşhur olan fikirlərdən biri kəkəməliyin genetik olmasıdır. Bir uşağın ana ya da ata tərəfindəki qohumlarından hər hansı birində kəkələməlik varsa, o uşağın kəkələmə ehtimalı təxminən % 40-60 nisbətində daha çoxdur. Ancaq, ailəsində heç kəkələməlik olmayan kəkələyən fərdlər də var. Bu səbəbdən kəkəməliyin yalnız genetik səbəblərdən qaynaqlandığı fikri doğru deyil. Bundan başqa birinci dərəcə qohumlarında kəkələməlik olan bir çox adamda kəkələməlik görülmür.
Kəkələyən uşaqlarla necə davranmalıyıq?
Səbirli olun: Kəkələyən uşağın söylədiyini düzəltmək düz deyil. Hər şeydən öncə onu dinləmək lazımdır.Səbrli olmaq lazımdır. Sözlərinin kəsilməməli ya da doğrusu belədir deyə xəbərdarlıq edilməməlidir.
Stressi azaldın: Kəkələmə problemi olan uşaqların ailələri ümumilikdə biraz nəzarətcil və avtoritar ola bilərlər. Belə vəziyyətdə uşaqlara təzyiq etmək düz deyil. Uşağa bir az sərbəstlik verilməlidir.
Kəkələyən uşağı lağa qoymaq onunla nitqinə görə zarafat etmək olmaz. Belə vəziyyətdə uşaq özünü dəyərsiz hesab edəcək.Bu da uşaqlarda stressi artıra bilər. Əsasən uşağın yaxın mühitindəki insanlar bu mövzuda anlayışlı olmalıdırlar.
Kəkələmənin artdığı Vəziyyətlər:
Telefonda, cəmiyyətdə, çox adam olan yerlərdə çıxış, birinin adını çağırma, adı soruşulduğunda cavab vermə, zaman təzyiqi altında olma, gözlənilməz bir vəziyyətlə qarşılaşma, yeni insanlarla tanış olma, yeni bir şey söyləmək vəziyyətində qalma.
Kəkələməyin azaldığı Vəziyyətlər:
Mahnı oxuma, xorda oxuma, pıçıltıyla danışma, kiçik uşaqlarla danışma, yüksək səs-küyün təsiri altında çıxış, monoton danışma, ritm tutaraq danışma. Bu kimi vəziyyətlərdə kəkələmənin azaldığı müşahidə olunur.
Kəkələyən uşağın rəqs və musiqi ilə məşğul olması çox xeyirlidir. Nəğmə dərsləri zamanı uşaq düzgün nəfəs almağı öyrənir, bu isə kəkələyən uşaq üçün çox vacibdir.
Ümumiyyətlə ailə uşağın danışığında bir problem olduğunu gördükdə laqeyd yanaşılmamalıdır. Vaxtında bir mütəxəssisə, uşaq psixoloquna müraciət etməlidirlər. Müalicədə ən effektiv üsul uşaqla ünsiyyətdir. Uşaq nə qədər çox ünsiyyətdə olsa problemin həll olunması o qədər tez reallaşar.
Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi
Aysel Məmmədzadə