POZİTİV DÜŞÜNCƏ

Əgər iş həyatınızda (və şəxsi həyatınızda) daha müvəffəqiyyətli olmanıza kömək etməsi üçün bu il bir kitab oxuyacaqsınızsa, bu kitab, iş həyatında Müsbət düşüncənin gücü olmalıdır. Ventrella, iyirmi birinci əsrin İş dünyasından qarşılaşılan çətinliklərin öhdəsindən gəlinə bilməsi üçün Norman Vincent Peale’in müsbət düşünmə prinsiplərini, uyğunlaşdıraraq təqdirə sayan bir iş etmişdir. Scott Ventrella bizə, özümüzü məhdudlaşdırdığımız fərdi şübhələrimizi necə bir kənara buraxa biləcəyimizi və bir insan olaraq potensialımızı ən irəli səviyyədə istifadə edə bilmək üçün doğuşdan bizdə mövcud olan qabiliyyətimizi necə inkişaf etdirəcəyəimizi göstərir.

Əgər həyatınızı yaxşılaşdıra biləcəyinizi düşünürsünüzsə, yaxşılaşa bilər. Əgər qısılıb qaldığınızı düşünürsünüzsə və bu averaj altında bir həyat isə, yəqin ki, orada qalacaqsınız. Buna görə müvəffəqiyyətli bir həyata doğru gedən yolda, düşüncələrinizi bir üst səviyyəyə keçirmək istəyəcəksiniz. Bir dəfə bunu etdikdə, digər hər şey özbaşına yerinə oturacaq. Hər şey bir kənara, düşüncələriniz davranışlarınıza, davranışlarınız vərdişlərinizə və vərdişləriniz həyatınızı yaratmağa liderlik edəcək. O zaman, bir sonrakı çətin mübarizənizdə nə düşünəcəksiniz? Çünki düşündükdən sonra edəcəksiniz. Düşüncələrinizi öz tərəfinizə çəkdiyinizdə, potensialınızı görüb heyrətlər içində qalacaqsınız.

Müsbət düşüncənin on xüsusiyyəti sizi möcüzə nəticələrə apara bilər. Düşüncə, maqnitdir və frekansları var. Siz düşünərkən düşüncələriniz Kainata yayılır və maqnetik gücləriylə eyni dalğadakı bütün bənzərlikləri maqnit kimi çəkir. Göndərilən hər şey qaynağına geri dönər. Və Siz o qaynaqsınız.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat