Kökəlmə xəstəliyi

www.pcc.azGündəlik həyatda fərdlərin (hamilə, südəmər körpə, məktəbli, gənc, yaşlı, məmur, idmançı; ürək-damar, şəkər, yüksək təzyiq, tənəffüs yolu pozuqluqları vs. xəstəlikləri olanlar) yaşa, cinsiyyətə, gördüyü işə, genetik və fizioloji xüsusiyyətlərinə və xəstəlik vəziyyətinə görə müxtəlif  miqdalarda gündəlik enerjiyə ehtiyacları vardır. Sağlam həyatı davam etdirmək üçün, alınan enerji ilə sərf edilən enerjinin tarazlıqda tutulması lazımdır.

Yetkin kişilərin bədən ağırlığının 15-18 %-i, qadınların isə 20-25 %-i yağ toxumasından ibarətdir. Bu göstəricinin kişilərdə 25%, qadınlarda isə 30%-i keçməsi kökəlməni meydana gətirəcəkdir. Heç kəsə sirr deyil ki, müasir texnoloji inkişaflar, həyatı asanlaşdırmaqla bərabər, gündəlik fiziki hərəkətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırmışdır. Qida vasitəsilə gündəlik qəbul edilən enerji, sərf edilən enerjidən çox olarsa, sərf edilə bilməyən enerji vucudda yağ şəklində yığılaraq, kökəlməyə səbəb olur. Göründüyü kimi köklük, həyat keyfiyyətinə və müddətinə mənfi təsir edən bir xəstəlik olaraq qəbul edilməkdədir.

Dünya Səhiyyə Təşkilatı (DST) da, kökəlməni rəsmi olaraq bədəndə həddindən artıq piy yığılması xəstəliyi kimi təyin etmişdir.

 Köklük

 Köklük (və ya piylilik) - bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbələrdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər pylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatımamazlığınadn yaranan kökəlmə diabetə gətirib çıxarır, piyszlikdən və kompleks karbohidratların çatışmamazlığından isə yaranma halları yoxdur. Ürək damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə sağlamlığa o qədər də ziyan vurmur.

İnsan köklüyünün göstəricisi kimi Bədən kütləsinin indeksi (BKİ)əsas kriteriya götürülür. 2000-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı monqoloid iqrinə aid olan insanlar üçün köklük həddi üçün BKİ-nin göstəricisini artıq çəki üçün 25 dən 23 кq/m²-ə endiməyi, piylənmə üçün isə 30 dan 25 кq/m²-ə endirməyi təklif etmişdir. Buna səbəb bu irqə mənsub olan insanlar arasında aparılmış epidemoloji araşdırma idi. Bu araşıdrma göstərmişdir ki, monqoloidlər nisbətən aşağı dərəcədə piylənmədən əziyyət çəkilrər. Digər mütəxəsisslər isə bu həddləri neqroidlər üçün yuxarı qaldırılmasının tərəfdarı olmuşlar.

Bəzi mütəxəssilər köklük dərəcəsinin təyini zamanı bədəndə olan əzələnin miqdarının nəzərə alınmamasını tənqid edirlər. Bu səbəbdən bədənində çoxlu əzələ olan yaşlı adam kök kimi qiymətləndirilə bilər. Onu da qeyd etmək lazışmdır ki, BKİ köklük üçün dünyada tanınmış yeganə beynəlxalq meyyardır.

Köklük aşağıdakı səbəblərdən yarana bilər:

  • qəbul edilən qida ilə sərf olunan enerji arasında tarazlıq pozulduqda,
  • endokrina pataloji əsasında, yəni mədəaltı vəzin, ciyərin, nazik bağırsaq və yoğun bağırsaqda funksional pozğunluq yarandıqda,
  • qenetik pozğunluq nəticəsində.

Təsir edən amillər:

  • Az hərkətli (oturaq) həyat tərzi,
  • Susuzluq,
  • Genetik amil, əsasən,
  • Lipoqenez fermentinin aktivliyinin artması,
  • Lioliz fermentinin aktivliyinin azalması,
  • Asan həzmolunan karbohidratların qəbulu,
  • Şirin içkilərin qəbulu,
  • Şəkərli dietlər,
  • Dietlə çəkinin daimi azalmasına cəhd,
  • Endokrional, hipoqonadizm. hipotireoz, insulinoma kimi xəstəliklərin təsirindən,
  • Qidalanmanın psixoloji pozğunluq və yemək adətlərinin dəyişilməsi nəticəsində pozulması,
  • Stresə meyillilik,
  • Yuxusuzluq,
  • Psixotropik dərmanların qəbulu.

 

www.pcc.azBabək Bayramov

NLP Master

Fərdi İnkişaf Ustadı

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat