YENİYETMƏLİKDƏ DEPRESSİYA

Uşaqlıq mərhələsindən gənclik mərhələsinə olan keçidi yeniyetməlik dövrü olaraq adlandıra bilərik. Bu dövrdə uşaqda fiziki, psixoloji, duyğu ve davranış olaraq diqqətə çarpan dəyişikliklər müşahidə edilir. Bu dəyişikliklər əvvəlcə yeniyetməni yorur. Yeni bədəninə, sürətlə dəyişən hisslərinə, mənasız davranışlarına uyğunluq göstərmək və bunları kontrol edə bilməmək yeniyetməni çaşdırır. Bu səbəbdən də bu mərhələdə yeniyetməyə qarşı anlayışlı olmalı və bu dövrü rahatlıqla keçirməsini təmin etməkdir.

Olduğu yerdə özünü və “mən”liyini göstərə bilmək üçün səy göstərməyə çalışır. Təsdiqlənməmək, seçilməmək, bəyənilməmək, ümumiyyətlə ən kiçik xoşagəlməz bir vəziyyət onun əhvalına mənfi təsir göstərə bilər. Ailədə yaranan münaqişələrlə yanaşı dostları tərəfindən daha artıq vaciblik qazanmaqdadır. Yeniyetməlik dövründəki bu əhvalsızlıq mərhələsinin uzun müddət davam etməsi iki həftəlik bir vaxt ərzində davam edən hirsliliyi, narahatlıq, diqqət və konsentrasiyanın pozulması,  unutqanlıq, həddən artıq yemə yaxud da heç yemek yeməmə, kədərlilik, özünə qapanma (davamlı tək qalmaq istəyi), yuxu tsiklində pozulma (gec yatmaq yaxud həddindən artıq yatmaq), dostları ilə görüşmə istəyinin azalması, özünə baxımın azalması, özgüvənin aşağı enməsi və həyatının mənası olmadığı kimi düşüncələr, ailədə olan münaqişələr depressiyanın göstəricisi ola bilər.

Bu dövrdə depressiya ilə yeniyetməlikdəki əhvalsızlığı qarışdırmamaq lazımdır. Həmçinin bu dövrdə sürətlə dəyişən hisslərə də tez-tez rast gəlinir. Bir anda qəzəblənən, qəfil hərəkətlər edən yeniyetmənin beş dəqiqə sonra əhvalı yüksələ bilər. Bu davranışını bir problem olaraq dəyərləndirməməli, sadəcə keçid dövrünün tipik bir davranışı olaraq qəbul etməlisiniz.

Bu dövrdə bir çox valideynlər övladlarını başa düşməkdə çətinlik çəkirlər. Ona necə kömək edəcəklərini, onunla necə davranacaqlarını bilmirlər. Yeniyetmənin reaksiyaları ilə ailədə böyük münaqişələr, ailə üzvləri arasında duyğusal qopmalar və sonrakı yaşlara qədər davam edən ünsiyyət problemləri yaranır. Bu mərhələdə valideynin etməsi lazım gələn ilk şey onun yeniyetməlik kimi çətin bir dövrdə olduğunu və artıq böyüdüyünü qəbul etməkdir. Sərhədlərinə hörmət göstərilməli, müsbət tərəflərini ortaya çıxarmaq üçün ona kömək olmalı və həll edə bilmədiyi problemlərini sürətlə fərqinə vararaq həyati təcrübələrini paylaşmalıdır. Bunlar əsla bir öyüd səciyyəsi daşımamalıdır, sadəcə söhbət daxilində deyilməlidir. Yeniyetməlik başlamazdan əvvəl valideyn-uşaq ünsiyyəti sağlam olarsa bunları əldə etmək daha rahat olacaq. Əgər özü də istəsə sevdiyi bir idman növünə yönləndirmək bu mərhələni daha rahat keçirtməsinə kömək olacaqdır.

Yeniyetməlikdə yaşanan problemlərin həll olunmaması onun bütün həyatına mənfi təsir göstərə bilər. Bu dövrdə yeniyetmənin özünü müsbət dəyərləndirməsi ( bəyənməyi, uğurlu görməyi, seçildiyini hiss etməyi), cəmiyyət içində kim olduğu və yerinin nə olduğunun fərqinə varması, özünü tanımağı lazımdır. Bu xüsusiyyətlərin yeniyetməlik dövründə qazanılmaması yetkinlikdəki sosial həyatda problemlər yaşamağına  və həyat boyu bədbəxt bir  qadın/ kişi (ana /ata) olmağına səbəb olacaq. Yeniyetməlik dövründə terapiya müddəti qəbul edilməyə bilər. Özündə deyil də ailəsində problem olduğunu önə çəkən bir yeniyetmənin müalicə üçün məcbur edilməməsi lazımdır. Tənqid və hirs ilə bu dövrdə heç bir problem həll edilə bilməz. Terapiya tövsiyə olunacaq bir yeniyetməyə, bu terapiyaya ailə olaraq gediləcəyi, hərkəsin ailədəki rollarının nə olduğunu öyrənməsinin lazım gəldiyini, yaxşı və xoşbəxt bir ailə olmaq üçün səy göstərmək istədiyinizi bildirin. Bu mesajınızı alan  yeniyetmə özünü günahkarlanmış kimi hiss etməyəcək və terapiyaya razı olacaq.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat