Bəzən insanlar vaxt çatışmamazlığından, tez yorulmadan, yuxusuzluqdan, özlərinə vaxt ayıra bilməməlirdən şikayətlənirlər.Əslinə baxarsaq bütün bunlar işlərin plansız görülməsindən və düzgün olmayan vaxt bölgüsündən irəli gəlir.Hər bir insan lazım olan həyati əhəmiyyətli qaydalara əməl etsələr bütün bu şikayətlərə ehtiyac qalmaz.Hər bir insan aşağıda göstərilən şərtlərə əməl edərlərsə həyatlarında bir düən olar və zamanlarının qiymətin anlayarlar.
- Planlı olmalı:Hər bir insan həyatı üçün plan qurmalıdır.Hayatında nə kimi dəyişikliklər edəcəyinə qərara verməli və bunu necə həyata keçirəcəyini düşünməlidir.Planlar günlük, həftəlik, aylıq və illik ola bilər.Plan görməli olduğun işi həyata keçirmək üçün görüləcək ilk iş olmalıdır.Plan eyni zmanda vaxt itkisinin qarşısın alır.
- Sevgi, səbr və xoşrəftar olmalı: Ətrafımıza sevgi verməyi bacarmalıyıq, bunun üçündə ilk növbəəd özümüzü sevməliyik.İstənilən məqamda səbrli olmağı bacarmalı və insanlarla münasibətdə xoşrəftar olmalıyıq.
- Özünü təhlil etməyi bacarmalı: Hər bir insan öz daxili “Mən”i ilə üz-üzə gəlməyi bacarmalıdır. Özünəməxsus müsbət tərəflərləriylə yanaşı mənfi tərflərini də görməyi bacarmalıdır. Əgər tez özündən çıxan, səbrsiz birisinizsə, o zaman özünü ələ almağın yollarını düşünüb, davranışınızda tərbiq etməlisiniz. İş və ailə həyatında sizi qane edən və etməyən faktları obyektiv təhlil etsıniz. Bu zmaan özünüzü daha yaxşı anlamış olarsınız.
- Hədəfləriniz olmalı: Hər bir insanın həyatda məqsıdlərinə çatmaq üçün müəyyən hədəfləri olmalıdır. Hədəf təyin etmə, müvəffəqiyyətinizə təsir edən ən əhəmiyyətli qabiliyyətlərdən biridir. Sizi məqsədinizə çatdıracaq olan hədəfləri təyin etmədən,istər iş həyatında , istərəsəd digər fəaliyyətlərinizdə bir yerə çata bilməzsiniz. Ona görə hədəfləriniz bir məna daşıyacaq qədər yüksək olmalıdır. Lakin bununla yanaşı həlli çətin olan hədəfləri təyin edib özünüzə həddindən artıq məsulliyyət yükləmək olmaz. Əks halda nəticə etibarilə frustrasiya yaşaya bilərsiniz.
- Zehni və fiziki aktiv olmalı: Zehni aktiv olmaq üçün daim mütaliə etməli, sənədli filmlər izləməli, bəzi məsələlərdə fikir mübadiləsi aparılmalıdır.Fiziki aktiv olmaq üçün isə daim idmanla məşğul olmalı, çoxlu gəzməli və aktiv həyat keçirilməlidir.
- 6. Yuxu və qidanıza diqqət etməli: Vaxtında və düzgün şəkildə yuxumuzu almalıyıq. Yuxunun orqanizm üçün böyük əhəmiyyəti ilk öncə özünü baş beynin istirahətində göstərir.Yuxu prosesində orqanizmin bütün üzvlərində xüsusən də baş beyində bərpa işləri gedir və nəticədə insan yuxudan ayılarkən özünü gümrah hiss edir. İnsan ayıq olduqda orqanizmin digər üzvlərinə nisbətən baş beyin daha çox işlədiyinə görə onun istirahətə daha çox ehtiyacı olur.Eyni zamanda qidaya xüsusi diqqət yetirilməlidir.Suni, konservant yerinə təbii qidalara üstünlük verilməlidir.Yağlı, duzlu,şəkərli qidalardan az istifadə edilərsə artıq çəki problemi olmaz.
- İşini sevməli: Bir çox adam iş həyatında, qabiliyyətlərini doğru düzgün istifadə etmir.Ən yaxşı edə bildikləri işlərdə çalışmaq yerinə, başqa istiqamətlərə gedərlər. Ona görə də, müvəffəqiyyət azlığıyla kifayətlənmək məcburiyyətində qalırlar. Çox müvəffəqiyyətli kəslər, ümumiyyətlə başqalarından nə daha ağıllı nə də daha qabiliyyətlidir. Hamısının sirri, məhdud zəkalarını və qabiliyyətlərini ən yaxşı şəkildə istifadə edə bilmələridir. Sevmədiyimiz işi görməyə bilərik, amma gördüyümüz işi sevməyimiz mümkündür.Belə olduqda işdən daha çox zövq almaq olur.
- Dosta açılmalı: Bəzən səni dinləəyn, nə söylədiklərini anlayan, səninlə empatiya qurmağı bacaran birinə ehtiyac hiss edərəsiniz.İnsanın gevəndiyi bir dostu olması ona rahatlıq verə bilər və ondan faydalanar.
- Spirtli içki, narkotik maddələrdən və siqaretdən uzaq olmalı: Bağlılıq yaradan bu maddələr həm ruhi, həm də bədən sağlığına bir çox zərərlər verirlər.
- Xeyr işlər görmək: Nə zaman ki, insan bütün münasibətlərini mənfəətə bağlayırsa , o zaman o uğurlu şəxsiyyət kimi formalaşa bilmir.Mənfəət üçün hərəkət etmək yerinə insanlığın xeyrini düşünərək davranılarsa mənən hüzur içində olar və həyat daha mənalı olar.
- İntrovert olmamalı: Nə olursa olsun problemlərinizi bölüşməyi bacarın.Kimese qarşı olan öfgənizi kobud şəkildə deyil daha uyğun bir şəkildə bildirin.Yəni nə içinizə atın bu incikliyi, nədə ki özünüzdə saxlayıb narahat etməsın sizi.
- İstirahətə və tətilə çıxmağa zaman ayırmaq:İstirahətimizi sevdiyimiz tərzədə edə bilərik:səyahətə çıxmaqla, sevdiyimiz insanları ziyarət etməklə, onlarla birgə vaxt keçirməklə, rayonlara getməklə , xarici ölkələrə səyahət etməklə.
Bu şərtlərə əməl etsəniz nə zamnın qıtlığından, nə yuxusuzluqdan, nə tez yorulmaqdan şikayət etməzsiniz.Unutmayın kı, sizin orqanizminiz sizə bir əmanətdir, onu necə bəslərsinizsə sağlığınıza bir o qədər qovuşmuş olarsınız.
Fətullayeva Aytən
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu