Minimal beyin disfunksiyası

Bu termin rəsmi surətdə uşaq nevrologiyası problemlərinin öyrənilməsi üzrə Oksford Beynəlxalq Qrupu tərəfindən 1962-ci ildə istifadəyə verilmişdir.Bu termin altında uşaqlarda oyanıqlığın artması,emosional qeyri-labillik,zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları,qavramanın pozğunluğu,diqqətsizlik,davranışdakı çətinliklər,təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir.Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi,yarımçıq doğulma,erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı zədələnməsindən meydana çıxan simptomokomplekslərdir.

Uşaqlarda beynin funksional sisteminin inkişaf tempində ləngimə müşahidə olunur.Ümumi intellektual inkişaf norma və subnorma həddində olur,lakin uşaqların məktəbdə oxuması və sosial adaptasiyasında çətinliklər yaranır.Minimal beyin disfunksiyası uşaq yaşlarının nevroloji pozğunluqlarının ən geniş yayılmış formasıdır (100 uşaqdan 20-30).Ən çox oğlan uşaqlarında rast gəlinir.Ailə modelini təhlil etdikdə genetik faktorların da rolu olduğu görülür.

Minimal beyin disfunksiyası baş beynin erkən,lokal zədələnməsi kimi qiymətləndirilir,həmçinin disontogenezin xüsusi forması olub,ali psixi funksiyaların ayrı-ayrı hissələrinin yaşa görə formalaşmasının ləngiməsi ilə xarakterizə olunur.Nəzərə almaq lazımdır ki,mürəkkəb funksional sistem kimi ali psixi funksiyalar beyin qabığının məhdud bir sahəsində və yaxud izolə olunmuş hüceyrə qrupunda lokalizə oluna bilməz.Əksinə,birgə fəaliyyət göstərən zonanı özündə birləşdirən mürəkkəb bir sistemdir.Ali psixi fəaliyyət tamamilə müxtəlif bəzən beynin bir-birindən uzaq hissələrini əlaqələndirir.

Ocaqlı zədələnmə nəticəsində beyin yarımkürəsinin bu və ya digər hissəsinin disfunksiyası və ya inkişafının ləngiməsi yazı vərdişinin (disqrafiya),oxumanın (disleksiya),saymanın (diskalkuliya) pozulması şəklində özünü göstərir.Bu pozğunluqlar bəzən ayrı-ayrılıqda,bəzən də əlaqəli şəkildə təzahür edir.Bu vəziyyətlərin anamnezində nitq inkişafının pozğunluğu qeyd olunur.Neyropsixoloji metodların tətbiqi ilə bu uşaqların analizində mərkəzi sinir sisteminin ocaqlı zədələnməsinin lokalizasiyası və pozğunluğun xarakteri arasında əlaqəni müəyyənləşdirmək olur.Davranış pozğunluğu ilə yanaşı belə uşaqlarda qavrama,görmə və eşitmə qnozisinin pozğunluğu baş verir.Belə uşaqların nevroloji statusunda rezidual orqanik xarakterli yüngül ocaqlı diffuz simptomatika aşkar olunur ki,bu da hərəkətin koordinasiyasına nəzarətin pozulması ilə özünü göstərir.

Anamnezin öyrənilməsi göstərir ki,minimal beyin disfunksiyası olan uşaqların əksəriyyətində yeni doğulmuş dövrdə sinir reflektor oyanıqlığın yüksəlməsi,ümumi narahatlıq,yuxu və iştahanın pozğunluğu,tez-tez qaytarma,çənə və əllərin əsməsi,diksinmə (start refleksin yüksəlməsi) müşahidə olunur.Bu simptomlar əzələ tonusunun dəyişilməsi,anizorefleksiya,yeni doğulmuşun şərtsiz reflekslərinin reduksiyasının ciddi ləngiməsi ilə müşayiət olunur ki bu da "perinatal ensefalopatiya" diaqnozu qoymağa əsas verir və ya tamamilə səhv olaraq hipertenzion-hidrosefal sindrom kimi qiymətləndirilir.

Bir yaşdan üç yaşa qədər tez-tez oyanıqlığın artması,hərəki narahatlıq,yuxu və iştahanın pozğunluğu,çəki artımının ləngiməsi,psixonitq və motor inkişafının ləngiməsi müşahidə olunur.Üç yaşda motor qeyri-dəqiqlik,diqqətsizlik,hərəki hiperaktivlik,impulsivlik,tərslik və neqativizm diqqəti cəlb edir.Bu yaşda uşaqlarda artıq enurez və enkoprezin ilk əlamətləri müşahidə olunur.Tez-tez immunitetin pozğunluğu,tez-tez xəstələnmə,yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri (tonzillit),dəri (ekustativ diatez,neyrodermit) və mədə-bağırsaq pozğunluqları (qastroduodenik,öd yollarının diskineziyası) müşahidə olunur.

Minimal beyin disfunksiyasının böyük yaşlarda meydana çıxması xüsusi kliniki polimorfizm və simptomlar toplusunun müxtəlifliyi ilə fərqlənir.Simptomların meydana çıxması uşağın bağçaya getdiyi günə (3 yaşa) və ya məktəb yaşa (6-7 yaşa) təsadüf edir.Bu qanunauyğunluq mərkəzi sinir sisteminin yeni psixi və fiziki gərginliyin artması ilə əlaqədar mərkəzi sinir sisteminin yeni tələbatlara uyğunlaşa bilməməsi ilə əlaqədardır.Minimal beyin disfunksiyasının kritik dövrü uşağın psixi nitq inkişafı dövrünə aiddir.Bu dövr 1-2 yaşı əhatə edir.Bu vaxt beyin qabığının nitq sahəsinin fəallaşması və nitq vərdişinin formalaşması aktivləşir.Əlverişsiz faktorların bu dövrdə təsiri nitq inkişafının ləngiməsinə səbəb olur.İkinci kritik dövr 3 yaşı əhatə edir.Bu dövrdə uşaqda fəal işlədilən söz ehtiyatı artır,frazalı nitq təkmilləşir,diqqət və yaddaş aktiv inkişaf edir.Psixi yükləmənin bu dövrdə artması davranışının tərslik,neqativizm,sözə baxmamaq şəklində pozulmasına həmçinin psixonitq inkişafdan qalmaya və nevrotik pozğunluqlara səbəb olur.Üçüncü kritik dövr 6-7 yaşı əhatə edir.Bu dövr yazılı nitqin inkişafın etdiyi dövrə təsadüf edir.Bu dövrdə uşaqlarda akademik vərdişlərin formalaşmasının pozğunluğu və davranış problemləri meydana çıxır və yüksək tezlikdə travmatizasiyaya səbəb olur.Psixoloji xarakterin çətinliyi vegetativ damar distoniyası şəklində psixosomatik pozğunluqla müşahidə olunur.

Yeniyetməlik dövründə davranış pozğunluğu,aqressivlik,ailə və məktəbdə ünsiyyətin çətinliyi,tədrisin mənimsənilməsini çətinliyi meydana çıxır.Belə yeniyetmələrə avtoritet davranışı formalaşmamış və məsuliyyətsiz davranış,ailə və cəmiyyət qanunlarına riayət etmənin pozulması və əsas da peşə seçilməsi əhəmiyyətli dərəcədə çətin olur.Onları alkoqol və narkotik qəbulu cəlb edir.Ona görə də minimal beyin disfunksiyasını vaxtında aşkar etmək,əlamətləri dərinləşmədən müalicə etməyə çalışmaq lazımdır.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi 

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat