QİDALANMA POZUNTULARI

Anoreksiya nevrozu,çox kilolu olma qorxusundan ötəri ola bildiyincə az yemək yemə xəstəliyinə deyilir. Bu xəstəlik ümumiyyətlə,yeniyetməlik dövründə,nadir olaraq da yetkin çağında başlayır. Həddindən artıq arıqlamaq tutqunu hər adamda meydana gələ bilər. Bu vəziyyət ümumiyyətlə, insanın çox şişmanladığı məntiqiylə şişirdilmiş bir şəkildə rejim tətbiqi ilə başlayır,əvvəllər idarə edilə bilən iştah bir müddət sonra yox olur və zəifləmə normal ölçüləri aşır.Dövrün xəstəliyi olaraq adlandırılan qidalanma pozuntusu sindromu olan ‘Anorexia nervosa’, yalnız gənc qızlarda deyil, artıq kişilərdə də görülür.

Diaqnostik kriteriyalar:

-Şəxsin normal kilosunu qəbul etməməsi

-Çəki almaqdan və şişmanlamaqdan həddindən artıq qorxu duyma

-Bədən quruluşunda patologiyanın müşahidə edilməsi

-Ən az 3 ay regl görməməsi

-Halsızlıq,nəfəs darlığı,konsentrasiya pozuntuları

-Dəri quruluğu

Bulimiya nevrozu və ya qısaca bulimiya bir qida pozuntusudur.Bulimik atak əsnasında normal insanlardan çox yeyir.Bu artıq qidalanma vəziyyətini isə ümumiyyətlə,öz başına qaldığında reallaşdırmağa çalışır.Atak olduğu təqdirdə gələn bu nəzarətsiz vəziyyət əsnasında artıq yediklərindən kilo almalarına maneə törətmək üçün; qusma, uyğun olmayan bir şəkildə laksatif, imalə,sidikqovucu və ya digər dərmanların istifadəsi,ağır məşq kimi yollara müraciət edərlər.

Diaqnostik kriteriyalar:

• Təkrarlanan yemə zamanı tıxanma epizodları

• Yemə kontrolunun qalxması

• Çəki almaqdan qorunmaq üçün qusma epizodlarının reallaşması

• Məşq etmək və yemək yeməmə kimi həllərə müraciət

• Bədəninin forması və ağırlığından təsirlənmə

Qidalanma pozuntularının səbəbləri:

Bulimiya yeməkdən çox dərin psixoloji məsələlər və sıx bir kontrolsuzluq duyğusu səbəbindən meydana gəlməkdədir.İnsanların bu yemə-çıxarması psixoloji problemləri həll edə bilməyəcəklərini düşünmələrindən və kilo kompleksləri olmasından da qaynaqlanır.Qusduqdan sonra özlərini rahat hiss edəcəklərindən mütəfəkkirlər və bilərək çox yeməyə başlayırlar.Düşünürlər ki,onsuz da yedikdən sonra qusacaqlar.Bulimiklərin özlərinə etibarlarını itirmiş kəslər olduqları da unudulmamalıdır. Özlərini bədən ölçüləriylə sübut etməyə və sevdirməyə çalışırlar.Nə qədər zəif olsalar,o qədər təqdir ediləcəkləri düşüncəsi ilə yaşayırlar.Ailə həyatı,iş həyatı,xüsusi həyatla əlaqədar problemlər mütləq nəzarət edilməli və problemlərin həlli təmin edilməlidir. Bu vəziyyətdə medianın təsiri də olduqca böyükdür.Qəzetlərdə,jurnallarda təsdiqlənən qadın imicinin xüsusilə zəif qadınlardan meydana gəlməsi yeniyetməlik çağındakı qızların səhv yönlənməsini təmin etməkdədir.

Bulimiya nevrozunun mümkün nəticələri:

• Ürək çatmazlığı,aritmiya,dişlərdə aşınma və çürük,reflüks,yumurtalıqların polikistoz sindromu,qida borusunda iltihab,laksatif asılılığı,Peptik xoralar və pankreatit,potensial olaraq ölüm.

HƏR İKİ POZĞUNLUQDA DA ERKƏN DİAQNOZ VƏ MÜDAXİLƏ HƏYATİ ƏHƏMİYYƏT KƏSB EDİR.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat