Emosional-psixi sferada dəyişikliklər. Epileptik status. (Epilepsiya haləti)

www.pcc.azEpileptik proses üçün özünü aparmağı bacarma və psixikanın spesifik dəyişiklikləri səciyyəvidir.Onlar punktual, metodik, xırdaçı, pedantik olur və bu da uşaq yaşı üçün səciyyəvi sayılmır. Gündəlik iş (hərəkət, fəaliyyət) sxemindən kənara çıxma və ya onu icra etməyə maneçilik, coşğun təcavüzkarlıq və ya etiraz partlayışına səbəb ola bilər. Uşaqda zəhlətökənlik, yaltaqlıq, şitlik və qəzəblilik müşahidə olunur. Psixi fəaliyyətin passivliyi bir tərəfdən emosional dəyişkənlik, affektiv partlayışa meyillik digər tərəfdən isə xəstələrdə distrofiya müşahidə olunur. Qəmli, təlaşlı əhval-ruhiyyə, ətrafdakılara laqeydlik, şübhəli münasibət və eyni zamanda tez isinişmək üstün olur. Onlar məktəbdə səliqəlilik və pedantlıq sayəsində tapşırıqları vaxtında yerinə yetirə bilir, lakin bir fənndən digərinə çətinliklə keçirlər. Proses şiddətləndikdə epileptik ağıl zəifliyi (xüsusən epilepsiya kiçik yaşlardan başlandıqda) başlanır, eyforiya (kefcillik), ifrat hərəkətlilik müşahidə olunur. Epilepsiya halətinə düşmüş xəstədə paroksizmlər şiddətli surətdə artır, tutmaların bir-birinin ardınca başlanması da az rast gəlinmir. Epileptik status zamanı hər qabaqkı tutma sonrakının başlanmasını asanlaşdırır, onu hazırlayır.Xəstənin statusdan çıxarılması nə qədər daimi olursa,tutmalar arasındakı fasilələr də bir o qədər qısa olur və qıclıq daha ağır gedir. Epilepsiya halında ikən tutmalararası dövrdə huş pozulmuş vəziyyətdə qalır. Epileptik status xəstəliyin ən ağır formasıdır və onun ölümlə qurtarması da çox rast gəlinir.

Bu zaman getdikcə şiddətlənən hemo və likvorodinamik dəyişikliklər müşahidə olunur, beyində ödem və şişmə başlanır. Statusu işə salıcı mexanizm pəhrizin və rejimin pozulması, qıclıq əleyhinə preparatların qəbulunda yol verilmiş səhvlər, interkurrent xəstəliklər, hipertermiya, intoksikasiya və s. nəticəsində fəaliyyətlənə bilər. Qan və likvor dövranının pozulmaları beyində ödem, qıcolma törədir, qıcolma isə beyində hipoksiyanı və hiperemiyanı artırır, mübadilə dəyişikliklərini şiddətləndirir, beləliklə də beyində ödem və şişmənin davam etməsinə, artmasına şərait yaradır.Bu zaman turşu-qələvi müvazinətinin asidoza doğru davamlı dəyişiklikləri müşahidə olunur.
Xəstə komatoz vəziyyətə düşür, beyində ödem şiddətlənir, vətər reflekslərinin tutmalarası vaxtda tənəzzülü, ümumi əzələ hipotoniyası qeyd olunur. Bəbəklər şiddətli daralır, bəzən genəlir, keçib gedən anizokoriya, bəzən göz atmalarının “üzücü” hərəkətləri, aşkar aralanan şaquli Hertviq-Majandi çəpgözlüyü (beyin kötüyünün oral şöbəsinin basılması) müşahidə olunur. Beyində şiddətli ödem və şişmə zamanı uzunsov, beyindəki həyat üçün əhəmiyyətli mərkəzlər sıxıla bilir ki, bu da taxikardiyanın bradikardiyaya keçməsi, tənəffüsün və nəbzin aritmiyası ilə təzahür edir. Epileptik statusdan xəstəni tez çıxarmaq mümkün olmayanda beyincik badamları böyük ənsə dəliyinə sıxışır, bu da ürəyin və tənəffüsün dayanmasına səbəb olur.
Uşaqda febril (qızdırma) qıclıq temperaturun yüksəldiyi dövrdə olur və paroksizmlər yaşca meyllikdən irəli gəlir.Febril qıclıqlar bəzən uşaq böyüdükcə yox olur. Bəzən uşaq yaşa dolduqca tezləşir və qızdırmasız da başlanır. 5 yaşdan böyük xəstə uşaqların bir hissəsində epileptik xəstəliyin debutu febril qıclıq kimi gedir.
 
Nərmin Quliyeva
Xəzər Universiteti
Psixologiya fakültəsinin II kurs tələbəsi
Psixologiya və Konsultasiya Mərkəzi

 

LOGİN

 Email
 Parol
Qeydiyyat