UŞAQ VƏ YENİYETMƏLƏRDƏ PSİXOTERAPİYANIN ÖNƏMİ

Uşaqlıq və yetkinlik dövründə yaşanan psixiatrik və psixoloji problemlərdə lazımlı vəziyyətlərdə uşaq-yeniyetmə psixoloq yardımı çox əhəmiyyətlidir. Yeniyetməni anlamanın, yeniyetmə valideyn əlaqəsinin sağlıklı olması üçün önəmli faktordur. Amma yeniyetməlik dönəmində yaşananlar yeniyetmə üçün nə qədər çətindir. Təəssüf ki, valideyn üçün də çətindir. Ana-ata üçün də artıq bəzi şeylər dəyişdirmişdir. Kiçik uşaqları artıq böyümüş və öz ayaqları üzərində durabilmə, evdən ayrılma öz yuvasını və həyatını qurma yolunda böyük addımlar atmağa başlamışdır. Bundan sonra uşaqlarıyla əlaqələrində köhnə metodlar işə yaramayacaqdır və bir şeylərin dəyişmə zamanı gəlmişdir. Yeniyetmələrin bu formalaşma dönəmini sağlam bir şəkildə qarşılamalı və fərqində olmadan da olsa onların böyüməsi formalaşmasını əngəlləyəcək, onlara bağlı hala gətirəcək ya da uzaqlaşmasına səbəb olacaq davranışlar etməməlidir. Yeniyetmələrlə sağlam əlaqələr qurulmasına diqqət edilməlidir. Ana-ata münasibəti hansı yaşda olursa olsun uşaqlar üçün model təşkil etməlidir. Sevgi və hörmətə bağlı bir münasibət içərisində olan valideynlərin usaqlarında da sağlam münasibətlər qurmağı öyrənəcəklər. Yeniyetməni dinləmirsinizsə və hörmət göstərmirsinizsə, yeniyetmə də sizi dinləməyəcək. Ana-ataların sıxlıqla etdikləri, dinləməkdən və uşağın nə deməyə çalışdığını anlamaqdan çox, öz bildikləri doğruları onlara izah etməyə və istiqamətləndirməyə çalışmalarıdır. Bu şəkildə bir yanaşma yeniyetmədə anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru söyləsə də söyləsin dinləməməsinə qarşı çıxmasına və ya bundan sonra valideynlə bir şeyini paylaşmamasına səbəb olacaq. Tam tərsinə öncə onu anlamağa çalışmak, elədiyi bir xəta varsa bu nöqtəyə necə gəlindiyinə özünü ifadə etməsini təşkil edəcək bir mühit yaradılmalıdır. Dürüstlük çox əhəmiyyətlidir. Yeniyetmələr səmimiyyət və dürüstlük mövzusunda çox həssasdır. Heç bir yeniyetmə səmimi tapmadığı bir adama özünü çıxarmayacaq. Yeniyetmələr üçün gizlilik çox önəmlidir. Otaqlarının ayrı olması, qapıları döyülmədən içəri girilməməsi çox vacibdir. Bu qaydalar pozulduqda çox aqressiv olurlar. Bütün bunlara hörmət göstərilməsi (qaydalara) yeniyetməylə valideyn münasibətində hörmət və güvəni artırır. İçlərinə qapanmaq əvəzinə daha açıq, daha dürüst olurar. Valideynlərə düşən vəzifə gənckərin bu dövrünün yaşadıqlarının keçici bir dönəm olmasını görmək və soyuqqanlı yanaşmaqdır. Bu dövr keçicidir. Həm yeniyetmələr üçün həm də valideynlər üçün sancılı olması gözlənilən və təbii bir durumdur.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat