ELNUR RÜSTƏMOV: “PSİXOLOQ YANINDA AĞLAMAQ, PSİXİATR YANINDA GÜLMƏKDƏN YAXŞIDIR”

Bakı, 22 dekabr, Avropa.az

“Psixoloq yoxsa psixiatr” rubrikasının qonağı “Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, psixoloq  Elnur Rüstəmovdur.

-Elnur bəy, bu gün Azərbaycanda psixoloqlarla əhalinin əlaqəsi sizi qane edirmi?

Bugün üçün qənaətbəxş hesab etmək olar. Nəzərə almaq lazımdır ki, tətbiqi psixologiya Azərbaycanda yeni bir sahədi. Hələ insanlar psixoloji xidməti tam şəkildə mənimsəməyiblər. Ancaq əvvəlki illərlə müqayisə etsək, irəriləyiş əlbəttə ki çoxdu. Düşünürəm yaxın gələcəkdə bu daha da artacaq. Artıq psixologiyanın ayrı-ayrı sahələrinin inkişafının şahidi oluruq. Yəni biz dünənə qədər psixologiya deyərkən daha çox psixoloqla fərdi söhbət (seans) başa düşürdüksə, bu gün biznes psixologiyası və onun ayrı-ayrı sahələri üzrə psixoloji biliklərin tətbiqinin şahidi oluruq. Artıq Azərbaycanın bir çox böyük dövlət və özəl müəssilərinin İnsan qaynaqları departamentlərində psixoloqların çalışdığının şahidi oluruq. Bu da bir daha psixologiyanın insanlar tərəfindən qəbul olunduğunun göstəricisidir.

-Sizcə bu qədər baş verən intihar, qətl hadisələri insanların düşdükləri psixoloji durumun bərbadlığıı deyilmi?

Əslində psixoloji durumu insanlar özləri yaradırlar. Bu qlobal bir prosesisdir. Narahatlıq, gərginlik dünyanın hər yerində özünü büruzə verir. Bu tək bizimlə bağlı bir proses deyil. Baş verən cinayət hadisələrinə diqqət yetirsək görərik ki, əksəriyyəti ailə-məişət zəminində olur. Onun da köklərinə getsək görərik ki, qısqanclıq və bunun fonunda motivlər ortaya çıxır. Onu da araşdırsaq görərik ki, texnologiya (mobil telefon, internet və s.) buna şərait yaradır. Biz texnologiyanı həyatımızdan kəsib ata bilmərik. İnterneti yasaqlaya bilmərik. Bunlarda olduğu təqdirdə bu cür hallar zaman – zaman baş verəcək. Qabaqlayıcı tədbir kimi düşünürəm insanları ailə münasibətlərinin qorunması, psixoloji dayanıqlılığın formalaşdırmaq üçün maarifləndirmə işləri aparmaq lazımdı. Ailə münasibətlərdə problem yaşadığı təqdirdə hara müraciət edəcəyini bilməlidi. Artıq bu istiqamətdə konkret layihələr həyata keçirilməlidir.

- Gənclərin ailə zəminində yaranan problemləırində psoxoloqlara ehtiyac yoxmu? Sizcə psixoloqlrla mütəmadi işlənsə belə hallara son qoyulmazmi?

Psixoloqlara hər zaman ehtiyac var. Əlbəttə çətinlik yaşanan təqdirdə psixoji yardım alınarsa ailənin dayanıqlılığı formalaşar. Düşünürəm ailələr belə hallarda psixoloqa müraciət edəndə yardım alırlar. Müraciət etmədikəri təqdirdə psixoloq onları məcbur edə bilməz. Düzdü, KİV də mütəmadi olaraq psixoloji dəstəyin vacibliyi ilə bağlı maariflənmə aparılır. Bu çox təqdirəlayiq haldı. Sadəcə sahənin özünün də görünən və görünməyən problemləri mövcuddu ki, bu da zaman-zaman öz həllini tapacaq. Bugün tətbiqi sahədə çalışan psixoloq kadrlar hazırlanr. Düşünürəm yaxın gələcəkdə onların da içində dar ixtisaslaşma yaranacaq. Bu proses də zaman-zaman qaydasına düşəcək. Açığı buna çox nikbin baxıram. Yaponlar XXI əsri psixologiya əsri adlandırırdılar.

- Dünya ölkələrindən fərqli olaraq bizdə hələ də psixcoloqu psixiatr kimi anlayirlar və onunla görüşməkdən çəkinirlər buna  səbəb nədir?

Bu problem də bizdə hələ ki mövcuddu. Irəliləyiş də var. O ki, qaldı psixoloqla görüşməkdən çəkinmək. Bu stiqma artıq aradan qalxmaq üzrədi. Biz dəfələrlə qeyd etmişik bir daha söyləmək istəyirik ki, psixoloq psixi sağlam insanla çalışır. Hər bir insanın həyatı ilə bağlı müxtəlif problemi ola bilər. Hüquqi sahədə, iqtisadi sahədə, tibbi sahədə və s. Gərəkəndə onlar yardım alırlar və buna görə çəkinmirlərdə. Misal üçün insan xəstələnəndə həkimə müraciət edir və bundan heçdə çəkinmir. Ancaq psixoloq insanın ruh halı ilə çalışdığına görə bu bəzən ətrafdakı insanlar tərəfindən doğru anlaşılmır. Və əlavə suallar yaradır. Bu suallarla qarşılaşmamaq üçün insanlar bəzən psixoloji dəstək aldıqlarını digər insanlardan gizlədirlər. Belə bir söz də var; “Psixoloq yanında ağlamaq, psixiatr yanında gülməkdən yaxşıdı”. Narahatlıq olanda insan psixoloji dəstək almalıdı ki, problem dərinləşib böyük fəsadlar törətməsin. Bütün hallarda hər bir insan özünün fərdi psixoloji sağlamlığının qayğısına qalmağı bacarmalıdı. Belə olan təqdirdə həm cəmiyyətdə intihar, cinayət ailə daxili konfliktlər azalacaq.

Avropa.az


 

LOGİN

 Email
 Parol
Qeydiyyat